Asif Ağayev Beyləqan mal bazarı müdiri ilə necə anlaşdı?

19.02.2019 - 01:10

İş adamı Qəhrəman Qəhrəmanovun bazarı ilə bağlı narazılıqlar artıb

Beyləqandan cumhuriyyət.az-a daxil olan məlumata görə rayonun mal-qara bazarı ilə bağlı narazılıqlar günü-gündən artmaqda davam edir. Belə ki, Beyləqan-Ağcabədi yolunun üstündə yerləşən mal-qara bazarı yeni prezident tərəfindən bu yaxınlarda açılan Mingəçevir-Bəhrəmtəpə magistralının üstündə yerləşir. Saytımıza verilən məlumata görə həftədə bir dəfə fəaliyyət göstərən mal-qara bazarında həmin günü Mingəçevir-Bəhrəmtəpə magistralı pis vəziyyətə düşür.
Belə ki, kəndlərdən və fermalardan mal-qoyunları gətirən ağır tonnajlı avtomobillər və traktorlar magistal yolu zədələyilər. Aldığımız məlumatda qeyd edilir ki, mal-qara bazarının Mingəçevir -Bəhrəmtəpə yoluna verdiyi fəsadlara görə dəfələrlə “Azəravtyol” ASC-nin regional idarəsi aidiyyatı qurumlara müraciət edərək bazarın yerinin dəyişdirilməsi ilə bağlı təkliflər etsədə heç bir nəticəsi olmayıb. Bunun səbəbi isə mal-qara bazaının müdiri Qəhrəman Qəhrəmanovun Beyləqan icra başşçıları ilə anlaşmasdır. İddiaya görə həftədə 5-7 min manat arası qazanc əldə edən və dövlətdən qazancını gizlədən Qəhrəman Qəhrəmanov sabiq başçı Vaqif Abdullayevədə aylıq hesab verirdi. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə indi isə iş adamının yeni başçı Asif Ağayevlədə anlaşdığı və buna görədə heç nədən çəkinmədən, dövlətin milyonlarla manat xərc çəkib çəkdiyi magistralı yolun belə dağılmasından zərrə qədərdə narahat deyil. Cumhuriyyət.az-a Beyləqandan daxil olan məlumatda vurğulanır ki, yeni başçı Asif Ağayev rayonun abadlaşdırılması üçün bəzi işlərin maliyyə xərclərini iş adamı Qəhrəman Qəhrəmanovun “boynuna” qoyub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126922

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930