ƏƏSM kadrlarının Gəncə macəraları: 2500 manatlıq təqaüd 600 manatlıq maaşa dəyişdirilir

21.09.2016 - 10:14

rrƏksər hallarda vəzifəyə hərislik, rüşvətə alışqanlıq sindromu Azərbaycan məmurunu ən ağlasığmaz addımlar atmağa vadar edir. Bu tendensiya çox zaman yaş fərqinə varmadan, şəxsiyyət və ləyaqət anlayışını belə kölgədə qoyur. Ən əsası, bu tip məmurun şəxsi maraqları kəsinliklə qorumalı olduğu dövlətçilik və milli-mənəvi maraqlarının önünü kəsir.Artıq bir müddətdir ki, ölkənin ikinci böyük şəhəri, Gəncədə iki qalmaqallı çinovnikin “vəzifə-kürsü savaşı” şəhər ictimaiyyətinin qınağına və geniş müzakirəsinə çevrilib.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində zəruri struktur dəyişikliyi aparılıb. Bu yöndə cərəyan edən məlum proses təkcə nazirlik daxilində deyil, digər strukturlar kimi ƏSMN nazirliyi yanında DSMF strukturunda da nazir Səlim Müslümovun şəxsən bir sıra kadr islahatı aparmasına zəmin yaradıb. Nəticədə Səlim Müslümov ölkə üzrə yeni DSMF şöbələrinə rəhbər təyinatında öz kadrlarına-ləğv olunan Dövlət Sosial Təminat Xidməti şöbələrinin direktorlarına daha çox üstünlük verib, sabiq DSMF müdirləri isə müvafiq işlərlə təmin olunub. Lakin nazirin başadüşülən “kadr siyasəti” bəzi nankor məmurunun iç üzünü aşkarca ortaya qoya bilib və biz də media olaraq ara-sıra bu qəbildən yazılı etirazların şahidi oluruq. Gəncədə baş verənlərin timsalında isə dediklərimiz daha aydın görünür…
ƏSMN yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin müdirliyi uğrunda gedən soyuq savaş sonucunda Səlim Müslümovun “dostu” kimi tanınan Nizami Əhmədov nazirin 28 iyul 2016-cı il tarixli müvafiq əmri ilə bu kürsüyə “layiq” görülüb. Lakin əmrdən aydın olur ki, N.Əhmədov dövlət qulluğunda olma yaş həddini ötən ay tamamlayıb və… (Bu barədə aşağıda daha geniş şəkildə yazacağıq-O.N) Məlumatlı mənbənin Demokratik.Az-a bildirdiyinə görə, Səlim Müslümov əvvəlki müdir Arif Qəmbərovu DSMF-dən sıradışı edib, bu da sonuncuda nifrət hissi oyadıb. Hazırda Gəncə ş, Nizami r-nu Məşğulluq Mərkəzində müdir kimi sığınacaq tapan Arif Qəmbərov artıq qisas məqsədilə mətbu “silah”a da əl atıb. Belə ki, yeni sələfinin köhnə maxinasiyalarını açacağından ehtiyatlanan cənab Qəmbərov bir xanım jurnalistin cılız qələminə sığınaraq Nizami Əhmədov barədə əldə etmiş olduğu (oğurladığı-red) kompromatlarla “döyüşə” başlayıb. Bu mübarizədə mediaya danos ötürücülüyü rolunu adıçəkilənin dostu – Göygöl DSMF-nin sabiq direktoru Ruslan Əliyev üstlənib. Bu barədə aldığımız məlumata görə, bu şəxs də Səlim Müslümovun kadr islahatında incik düşən simalardandır və hazırda Göygöl DSMF-də müavin vəzifəsi tutur. Bu səbəbdən də sonuncu Arif Qəmbərovla Səlim Müslümovun kadr seçimlərinə qarşı “ittifaq” bağlayıb.
