STP-də yeni metal korrupsiyası: 180 min dollarlıq maxinasiya

08.06.2020 - 23:49

Bu günlərdə ixrac yönümlü məhsullarla gündəmdə olan Sumqayıt Texnologiyalar Parkında (STP) yeni maxinasiya aşkarlanıb. AzToday.az-a daxil olan məlumatlara görə, STP-nin Təhcizat departamentinin rəhbəri Çindən külli miqdarda polimer üzlüklü metal alışı həyata keçirib. Departament daxilində 40-dan çox əməkdaşı olan direktor məhsulların alışını Ukraynanın “Trade” şirkəti vasitəsi ilə həyata keçirib. Nəticədə ölkəyə gələn, istifadəyə verilən metallarda 150 ton civarında əskiklik müəyyən edilib. Bu tip metalların Azərbaycandakı ortalama qiyməti 1200 dollardır. Bu da toplamda 180 min dollar, yəni 306 min manat vəsaitin “yox”a çıxması deməkdir.
Məlumata görə, STP-də əvvəllər mis alışında da belə addımlar atılıb. Misi Rusiya, Çin, Afrika kimi ölkələrdən almaq yerinə yerli traderlərdən alan və nəticədə hər tonunda külli miqdarda zərər yaradan təchizat departamentinin Afrikadan təyyarə ilə mis gətirməsi haqqında məlumat paylaşılmışdı.
STP-də bu kimi maxinasiyaların təhcizat departamentinin müdiri Seymur Hacıyevin əli ilə həyata keçirildiyi iddia olunur. Əvvəllər “Şahdağ” Hotelin Təsərrüfat müdiri işləmiş Seymur Haciyevin istehsalat sahəsində ümumiyyətlə təcrübəsi olmadığı bildirilir…
306 minlik maxinasiya ilə bağlı STP-nin də mövqeyini işıqlandırmağa hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147970

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930