Baba Rzayev qaçqınları, qaziləri və şəhid ailələrini təhqir etdi: Mingəçevirdə qalmaqal

03.03.2019 - 23:56

“Martın 1-də Energetika naziri Pərviz Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev “Qoyuluş güclərinin optimallaşdırılması və bərpası” Proqramı çərçivəsində “Azərbaycan” İES-də görülən işlərlə yerində tanış olmaq üçün Mingəçevirdə səfərdə olublar. Nazirin iştirakı ilə “Azərbaycan” İES-in fəaliyyətinə baxış keçirilib, müzakirələr aparılıb”.

Bu barədə “AzPolitika.info”ya məlumat verən mənbə bildirib ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev “Azərbaycan” İES-də proqramda nəzərdə tutulan tədbirlərə uyğun olaraq görülən işlərdən danışıb: “Bildirilib ki, 6 və 7 saylı enerji bloklarında turbin və qazanlarda əsaslı təmir işləri görülüb. Yenidənqurma çərçivəsində 6 və 7 saylı enerji blokları, 1 və 2 nömrəli əlaqə avtotransformatorlarının 550 kV-luq Açıq Paylayıcı Qurğularında olan istismar müddəti başa çatmış bütün avadanlıqlar yeniləri ilə əvəz edilib, müasir eleqaz açarları, ölçü transformatorları, yeni kabel kanalı və idarəetmə kabelləri quraşdırılıb”.

IMG-20190303-WA0003

Məbənin məlumatına görə, diqqətçəkən hadisə işçilərlə görüş zamanı yaşanıb: “Belə ki, yanvar ayında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi göstərişi əsasında işlərinə bərpa olunan Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin işçiləri “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevə yaxınlaşaraq öz minnətdarlıqlarını bildiriblər. Daha sonra isə onlar deyiblər: “Azərbaycan” İES-də çalışan bütün işçilərin əmək haqqı nəzərəçarpacaq dərəcədə artırılıb. Əgər mümkündürsə, bizim maaşların artırılmasını təmin edəsiniz. Çünki biz 12 saat ağır iş rejimində çalışırıq”.

Ancaq bu zaman işçilər gözləmədikləri vəziyyətlə üzləşiblər. Mənbənin iddiasına görə, Baba Rzayev işçilərə qarşı kobud ifadələr işlədib. “Hələ bu azmış kimi məcburi köçkün, müharibə veteranı, Şəhid ailəsi olduğunu deyənləri də lağa qoyaraq aşağılayıb”, – deyə mənbə bildirir. İşçilər bununla bağlı Prezident İlham Əliyevə videomüraciət hazırlayırlar.(azpolitika.info) “Azərenerji” ASC-nin də mövqeyini işıqlandırmağa hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127171

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930