Muxtar Babayev üçün “Ağ Göl” sınağı: nazir Qüdrət İbrahimovla əlbirdir?

28.05.2020 - 09:13

Bu günlərdə “Ağ Göl” Milli Parkında rəhbər dəyişikliyinin təfərrüatları haqda yazmışdıq. Həmin yazıda Milli Parka uzun illər rəhbərlik etmiş Loğman Mehdiyevə qarşı qurulan plan, nazirə verilən yalan məlumatlar haqda bəhs etmişdik. Eyni zamanda Bakıdakı “Zümrüd” restoranındakı anlaşma nəticəsində Qüdrət İbrahimovun bura direktor təyinatı və bu təyinatla bağlı onun səsləndirdiyi 83 min manat iddiasını qeyd etmişdik. “Ağ Gölün qara günləri: Novruz Məmmədovun adamları Muxtar Babayevi necə aldadıb?”  başlıqlı yazıda Q.İbrahimovun qısa müddət ərzində Ağ Göldə üzünü mənfi baxımdan göstərdiyini yazmışdıq. Bununla bağlı cumhuriyyet.az-a yeni məlumatlar daxil olub.
Bildirək ki, Milli Parkın mühafizəsini daha yaxşı təşkil etmək üçün, 7 il əvvəl Milli Parkda brokonyerlərin ən çox müdaxilə edə biləcəyi“Quzuçalası” kimi adlanan ərazidə keçmiş direktor L.Mehdiyev öz hesabına post düzəldib. Həmişə Milli Parkın mühafizə işlərində çətinliklər yaradan bu ərazinin qorunması həmin post hesabına təmin edilmişdi. Yerli mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə, bir müddət əvvəl, 7 il Milli Parkın mühafizəsində çox böyük rol oynayan həmin post günün-günorta çağında (əslində gecə) yandırılaraq külə dönüb. Maraqlıdır ki, yanğın zamanı post-vaqonun qapısının qıfılı bağlı olub. Postun kim tərəfindən, hansı şəraitdə yandırıldığını demək çətindir, amma maraqlıdır ki, 2 aya yaxın bir müddət keçsə də Qüdrət müəllim bu hadisəni ciddi cəhdlə ört basdiır etməyə çalışıb. Yalnız Nazirliyin bioloji müxtəliflik xidmətinin rəisi Firuddin Əliyevə rəsmi müraciətdən sonra araşdırma aparılıb və fakt təsdiqini tapıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, hadisə ilə bağlı akt tərtib edildikdən sonra daha bir maraqlı hadisə baş verir. Beləki Qüdrət müəllimin bilərəkdən ya bilməyərəkdən səhlənkarlığı ucbatından araşdırılmamış yanğına sonradan ciddi müdaxilə edilmiş, ipucu verə biləcək izlər tamamilə məhv edilmişdir. Hələ araşdırılma aparılaraq dəymiş zərər və səbəb müəyyən edilməmiş vaqon iz itirmək məqsədi ilə ciddi müdaxiləyə məruz qalmışdır.
Ağ Göl Milli Parkında baş verən digər bir proses də yeni rəhbərliyin  fəaliyyəti haqda təssürat yaradır. Məlumat üçün bildirək ki, Milli Parkda Ceyranlar üçün ayrılan əraziyə buraxılan 21 baş ceyran görülmüş ciddi mühafizə işlərini nəticəsi olaraq 60 başdan yuxarıya çatdırılmışdı. Amma indi Q.İbrahimovun heyvan sahibləri ilə dirnaqarası razılaşması əsasında əraziyə otarılmaq üçün buraxılan mal-qara ceyanlardan daha çoxdur. Bax budur Ağcabədi meşə mühafizəsi və bərpası xidmətinə özünün dediyi kimi 50 min AZN verərək direktor olacağını söyləyən Qüdrət İbrahimovun məsuliyyəti. Bəlkə də o düz deyir kimsə ona söz verib. Müsabiqə adı aldtındaMilli Parka Direktor təyin olunan İbrahimov Qüdrət bu vəzifəyə uyğun olmadığındanMilli parkın mühafizəsi gündən günə bərbad vəziyyətə düşür. Beləki cumhuriyyet.az-a daxil olan məlumata görə kustar üsulla düzəldilmiş elektrik cəriyyanı ilə Milli Parkın su akvatoriyyasını tamamilə məhv edilib, balıqlar su resursları, daha doğrusu suda yaşayan bütün canlıları məhv edir. Bu ekoloji terrordu. Onun tək məqsədi özünün təkidlə dediyi kimi direktor gəlmək üçün müxtəlif insanlara verdiyi 85 min manatı çıxarmaqdı.  Rüşvət verib vəzifəyə gələn adam neynəcək ilk növbədə verdiyini çıxarmağa çalışacaq. Qüdrət İbrahimov da o, yolu tutub.  Əgər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, şəxsən nazir Muxtar Babayev baş verənlərə bağlı olmadığını sübut etmək istəyirsə
1. Milli Parkın bioresurslarının məhv olunması səbəbi araşdırılmalıdır;
2. Qüdrət İbrahimovun hamını aldadaraq maddə ilə işdən çıxarılması faktı araşdırılmalıdır;
3. Müsabiqə yolu ilə direktor seçimi elan olunduğu şərt kimi göstərildiyi halda müsabiqənin nəticəsinə birbaşa təsir edənn Ağcabədi rayon İcra Hakimiyyətinin keçmiş İcra başçısı Şahin Məmmədovdan alınmış məktubun nə dərəcədə qanuna uyğun olması araşdırılmalıdır;
4. Müsabiqənin iştirakçısı olan rəhbər heyəti güya 4 xarici dil bilirəm deyə aldatması.
5. Əsasnaməyə zidd olaraq ikinci dəfə, birinci də iştirak etməmiş kimi sənədləşdirilərək müsabiqəyə ikinci dəfə qatılması və 4 xarici dil bilməsi haqda yalan məlumat araşdırılmalıdır;
6. Qüdrət müəllimin özünə yaxın olan adamların adını tabelə salaraq güyaki, işə gəlirlər kimi tabelini aparıb həmin adamlara evlərində imza etdirməklə maaş kartlarında olan pulların Qüdrət müəllim tərəfindən mənimsənilməsi yoxlanmalıdır;
7. Milli Parkın ərazilərinin mal-qara sahiblərinə qarşılıqlı razılaşma əsasında otarılması faktı yoxlanmalıdır;

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147310

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930