İcra başçısının müavininə qarşı şok ittiham: siqaret qaçaqmalçılığı, araq biznesi və…

29.03.2016 - 02:31

ttSabirabad rayon icra başçısının müavini Həsən Həsənov siqaret qaçaqmalçılığı ilə məşğul olur. Bu barədə məlumat Sairabad RİH-dəki mənbəmizdən daxil olub. İddiaya görə rayonda rüşvət və özbaşınalığın toxumun əkən H.Həsənov, bu azmış kimi İran İslam Respublikasından, ölkəmizə müəyyən yollarla keçirdiyi siqaret monopoliyasının başında duranlardandı. Beləki, məlumatlı mənbənin dediyinə əsasən, icra başçısının müvini Sabirabad və digər rayonlarda “Amore”, D&J, X3 və.s. siqaretlərin satışının təşkil etdirir. İran İslam Respublikasının, aksiz markası ilə satılan siqaretlər Sabirabad rayonunda eləcədə kənd və qəsəbələrinin istənilən dükan -marketlərdə, satışını təşkil edilmişdir.
Bundan başqa öz biznesini genişləndiməklə məşğul olan, Rusiya və Ukrayna aksiz markası ilə spirtli içkilərin topdansatışını Sabirabad rayonunda təşkil edən icra başçısının müavini Həsən Həsənov yerli əhalini incitməklə də məhşurdur…
Məlumatlarda oda bildirilir ki, dərdlərini və problemlərini icra başçısına bildirmək istəyən yerli sakinlər cənab Həsənov tərəfindən əngəllənir. Buda yerli əhali ilə icra başçısı arasında haqlı narazılıqlara səbəb olur. Məlumat üçün bildirək ki, redaksiyaya yazılı şəkildə şikayət edən bir qrup Sabirabad rayon zəhmətkeşləri, Həsən Həsənovun özbaşınalıqlarından cana yığıldıqlarını deyirlər. Onlar rayonda getdikcə kök atan məmur özbaşınalığının qarşısının alınması üçün prezidentə müraciət etmək istədiklərini də bildiriblər…(azerinews.org) Qarşı tərəfidə dinləməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=59065

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31