Məhkəmə məzhəkəsi

21.07.2014 - 14:26

Hər
gün ölkədə baş verən qanunsuzluq, özbaşınalıq haqda yazır, bu özbaşınalıqdan
əziyyət çəkən vətəndaşların problemlərini işıqlandırırıq. Hələ vətəndaşa
məsləhət də veririk ki məhkəməyə müraciət et, hərçənd ki bu ölkənin
məhkəməsində ədalət axtarmaq qaranlıqda iynə axtarmaq kimi bir şeydir. Amma
məhkəmələr yalnız instansiya keçmək və işi Avropa Məhkəməsi müstəvisinə
qaldırmaq üçün yararlıdır. Bu dəfə hər kəsə məsləhət bildiyim məhkəməyə müraciət “başımda partladı”.

Keçək
mətləbə.

Hərbi
biletimi itirmişdim. Bunun üçün qeydiyyatda olduğum Zaqatala rayon Hərbi
Komissarlığına müraciət etdim, bu ilin aprel ayında. Zaqatala şəhərində siyasi
fəaliyyətimlə bağlı təqib və təzyiqlərə məruz qaldığımdan hər sahədə problemlər
yaşayırdım və bu dəfə də problem qaçılmaz olmuşdu. Zaqatala Hərbi Komissarlığı,
başda komissar Ramin İsmayılov olmaqla hərbi bileti əvəz edən sənədi verməkdən
imtina edirdi. Bunu isə onunla əsaslandırırdı ki arxivdə mənim sənədlərim
tapılmır !(?) Həqiqətən gülünc bəhanə idi. Necə olurdu ki müharibə şəraitində
olan ölkədə, hərbi komissarlığın arxivində 8-9 il əvvəl hərbi xidməti başa
vurmuş ehtiyatda olan əsgərin sənədləri yoxa çıxırdı?

 Və siyasi məhkumluğumu da xatırlatmaqdan
çəkinmir, dolayısı ilə siyasi sifarişi icra etdiklərini bildirirdilər. Bir növ
süründürməçilik idi bu. Bir neçə sənəd istəyirdilər ki bu sənədləri hazırlayıb
vermişdim. Amma arxivdən hələ də sənəd tapılmırdı.

Bir
neçə gün əvvəl bir daha komissarlığa müraciət etdim. Eynən mənim kimi başqa bir
vətəndaşda müraciət etmişdi və onu da get gələ salırdılar. Gənc oğlan sənədin
müqabilində ondan 5 manat rüşvət istənildiyini, vermədiyi üçün incidildiyini
deyirdi. Amma günün ikinci yarısında gənc oğlan lazımi sənədini aldı. Təbii,
rüşvət verdikdən sonra. Gedərkən mənə məsləhət verməyi də unutmadı – “qardaş
çox gözləyəcəksən, yaxşısı budur 5 manat ver sənədini al”.

 Güldüm keçdim.

 Axı haradan biləydi ki məsələ 5 manat deyil,
siyasidir. Mən isə gözlədilirdim. Açıq -aşkar ayrı seçkiliyə məruz qalmışdım.
Hərbi Komissarlığın binasını tərk edərək birbaşa Zaqatala rayon Məhkəməsinə üz
tutdum. Məhkəmə binasında Konstitusiyanın 25-ci və Avropa Konvensiyasının 14 cü
(ayrı seçkilik) maddələrini əsas gətirməklə Zaqatala Hərbi Komissarlığı və
komissar Ramin İsmayılov barəsində mülki iddia ərizəsi yazdım. Yazdığım ərizəni
məhkəmənin dəftərxanasına təqdim etdim və olanlar bundan sonra başladı. Dəftərxana
işçisi qadın üstümə hücum çəkdi və “sən kimsən ki Ramin İsmayılovu, Hərbi
Komissarlığı Məhkəməyə verirsən. Haradandır səndə bu cəsarət? ” deyərək qışqırmağa
başladı. Düzü şok oldum, bu qədər açıq özbaşınalıqdan. Məhkəmələrin kimlərinsə
tapşırığı ilə işlədiyi məlum idi  amma,
məmurları belə müdafiə etməsi halı ilə ilk dəfə rastlaşırdım. Azından ərizəmi
qəbul etməli idi, qanun adına. Hələ bununla ürəyi soyumayan məhkəmə işçisi
köməyə (sanki hücum edən tərəf mən idim) iş yoldaşlarını da çağırdı. Otağa
daxil olan prokuror, vəkil, katib və mühafizə polisi məni məhkəmə inzibati
binasından çıxardılar. Ərizəm əlimdə qalmış, şok olmuşdum bu qədər
özbaşınalıqdan. Binadan çıxarılarkən hələ bir hədələməyi də unutmurdu məhkəmə
işçisi “səni atarıq həbsə, bu dəfə içəridən çıxa bilməzsən”.

Təbii
ki bu özbaşınalıqla razılaşmayaraq Ombudsman, Məhkəmə Hüquq Şurasına müraciət
edəcəyəm. Nə qədərdə bu qurumların hakimiyyətə işlədiyini bilsəm.

Qanunların
deyil, məmurların qorunduğu Məhkəmələri ilə “çiçəklənən” Azərbaycan.

Short URL: http://www.cumhuriyyet.net/?p=9922

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31