Məlumata görə, Arif Qəmbərov-Ruslan Əliyev cütlüyü artıq qəzet və saytlarda sifarişli yazılarla bir çoxuna “savaş” elan edib. Rastlaşdığımız belə yazılardan biri barədə hələlik onu deməliyik ki, yazı sifarışçiləri (müəlliflər də-O.N) ölkənin mövcud hüquq normalarını bilmir və ya bilməzlikdən gəlib cılız yazı sifarişləri icra edir. Ədalət naminə deyək ki, sifarişlərdə bizə də məlum olan müəyyən həqiqətlər – fakt və məntiq də var. Mətbuata ötürülən ən real məntiqi fakt Nizami Əhmədovun dövlət qulluğuna görə almalı olduğu 2500 manat təqaüddən imtina edib müdir vəzifəsini qamarlamasıdır. Belə olan halda məmur şinelinə alışmış birinin ayda 600 manat maaşla, üstəgəl 1250 manat təqaüdlə cəmi 1800 manat alacağı bəlli idi… Bəs hansı maraqları Nizami Əhmədovu hər ay 700 manat “ziyan-zərərlə” işləməsinə, yaşamasına zəmin yaradıb? Rüşvət və korrupsiya maraqlarımı? Bəlkə?…
Bu suala cavab axtararkən ilk olaraq xatırladaq ki, N.Əhmədov 2006-cı ildən 2013-cü ilin noyabrınadək DSMF Gəncə ş, Nizami rayon şöbəsinin müdiri olub. Səlim Müslümov DSMF sədri olarkən Əhmədov onun Qərb bölgəsi üzrə ən etibarlı fiquru ola bilib. Təsadüfi deyil ki, Səlim Müslümov nazir olar-olmaz onu təcili Gəncə ƏSMM-in direktoru vəzifəsinə gətirib. Eynən indiki kadr islahatına bənzər qaydada…
Söyləmək yerinə düşər ki, Səlim Müslümov hər dəfə Gəncədə Nizami Əhmədov kimi “etibarlı-bacarıqlı” kadrını itirmək istəməyib. Hətta gəzən söz-söhbətə görə, sevimli kadrının dövlət qulluğunda qalma yaş həddi problemini də cənab nazirin özü həll edib. Nazirin təqdimatı əsasında N.Əhmədov prezidentin 22 iyun 2016-cı il tarixli sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalını alıb. Məqsəd təbii ki, “Dövlət Qulluğu Haqqında” AR qanununun 32.1.2-ci maddəsinə zəmin-əsas hazırlamaqdan ibarət olub. Beləcə təltif tarixindən 10 gün sonra-1 iyulda Əhmədov 65 yaşına vida edib. Görünən və bilinən isə odur ki, N.Əhmədov hələ daha 3 il müddətində Səlim Müslümovun iradəsilə məmur qiyafəsində qalacaq. Təbii ki, çətir altına sığınaraq nazirin tabeliyində olmaqla…
Əgər cənab Müslümov başqa bir nazirliyə transfer olarsa, inanın ki, N.Əhmədov dərhal onun Gəncədəki bir nömrəli kadrı olaraq yer dəyişdirəcək. Bunlar artıq gün kimi aydındır…
Sirr deyil ki, DSMF şöbələrində iş stajı olmayan vətəndaşlara küllü miqdarda rüşvət müqabilində stajların yazılması, təsdiqlənməsi və bu kimi korrupsiya halları var. Bu məqamda da Arif Qəmbərovun Əhmədovla çəkişməsi başadüşüləndir. Aldığımız məlumata görə, Nizami Əhmədov hazırda “köhnə iş” ləri qaldırmağı düşünür. Bu da A.Qəmbərovun maxinasiyalarının üstünü açacaq və hətta sabiq DSMF müdirinə cinayət işinin açılacağı da gözlənilir. Səlim Müslümov olayın böyüyəcəyindən ehtiyatlanıb N.Əhmədova hələlik “dur” deyib. Proseslərdə Gəncənin icra başçısı Elmar Vəliyevin şəxsi mövqeyinin olduğu da bildirilir. Sən demə, icra başçısı da N.Əhmədovun vəzifədə saxlanmasına ilk öncə razılıq verməyib. Sonradan nazirin mövqeyini nəzərə alıb və “susqunluq” ifadə edib. Hesab etmək olar ki, Elmar Vəliyev Arif Qəmbərovun danos ötürücülüyündən xəbərsizdir və bunu biləndən sonra zəruri cəza tədbirləri görəcək…(demokratik.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76282

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031