Akim Bədəlovun yeni iddiası: “Azərişıq” hədəf alınıb

24.12.2018 - 08:54

“Azərişıq” ASC sədrinin postu hələ də boşdur. Bu quruma de-fakto Baba Rzayev özü nəzarət edir. Amma kimin rəhbər gətiriləcəyi indiyə qədər dəqiqləşməyib. İddialara görə vaxtaşırı B.Rzayev “Azərişıq” ASC-yə baş çəkir. Onun niyyəti hər iki strukturun birləşərək vahid bir mərkəzə çevrilməsidir. Hökumətdə arabir belə müzakirələr gedir. B.Rzayevin təklifini dəstəkləyənlər də var. Gözlənilir ki, “Azərişıq” ASC“Azərenerji” ASC-nin tərkibində fəaliyyət göstərsin. Halbuki hələlik daha böyük səlahiyyətləri olan istehlakçı qurum satış işini təşkili ilə məşğul olan strukturun tabeliyindədir. Ancaq struktur islahatı ilə yanaşı bunun əksini təklif edənlər də var. Onlar hesab edirlər ki, hər iki qurum ayrılıqda fəaliyyət göstərməklə şəffaflıq təmin edilə bilər.
B.Rzayevin arzusu vahid struktura nəzarət etmək olsa da, “Azərişıq” ASC sədri postuna göz dikənlər və gözləmə mövqeyində olan məmurlar var. Bununla bağlı cumhuriyyet.az mediada yer alan məlumatlara istinadən bildirir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədri Akim Bədəlov bu posu ələ keçirmək istəyir. Akim Bədəlov çoxdan Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “ilgəyini” boynundan çıxarmaq istəyir.Agentliyin rəhbəri Akim Bədəlovun cidd-cəhdlə “Azərişıq” rəhbərliyinə hazırlaşdığı bildirilir. Bu hazırlıq barədə Agentlikdə xeyli müzakirələrin aparıldığı qeyd olunur. Qurumun işçilərindən verilən məlumata görə, agentlikdə yüksək vəzifə tutan bir neçə şəxs təyinatla bağlı xəbəri alandan sonra Akim Bədəlova yaxınlaşmaq uğrunda əməlli-başı mübarizə aparırlar.
Əks təqdirdə ölkənin “alternativ enerji şefi” “Azərişıq” ASC-yə rəhbər təyin edilə bilər. Akim Bədəlovun rəhbərlik etdiyi Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi dövlətin milyardlarla vəsaitini batırıb. Söhbət Agentlik tərəfindən istehsal edilən panellərin və istifadəyə verilən stansiyaların gözlənilən effekti verməməsindən gedir. Sözügedən layihələrə külli miqdarda dövlət vəsaiti xərclənsə də heç bir səmərəsi yoxdur.
Agentliyin yaradılmasından 9 il keçsə də bu günə kimi ölkədə bircə obyektin belə alternativ enerji ilə təmin olunması faktı qeydə alınmayıb. Baxmayaraq ki, cənab Bədəlov hesabatlarında guya neçə-neçə məktəb və poliklinikanın alternativ enerji ilə təchiz olunduğunu qeyd edərək gözə kül üfürür.
A.Bədəlovun adının Eldar Mahmudovla hallanması, mərhum dövlət katibi Tofiq İsmayılovun əmlakını qəsb etməsi, bu haqda qızının prezidentə sensasion müraciəti, agentlikdə yol verilən maxinasiyalar, ciddi korrupsiya, mənimsəmələr ölkə rəhbərliyinin masasına dosye şəklində qoyulub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125817

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2019
BE ÇA Ç CA C Ş B
« Dek    
 123456
78910111213
14151617181920
21222324252627
28293031