“FORTİS GROUP” YAŞAT Fonduna 100 min manat ianə etdi

14.12.2020 - 15:20

Azərbaycanın qabaqcıl inşaat materialları istehsalçı şirkətlərindən biri “FORTİS GROUP” ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna 100 min manat ianə köçürüb.

Musavat.com xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
“FORTİS GROUP”-un İdarə Heyətinin sədri Elşad Bayramov bildirib ki, şirkətimiz Cənab Prezidentin tövsiyyəsinə uyğun olaraq bundan sonra da sosial sahədə görülən işlərdə dəstək göstərməyə davam edəcək. Əlavə edib ki, “FORTİS GROUP” torpaqlarımızın düşmən tapdağından təmizlənməsi uğurunda həyatını itirən şəxslərin ailələrinə, eyni zamanda qazilərə yardım göstərməsini özünə borc bilir.

Məlumat üçün bildirək ki, şirkət bu kimi xeyriyyə kampaniyalarında həmişə aktiv şəkildə iştirak edib.
Vətən Müharibəsi başlayanda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürüb. Ondan əvvəl isə Azərbaycan Respublikasının tibbi təhlükəsizliyi naminə ölkə rəhbərliyi tərəfindən təsis edilmiş layihəyə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ianə edib.
“Fortis Group” eyni zamanda, şəhid və qazı övladları üçün 2 ildir ki, ödənişsiz abituriyent hazırlığı kursu (Fortis Academy) təşkil edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158411

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031