Sabunçu TSEK-nin sədrindən Səlim Müslümova ittiham:”nazirlik məndən şirinlik istəyir”
Tibbi Sosial Ekspetiza Komissiyasının (TSEK) illərdən bəri fəaliyyətini tənzimləmək, onu korrupsiya bataqlığından çıxarmaq hələ ki, mümkün olmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bununla bağlı qaydaları dəyişsə də, xeyri olmayıb. Çünki təməl əvvəldən yanlış qoyulub və qaydaları dəyişmək üçün sərt addımlar atılmayıb. Bu arada cumhuriyyet.az xəbər verir ki, mediada yer alan məlumata görə, Sabunçu TSEK-in sədri Vahid İbrahimov da işlərində qayda-qanun yarada bilməyənlərdən hesab olunur. Elə bu səbəbdəndir ki, onun da fəaliyyəti ilə bağlı şikayətlər çoxdur.
İnternet mediasında bununla bağlı yayılan məlumatı cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Sözügedən komissiyada əlillik dərəcəsi almaq, təkrar komissiyadan keçmək heç də asa niş deyil. Burada Vahid İbrahimovun öz qaydaları var və hamı həmin qaydalara riyayət etməlidir.(jam.az)Belə ki, «nazirlik məndən şirinlik istəyir» bəhanəsi ilə vətəndaşlardan bəzi tələblərdə bulunan komissiya sədrindən şikayət edənlərdən biri qeyd edir ki, bu yaxınlarda Zakir adlı şəxsdən xəstəxanada deyil, öz evinin anbarında görüşərək, ondan pul alıb.
Bu azmış kimi, Vahid İbrahimovun bir qaydası da budur ki, o, əlillik dərəcəsi almaq istəyənləri xəstəxanada deyil, elə evinin zirzəmisində qəbul edir. Bəzi hallarda xəstənin müayinəsi zirzəmidə deyil, evin altında fəaliyyət göstərən marketdə reallaşdırılır. Yəni, bunu başa düşməyin özü yetərli qədər qəliz məsələdir.
Maraqlıdır ki, bununla bağlı ortada audioyazı da var. Və həmin danışıqlarda bəzi məqamlar kifayət qədər diqqəti çəkir. Bu əsnada, komissiya sədrinin Bakıxanov qəsəbəsində yerləşən villası və marketinin fotoları da əlimizə keçib. Etiraf edək ki, belə nəhəng villanı ərsəyə gətirmək hər adamın işi deyil və onun dəyərinin bir neçə milyon manat təşkil etdiyi də istisna deyil. TSEK sədrinin bu qədər imkana malik olmasının sirrini isə Vahid İbrahimovdan yaxşı bilən olmaz”.
Short URL: http://www.cumhuriyyet.net/?p=56612