MTN qalmaqalı daha bir oliqarxı bitirir

06.11.2015 - 12:01

“Eldar Mahmudovun əmisi qızı ilə ortaq olması nazir müavinini karyerasından edəcək”

rrSəhiyyə nazirinin müavini, ölkədə daha çox oliqarx məmurlar sırasında yer alan Elsevər Ağayevin də karyerası sona yaxınlaşır. Arqument.az xəbər verir ki, ölkədə dərman biznesinin önəmli hissəsini əlində cəmləşdirmiş Ağayevin bitirilməsinin səbəbi onun heç də hakimiyyət üçün uyğun olmayan bir adamla biznes ortağı olmasıdır.

Məlumatlarda iddia edilir ki, Səhiyyə Nazirliyinin İnnovasiya Mərkəzinin rəhbəri Pərvanə Mahmudova ilə nazir müavininin ortaq biznesinin varlığı artıq hakimiyyət dairələrinə məlum olub. Sabiq nazir Eldar Mahmudovun əmisi qızı olan Pərvanə Mahmudovanın fəaliyyəti isə hazırda yoxlanılır. Onun işində ciddi nöqsanlar aşkarlandığı da verilən məlumatlar sırasında var. Üstəlik, işin içində kifayət qədər ciddi korrupsiya faktlarının da olduğu deyilir.

Proseslərin gedişatını şərh edən mənbə Arqument.az-a bildirib ki, Pərvanə Mahmudova ilə indiyə qədər biznes ortağı olması bir kənara, bu məsələni əvvəldən gizlətməsi belə Elsevər Ağayevin işdən çıxarılmasını şərtləndirə bilər. Onun sözlərinə görə, hazırda nazir müavini maksimum dərəcədə bu qalmaqallardan kənarda qalmağa çalışır və adının mətbuatda hallanmasını istəmir.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=37966

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728