Samir Şərifovun tikinti şirkətində qalmaqal: əhali etiraza qalxdı bir fəhlə öldü

12.05.2018 - 08:38

Bakıda söküntü sahəsində faciə baş verib. Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, keçmiş Çapayev küçəsində köhnə binaların söküntüsü ilə məşğul olan “Mənzərə” MMC-nin söküntü sahəsində baş verib. Ərazidə söküntü aparan şirkətin əməkdaşı, Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Abiyev Rafiq Abduləhəd oğlu traktorun altında qalaraq ölüb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırma zamanı məlum olub ki, tikinti aparan şirkətin dövlət məmurlarından birinə məxsus olduğu deyilir. Məlumat verən mənbənin bildirdiyinə görə, söküntüyə etiraz edənlər olduğundan söküntü əvvəlcə dayandırılıb. Sonra qəti şəkildə ərazinin sökülməsi qərara alınıb və fəhlə də həmin zaman traktorun altında qalaraq ölüb. Onu da bildirək ki, “Mənzərə” MMC barədə internet mənbələrində hər hansı məlumata rast gəlinmir. Belə görünür ki, bu, məhz göstərilən ərazidə tikinti aparmaq üçün yaradılan MMC-dir. Bu arada cumhuriyyet.az-a daxil olan iddialarda həmin şirkətin maliyyə naziri Samir Şərifova məxsus olduğu bildirilir. İddia olunur ki, o, nazirin şəxsi şirkətidir. Sənədlərdə şirkətin direktoru başqa şəxs göstərilsə də, bütün fəaliyyəti nazirə məxsusdur. Hazırda şirkətin kimə məxsus olması ilə bağlı araşdırmamız davam edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=118727

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2018
BE ÇA Ç CA C Ş B
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031