Məscidin qapısıni açıq görüb namizəd olan Kamran Əsədov: dələduz, yalançı, ermənipərəst…

05.02.2020 - 13:35

Məscidin qapısı ilə məlum varlığın hərəkətləri ilə bağlı məşhur el məsəli 9 fevral aeçkilərində bir çox namizədlərin timsalında daha çox üzə çıxdı ki, bu sırada 61 saylı Neftçala seçki dairəsindən namizəd kimi qeydə alınan Kamran Əsədov ön sırada gəlir. Kimdir bu Kamran Əsədov. Onunla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı üzə çıxan məlumatların kiçik bir hissəsini təqdim edək. Kamran Əsədovun kimliyi haqda sualın cavabını oxucu özü müəyyən etsin.

Onun davamlı şərhlərinə, müsahibələrinə diqqət etdikdə, adamın nə qədər populist və ucuz auditoriya mandatı qazanmaq meylini, avantüra və spekulyativ maraq dairəsi dərhal sezilir. Kamran hər şeydən danışa-danışa uğursuz hərşeyşünas oldu. Kamran öz ampluasında plagiat fikirləri ilə (yeri gəlmişkən, Kamranın Feysbuk profilində onu plagiatlıqda günahlandıran xeyli şərhlər, qınaqlar da var və o, belə şərhləri tez-tez silməyə də çalışır) və mahiyyətindən baş çıxarmadığı düşüncələri ilə medianın əyri güzgüsü olur. Adi oxucu bir çox hallarda da bilmir ki, bu adam niyə bir gün belə, digər gün isə tamam başqa cür olur. Məndə belə bir əminlik yaranıb ki, Kamranın maraqlarını razı salanda, onun səsi də düz çıxır. Əlbət ki, ekspertliyi o bunda görür. Mənim Kamran Əsədov barədə nə isə yazmağımın bir səbəbi var – həddini aşmış adam bu peşəyə ləyaqətlə xidmət edən yüz minlərlə adamı təhqir edərək ad qazanmağa, media məkanını hər gün “şok” faktlarla zəbt etməyə, bunun üzərindən isə şəxsi repetitorluq biznesini qurmağa çalışır. Bu qədər cılız, bu qədər səthi, yüksək təfəkkür və dəyərlərdən uzaq. Təhqiramiz, qeyri-etik, loru üslub sərgiləməklə müəllim adına iddia edən şəxsin titulları isə saxtadır. Həqiqət isə, boyunun ölçüsünü bilməkdir, Kamran.

Ölkə mediasının rəsmi sorğusuna Bakı Dövlət Universitetindən Kamran Əsədovun hüquq  fakültəsini bitirmədiyi barədə məlumat verilib. Halbuki Kamran Əsədov hüquq məzunu olduğunu dəfələrlə bəyan edib. Bunu hətta K.Əsədov öz facebook profilində də qoyub.

Kamran Əsədov yaxın tariximizə orta məktəb dərsliklərinə “Böyük Ermənistan” cəfəngiyyatını xəritə kimi yerləşdirən şəxsdir. Və bud a son deyil. K.Əsədov bir neçə il öncə dələduzluqda ittiham olunub. Belə ki, Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən K.Əsədovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdi.

Baş Prokurorluğun mətbuat xidmətinin 11 sentyabr 2014-cü ildə yaydığı məlumata görə, özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşı kimi təqdim edən, Bakı Dövlət Universitetində (BDU) saat hesabı ilə müəllim işləyən Kamran Əsədov qəbul imtahanlarında lazımi bal toplamayaraq ikinci tura qalmış Bakı şəhər sakininin övladını Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3.000 manat pul tələb edib və həmin puldan ilkin olaraq 500 manat alıb. Bundan sonra abituriyentin ikinci turda topladığı bal hesabına obyektiv meyarlarla ali təhsil müəssisəsinə qəbul olunmasına baxmayaraq, K.Əsədov guya qəbula kömək etdiyini təkid etməklə həmin şəxsdən 2 500 manat məbləğində pulu tələb edib alarkən əməliyyat tədbirləri zamanı cinayət başında yaxalanıb. Baxış zamanı K.Əsədovun üstündən 2 500 manat məbləğində nağd pul aşkar edilərək götürülmüşdü.

Həmin dövr faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə həbs olunub (bu linkdə tanış olun: http://news.milli.az/crime/294714.html). Bir il cəza çəkdikdən sonra cəzanın yüngülləşdirici hallarından istifadə edərək cəzasının qalan hissəsini icbari yolla çəkməklə azadlığa buraxılıb. Məlum oldu ki, bu şəxs BDU-nun “Azərbaycan tarixi” kafedrasının doktorantı olub və bu cinayəti törətdiyinə görə BDU-dan qovulub. O, tarix elmləri namizədi deyilmiş. İndi isə AMEA-nın aspirantıdır (Təəssüflər olsun ki, aspiranturaya qəbulda heç kəsin kriminal keçmişi araşdırılmır). 2015-ci ilin fevral ayında isə K.Əsədov azadlığa çıxıb.

Bunlar ötəri google araşdırması zamanı ortaya çıxanlardır və bu şəxs bu gün bir rayonun vəkili olmaq iddiasındadır. Həm də həyatını milli mücadiləyə sərf edərk şərəflə keçirən insanlara dil uzadaraq. Utanmadan da oynamaq olar, amma xalq məscidə hər varlığı buraxmaz. Dövlətçilik üçün parlament elə məscid qədər müqəddəsdir…

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142441

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930