Qalmaqallı obyekt haqda şok: “Nar şərab” restoranı sənədsiz işləyirmiş…

23.11.2015 - 01:19

“Restoran rəhbərliyi indi-indi sənəd düzəltməyə başlayır, səbəb…”

rrBugünlərdə cumhuriyyet.az-a adı “MTN işi”ndə hallanan məşhur “Nar şərab” restoranı ilə bağlı maraqlı informasiya daxil olub. Etibarlı mənbədən verilən məlumata görə, Prezident Administrasiyasının yetkilisi Əli Əsədova məxsus olan restoran uzun illərdir ki, sənədsiz işləyirmiş və yalnız bu günlərdə həmin restora sənəd düzəltməklə bağlı ilkin hazırlıq işlərinə start verilib. Mənbənin sözlərinə görə, buna səbəb adı “MTN işi”ndə keçən obyektlərin dövlət tərəfindən müsadirə edilməsi, bu obyektlərə əl qoyulmasıdır:
“Nar şərab” rəhbərliyi hesab edir ki, bir müddət bundan öncə satışa çıxarılan restoranın dəyər-dəməzinə də olsa əldən çıxarılması üçün onun sənədlərinin qaydaya salınması zəruridir. Adi bir dönər budkasının belə sənədsiz bircə saat işləməsinə imkan verilmədiyi ölkə paytaxtında “Nar şərab” restoranı boyda nəhəng bir obyektin sənədsiz olmasına baxmayaraq illərlə rahat şəkildə fəaliyyət göstərməsinin özü ən böyük qanun pozuntusu, eləcə də sabiq nazir Eldar Mahmudov komandasının heç bir qanun-qaydanı saya salmamasının bariz nümunəsidir. Bu, prezidentin köməkçisi kimi mühüm bir postda təmsil olunan Ə.Əsədovun özünün də nə qədər “qanunpərəst” olduğunu göstərir”.
Mənbənin sözlərinə görə, hazırda heç bir sənədi olmayan obyektin sənədlərinin köhnə tarixə hazırlanması variantı da ortadadır ki, bu variant obyektin fəaliyyətinə qanuni don geyindirmək məqsədi ilə gündəmə gətirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=40441

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728