ŞOK – Şamaxıda kənd “işğal” olundu ” əhali mühasirədə”

07.08.2015 - 14:22

Entance_ŞamaxıAzərbaycan da antikorrupsiya və məmur özbaşınalıqlarına qarşı mübarizə ən yüksək səviyyədə diqqətdə saxlanıldı. Azərbaycan Respublikasının prezidenti dəfələrlə öz çıxışında korrupsianer məmurlara barmaq silkələmiş, açıq kondeksdə onlardan qanunsuzluqlara və korrupsiyaya son qoymağı tələb etmişdir. Təəsüf ki, ölkə başçısının bu danlaq və tənbehləri tam nəticə vermir. Azərbaycanın dövlət kimi imicinə xələl gətirən, prezidentin tapşırıqlarına məhəl qoymayan, vətəndaşları ölkə rəhbərindən narazı salan məmurlardan biri də Şamaxı rayon Nağaraxana kənd icra nümayindəsi Abi Həsənovdur. Uzun müddətdən bəri kənd sakinlərini təngə gətirən və bunun real göstəricisi olaraq President Administrasiyasında qalaq-qalaq şıkayətlər yığılan bu şəxs haqqında dosye.org-a ilginc məlumatlar daxil olub.

Rəsmi orqanlara şikəyətin nəticə vermədiyini görüb redaksiyamıza üz tutan kənd sakinlərinin sözlərinə görə Abi Həsənov bölgə də qanun saya –saymayan oliqarxa çevirliməkdədir. Kənd sakinlərinin sözlərində belə aydın olur ki, A.Həsənov nə Azərbaycanın müstəqillik qazanmasından , nə də zamanın iyurmi birinci əsrin olmasından xəbərdardır. Çün ki, icra nümayindəsinin hərəkətləri fyodar dövrünün kənd xudasını xatırladır. Belə ki, kənd çamaatına özünün təkimili təəbələri kimi baxan icra nümayindəsi Nağaraxananın bütövlükdə işğal edib. Şikayətçilər iddia edir ki, A. Həsənov illərlə sabiq bələdiyyə sədri Eyvaz Hüseynovla əlbir olaraq kəndin pay torpaqlarını ələ keçirib. Bu zaman A. Həsənov muxtəlif vasitələrdən iftifadə edib. Bəzi kənd sakinlərini pulla şirikləndirib, bəsilərini isə savadsızlığından bəhrələnib. Nəticə də adi icra nümayindəsi Nağaraxana kimi səfalı və Bakıda olan oliqraxların belə tamah saldığı bir kənddən hektarlarla belə torpaqlara sahib olub. Bündan sonra isə həmən torpaqlar çox yüksək qiymətə imkanlı şəxslərə satılıb və bu gün əsilli köklü nağaraxanalı olan kənd sakinləri kiçik bir ərazidə əkin-biçinlə məşğul olmağa torpaq tapmayaraq fyodar qəsirlərini xatırladan villaların mühasirəsində qalıb.

Baş verən proseslərdən narazılıqlarını ifadə edən vətəndaşlar Prezident Adminstrasiyasına dəfələrlə şikayət məktubları göndərmişlər. Bu məktubların nəticəsi olaraq Şamaxı rayon icra başçısı güya tədbirlər görmüş və A.Həsənovun köməkçisi rolunu həyata keçirən bələdiyyə sədri Eyvaz Hüseynov vəzifəsindən kənarlaşdırılmışdır. Əsl səbəbkar isə hələ də iş başında və Nağaraxana kəndxudalığını həyata keçirməkdədir.

Ən maraqlısı odur ki, fyodalizim dövrünün qanunları ilə kəndxudalığ edən A. Həsənov Milli Məclisin deputatı Çingiz Qənizadəyə güvəndiyini bildirir. Biz bu fikrin nə qədər doğru olduğunu deyə bilmərik. Amma ona inanırıq ki, ölkəmizdə Azərbaycan qanunvercliyi və Azərbaycan Respublikasının prezidentin iradəsi hər şeydən üstündür. Bir “kəndxudanın” belə böyük qüvvəyə qarşı tab gətirəcəyinə inanmırıq. Nağaraxana kənd sakinləri də öz yurdlarının “işğaldan” azad olunub “mühasirədən” çıxacaqlarını və bir oliqraxın cəzalandığına inanırlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29400

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728