Abidin Fərzəliyevin Nurlan adlı müəammalı şəriki: Əli Həsənov da işin içində

13.05.2020 - 22:17

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev həm bahalı hədiyyə verməyi, həm də qəbul etməyi sevir.Bununla bağlı yerli mediada yayılan məlumata görə,  icra başçısı prezidentin sabiq köməkçisi, ötən ilin oktyabrında prezident sərəncamı ilə vəzifədən azad edilən Əli Həsənova da mülklər hədiyyə edib. Bununla bağlı pravda.az-ın yaydığı məlumatı cumhuriyyet.az olaraq diqqətinizə çatdıraq:  “Şəhid Samir Xasıyev adına parkda (keçmiş Montin parkı) 20 sot ərazidə 4 mərtəbəli villa Abidin Fərzeliyev tərəfindən tikilib tam təmir edilərək Ə.Həsənova bağışlanıb: “Məsələn, Nərimanov rayonunda Əhməd Rəcəbli 29 ünvanında 4 min kv metr sahəni əhatə edən 5 mərtəbəli bina (hansı ki, iki mərtəbəsi “Mayomed medikal” tibb mərkəzinə icarəyə verilib, qalan 3 mərtəbəsində isə Həsənovların ailə şirkəti olan “Kaspi kids”, “Kaspi poliqlot” və “Kaspi abituriyent” yerləşir) da Fərzəliyev tərəfindən Həsənovlara hədiyyə edilib. Heydər Əliyev mərkəzinin yaxınlığında, Heydər Əliyev prospektində yerləşən və prezident İlham Əliyevin sərəncamı ilə dövlət vəsaiti hesabına inşa edilən binalarda ümumi sahəsi 400 kvadratmetrdən artıq olan 3 mənzili də alaraq sabiq köməkçiyə hədiyyə edib. Onun Əli Həsənova bağışladığı daha bir obyekt elə həmin ünvanda 1-ci mərtəbədə yerləşən sahəsi 300 kv/metr olan qeyri-yaşayış sahəsidir”.
A.Fərzəliyevin Ə.Həsənovla əlaqələrində digər maraqlı məqamlar da üzə çıxıb. Belə ki, Nərimanov icra hakimiyyəti başçısının adı hallanan qalmaqallardan biri də Səbayel Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovla bağlıdır. Maraqlıdır ki, A.Qafarovun sabiq prezident köməkçisi Ə.Həsənovla əlaqələri haqda da mediada iddialar var. Belə ki, bu hakim Əli Həsənova haqq verdiyini və buna görə də qanunları necə istəyir elə də idarə etdiyini ondan şikayətçi olan şəxslərə açıq ifadə etməkdən çəkinməyib. Eyni zamanda Bakıda çoxsaylı mülklərə sahib olan məhkəmə sədrinin Abdin Fərzəliyevlə ciddi biznes əlaqələrində olması haqda yerli mediada iddialar səslənib. Həmin iddialara əsasən cumhuriyyet.az bildirir ki, A.Qafarov paytaxtda sahib olduğu mülkləri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin yaxın adamı olan Nurlan adlı şəxsin vasitəsilə idarə edir: “Daha doğrusu, ona bu işlərdə yardımı Abdin Fərzəliyev edir”. Bu məlumata əsasən cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, icra başçısının həmyerlisi olan Nurlan adlı şəxs yaşca Abdin Fərzəliyevdən kiçik olsa da, onun ən etibarlı adamı kimi tanınıb və icra başçısının qeyri-rəsmi işlərinə rəhbərliyi məhz bu şəxs həyata keçirir. Mənbənin sözlərinə görə bütün “qara işlər”ə Fərzəliyevin “sağ əli”, faktiki, özünü birinci müavin kimi aparan icra hakimiyyətinin hüquqşünası Nurlan Həsənov rəhbərlik edir. O, ortada çox görünməsə də, hər kəs bilir ki, Nurlan Həsənov Fərzəliyevin “sağ əli” olmaqla, onun bütün “işlərilə” şəxsən özü məşğul olur.(N.Həsənovun karyera yüksəlişi, mükafatlandırılması və ivra başçısı ilə əlaqələri haqda daha ətraflı növbəti yazımızda bəhs edəcəyik). “Nərimanov RİH-də adi (?) vəzifədə işləyən Nurlan Həsənov bütün bu işlərində A.Fərzəliyevə kömək etməklə yanaşı, həm də başçının şərikidir” deyə mənbə qeyd edir: “Bu cütlüyün təkcə “Erməni qəbiristanlığı”nda onlarla obyektləri var”.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146582

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031