Sabiq deputatın cinayət işində Cahangir Hacıyevi hədəf göstərdilər

06.04.2017 - 23:26

Sabiq millət vəkili, iş adamı Dünyamin Xəlilovun cinayt işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilib. Prosesdə şahid qismində Əsgər Məmmədov ifadə verib. O, bildirib ki, əvvəllər Beynəlxalq Bankda işləyib. İndi isə işsizdir.

Şahid Məmmədov istintaqa ifadəsini təsdiqləyib. O, deyib ki, bankda əvvəlcə departament rəisi, sonra idarə heyətinin sədr müavini işləyib: “Mən öz ərizəmlə işdən çıxmışam. Kreditlərin ayrılmasına göstərişi bank rəhbəri verib”.

Digər şahid Fuad İsmayılov isə bildirib ki, Beynəlxalq Bankda baş direktor işləyir: “Təqsirləndirilən şəxslərdən Dünyamin Xəlilov və Şakir Musayevi tanıyıram. Mənim barəmdə ayrıca cinayət işi olmayıb. O vaxtlar kredit komitəsinin üzvü olmuşam. Kredit alan şirkətlərin sənədlərinə imza etmişəm. Qanunsuzluqlara yol verilməsindən xəbərim olmayıb. Bizə sənədlər verilirdi. Həmin sənədlərə uyğun olaraq kreditlərin ayrılması təhlil olunurdu. Mən birbaşa rəhbərlikdən tapşırıq almamışam. Həmin vaxt kredit komitəsinin sədri Elvin Mustafayev və sonra Akif müəllim olub. Kredit komitəsinin sədri sənədləri bizə verirdi, deyirdi ki, sənədləri bizə rəhbərlik təqdim edib. Biz də imza edirdik. Biz imza etməsəydik, kredit ayrılmayacaqdı. Komitənin 7-i üzvü olub. Tək mən imza etməsəydim, digər 6 nəfər imza etsəydi, kredit qeyd olunan şirkətə ayrılacaqdı. Kreditlərin verilməsini bizdən başqa idarə heyəti, məbləğ böyük olduqda isə müşahidə şurası yoxlayırdı. Kredit 50 mindən çox olduqda müşahidə şurası bu sənədləri mütləq yoxlamalı idi. Kreditlərin verilməsinin arxasında layihələr dururdu. Amma sonradan məlum oldu ki, layihələr olmayıb. Amma sənədləşmə işlərində layihələr olub. Həmin layihələrə uyğun kreditlər verilib. Bəzi kreditlər verilərkən girovu olmayıb”.

Digər şahid Viktoriya Xəlilova olub. O, Dünyamin Xəlilova aid bir neçə təşkilatda baş mahasib işlədiyini söyləyib: “İstintaqda məndən pulların köçürülməsi soruşulub. Bildirmişəm ki, vergi və digər podratçı şirkətlərə pulların köçürülməsində iştirak etmişəm”.

Bildirək ki, prosesdə şahidlər ifadə verərkən tapşırığı rəhbərlikdən aldığını deyiblər. Rəhbər olaraq istintaqa Cahangir Hacıyevin adını çəksələr də məhkəmə rəhbərlik deyərək kifayətləniblər. Amma onlar istintaqa ifadələrini təsdiq ediblər.

Növbəti məhkəmə prosesi aprelin 13-də davam edəcək.

Dünyamin Xəlilov Cinayət Məcəlləsinin 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 213.2.1 (vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213.2.2 (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ələ alma) 32.4, 309.2 (vəzifə səlahiyyətini aşma) maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal hələ 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.

İlkin Muradov,
Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=92228

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930