Yeni “Qaçqınkom”un siftəsi: Rövşən Rzayev Sarqisyanla görüşü və qaçqın ittihamı – VİDEO+FOTO

17.05.2018 - 09:37

Prezident seçkilərdən dərhal sonra hakimiyyət sosial sektorlarda dəyişikliklərə getdi. Ölkədə sosial gərginliyə, təbəqələşməyə, yoxsulluq və məmur qudurğanlığına səbəb olan halları təcili və qeyd-şərtsiz aradan qaldırmaq lazım idi. Vətəndaşların ən çox narazılıq elədiyi, şikayətlər göndərdiyi, məmur-vətəndaş təmasının tez-tez olduğu sahələrdə islahatlara başlandı. Bu qurumlar Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi idi. Çünki elə gün, həftə olmurdu bu nazirliklərdən prezidentə və mətbuata şikayətlər gəlməsin. Ölkə rəhbərliyi sosial problemləri dərinləşdirən, vətəndaş-məmur təmasının intensiv olduğu sektorlarda dəyişikliklərə getməli oldu. Yeni kadrların fəaliyyət keyfiyyəti haqda danışmaq tezdir. Amma ilk “siftə” Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən, daha doğrusu komitənin yeni rəhbəri Rövşən Rzayevdən gəlib. Bu günlərdə “Qaçqınkom” qarşısında narazılıq edən şəxslərin videogörüntülərini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:

Bildirək ki, R.Rzayev bu vaxtadək Milli Məclisin deputatı olub. Onun deputat fəaliyyəti boyu da bir çox qalmaqallarda adı hallanıb. ABŞ-a sanksiya müəllifliyindən tutmuş, Yoxsulluq və işsizlik 5 faizə düşüb. Xalqımız xoşbəxtdir” fikrinədək R.Rzayev bəzi müəmmalı addımlara imza atıb. Yeni “Qaçqınkom” rəhbəri ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda daha bir maraqlı məqama rast gəldik. Milli Məclisin deputatı Rövşən Rzayevin Ermənistan prezidenti Serj Sarqisyanla görüş fotosu yayılıb. Sosial şəbəkələrdə yayılan fotoda R.Rzayev Sarqisyanla əllə görüşür, acınacaqlı hal isə odur ki, düşmən dövlətin prezidenti ilə görüşərkən deputatımız baş əyir. Foto sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb və deputatın ünvanına sərt tənqidlər səsləndirilib.


Fotodan da göründüyü kimi Sarqisyanla görüşdə Azərbaycanın Rusiyadakı səfiri Poald Bülbüloğlu, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi də iştirak edir. Bildiririk ki, fotonun nə zaman, hansı şəraitdə çəkildiyinə, ümumiyyətlə, bu görüşün hansı zəmində baş tutması ilə bağlı suallara, eləcə də düşmən ölkənin prezidentinə baş əyərək görüşmək məsələsinə yalnız R.Rzayevin özü aydınlıq gətirə bilər. O ki qaldı P.Bülbüloğluna.., xatırladaq ki, səfirimiz ermənipərəst mövqeyi ilə mütəmadi olaraq gündəmi zəbt etməkdə davam edir. Xatırladaq ki, R.Rzayev həm də Qarabağ döyüşçüsüdür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=118969

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930