Balakəndən Nəsib Məhməliyevə sərt mesajlar…
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamı ilə Nəsimi rayonunun icra başçısı Nəsib Məhəməliyev vəzifəsindən azad olunub. Onun yerinə isə Bakının Səbail rayonunun icra başçısı Asif Əsgərov təyin edilib. Maraqlıdır ki, azad edilən icra başçılarının hamısı – Zakir Fərəcov, Eldar Əzizov, Asif Əsgərov digər şəhər və rayonlara yenidən icra başçıları təyin olunsalar da, eyni şans Nəsib Məhəməliyevə tanınmadı. Əvəzində N.Məhəməliyevin parlamentdə yer alacağı haqda xəbərlər dövrüyyəyə buraxıldı.
Nəsimi rayonunun sabiq icra başçısının deputat seçiləcəyi haqda dolaşan xəbərlərdə yer alam bölgənin adamları – Balakən ictimaiyyəti və ziyalılarından ibarət onlarla şəxs tərəfindən cumhuriyyət.az -ın elektron poçtuna müraciət daxil olub. Müraciəti olduğu kimi dəyərli oxucuların diqqətinə təqdim edirik: “Hörmətli redaksiya. Bizlər rayon ictimaiyyəti, ziyalıları adından müraciət səsləndirərək istəyirik ki, bu müraciətimizi bütün kiv-nümayəndələri öz qəzet, sayt və portallarında daha geniş şəkildə ictimailəşdirsin. Biz Balakən ziyalıları və ictimaiyyəti cənab prezident İlham Əliyevin Nəsib Məhəməliyevin Bakı şəhəri Nəsimi rayon icra hakimiyyəti başçısı vəzifəsindən azad edilməsini alqışlayır və cənab prezidentin bu sərəncamını vaxtında və dəqiq verilmiş hesab edirik. Bizlər eyni zamanda cənab prezidentə bu qərara görə dərin təşəkkürümüzü bildiririk. Bizlər qeyd etmək istəyirik ki, sabiq başçı Nəsib Məhəməliyev mətbuata məlumat ötürərək, özünün 109-110 saylı dsk-dən millət vəkilliyinə namizəd olacağını elan etmişdir. Qeyd etmək istəyirik ki, Balakən rayonunda hətta yap üzvüləri də öz siyahılarında siyasi və mənəvi nüfuzunu itirmiş bir şəxsin namizədliyinə etiraz edirlər, eyni zamanda belə qərar olacağı halda onu müdafiə etməyəcəklərini bildirirlər. Cənab prezident, əgər Nəsib Məhəməliyev Balakən rayonundan öz namizədliyini sərbəst şəkildə irəli sürərsə, təbliğat kompaniyasında Balakənlilər tərəfindən baykot ediləcəkdir. Sonda bizlər bütün ölkə kiv-nümayəndələrindən xahiş edirik ki, Balakənlilərin bu müraciətini dərc edəsiniz. Qoy hamı, bütün ölkə Balakən reallığının nədən ibarət olduğunu bilsin”.
Elçin İsmayıllı
Short URL: http://www.cumhuriyyet.net/?p=31187