“AG Bank”ın iflasında Eldar Mahmudov izi

14.08.2018 - 23:37
“AG Bank” ın cəmi kapitalı 11 milyon 787 min manat azalıb. Bundan başqa bankın məcmu kapitalı da 4 milyon 192 min manat azalıb. Bununla bağlı cumhuriyyet.az “Kommersant.az”a istinadən xəbər verir ki, “AG Bank”ın cəmi kapitalı hər il azalır. Belə ki, bank, 2016 -cı ilin sonunda 53 milyon 804 min manat cəmi kapitala sahib olub. 2017 -ci ilin sonunda isə bu rəqəm 6 milyon 630 min manat azalaraq 47 milyon 174 min manata, cari ilin 3-cü rübünə olan hesabatında isə 5 milyon 157 min manat (ümumilikdə 11 milyon 787 min manat) azalıb.
Bankın Gizlətdiyi Hesabat
“AG Bank”ın bu ilin 3-cü rübünə olan hesabatına əsasən bankın məcmu kapitalı 40 milyon 846 min manat olub. Bu isə 2017 -ci ilin sonuna görə 4 milyon 192 min manat azdır. 2016 -cı ilin sonuna olan hesabatında isə bank məcmu kapitalını gizlədib.
Bununla bağlı banka müraciət etsək də bank rəsmisi Fatimə Ağalarova suallarımızı cavablandırmayıb.
Qeyd edək ki, “AG Bank” da əhalinin əmanətləri (fiziki şəxslərin müddətli depozitləri) 122 milyon 770 min manatdan 89 milyon 149 min manata düşüb. 33 milyon 621 min manatlıq depozit “Ag Bank”dan geri çəkilib.

İflas ərəfəsi: kredit verilmir, iki ilə 10 milyonluq ziyan
Onu da bildirək ki, Azərbaycanın ən uzunömürlü və aparıcı banklarından biri olan AG Bank artıq bir neçə aydır ki, kredit verməyi dayandırıb. Bu barədə cumhuriyyet.az-a daxil olan məlumata görə, hazırda bank bütün növ istehlak, biznes və digər kreditləri ayırmağı dayandırıb. Hətta AG Bankın məşhur olduğu ipoteka kreditləri də «limit bitməsi» səbəbindən başa çatıb. Bankdan bildirilib ki, hazırda kredit yalnız bankda əmanəti olanlara verilə bilər, o da əmanətin məbləğinin 50%-i qədər. AG Bankdan kredit verilməsinin dayandırılmasının səbəbləri açıqlanmayıb və bunu daxili qərarla izah ediblər. Xatırladaq ki, AG Bankın hazırki vəziyyəti o qədər də ürəkaçan deyil. Bank 2017-ci ili 6 milyon 688 min manat zərərlə başa vurmuşdu. Eyni vəziyyət bu il də davam edib. 2018-ci ilin ilk rübündə bankın zərəri 3 milyon 223 min manat, ilk yarım ilin nəticəsində isə 5 milyon 139 min manat təşkil edib. İlk yarım ildə bankın həm gəlirləri, həm də xərcləri 21-23% azalıb. Bankın məcmu kapitalı 41 milyon 486 min manat təşkil edir ki, bu da Mərkəzi Bankın tələbindən 8,5 milyon manat aşağıdır. Hazırda AG Bank məcmu kapitalı tələbə cavab verməyən 5 bankdan biridir. Son bir ildə bankın aktivləri nisbi ifadədə 3,3%, mütləq ifadədə 16,5 milyon manat azalıb.
Eldar Mahmudovun bankı?
Əslində isə “AGbank”ın çökəcəyi ilə xəbərləri yeni və gözlənilməz deyil. 2015-ci ilin oktyabrında bankın Müşahidə Şurasının sədri və əsas səhmdarlarından biri olan Çingiz Əsədullayevin mandatı ləğv olundu. Çingiz Əsədullayev 10 il parlamentə düşdüyü dairədən qalib kimi keçirilmişdi, amma bir anın içində onun mandat ləğv olundu. O günlərdə bankir təlaşını açıq şəkildə biruzə verməyə başladı. Mətbuata ürkək açıqlamalar verib ləğvetmə qərarını dəstəklədiyini dedi. Ardından Çingiz Əsədullayevin əsas himayəçisi Eldar Mahmudov “vuruldu”. Həmin vaxtdan “AG bank”ın taleyi sual altına düşmüşdü. Daha Əsədullayevin arxaısnda güvəndiyi “MTN dağı”, cibində deputat “knijka”sı yox idi. Lakin o dövrdə “AG bank”la bağlı haqq-hesab bir qədər ertələndi. Səbəb də üzdə idi – Eldar Mahmudova bağlı olan və ölkənin 1 nömrəli bankı “Azərbaycan Beynəlxalq Bankı”ndakı bitib-tükənməyən, mətbuatda “hörmüçək toru” adlandırılan maxinasiyaların araşdırılmasına qərar verilmişdi. Əsədullayevin bankı Hacıyevin bankının yanında “kiçik balıq” idi. Eldar Mahmudov “vurulandan” sonra Cahangir Hacıyevlə yanaşı Çingiz Əsədullayevin də ona bank transferlərində dəstək verdikləri üzə çıxmışdı. “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. O dövrdə Çingiz Əsədullayevin məhz Eldar Mahmudova görə hədəfə gəldiyi şübhə doğurmurdu. Belə məlumatlar da yayılırdı ki, Mahmudov-Hacıyev çetesi külli miqdarda pulları onun bankının vasitəsilə ölkədən çıxarıb. Bu ittihamları təsdiqləyən məlumatı İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri yaymışdı. Məlum olmuşdu ki, Ç.Əsədullayev Cahangir Hacıyevlə bərabər dövlətin külli-miqdarda vəsaitini mənimsəyib.Ä°lgili resimMəsələn, Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun cinayət işi ilə bağlı yayılan məlumatlarda “AG bank”, onun əsas səhmdarı Çingiz Əsədullayevin adı qırmızı xətlə keçirdi. Bununla mətbuatda yazılanları cumhuriyyet.az olaraq xatırladırıq: “Vüqar Mahmudov  Eldar Mahmudovun ”sağ əli” hesab edilirdi. Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq “AG bank”a daşınıb. Məlumdur ki, “AG bank” rəhbəri Çingiz Əsədullayevlə Eldar Mahmudovun çox yaxın münasibətləri var, sabiq nazir “vurulan”dan sonra Çingiz Əsədullayev mətbuata açıqlamasında bu əlaqələri gizlətməyib. Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ayrı-ayrı iş adamlarından alınan pullar “AG bank”a daşınaraq oradakı hesablara yatırılıb. Bu əməliyyatlara Vüqar Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Çingiz Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını – qara rəngli, Az 10 JO 900 nömrə nişanlı “Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb”.

Sahib Musazadə

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124460

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031