“Hacı Mazan”ın işdən çıxarılan oğlunun 300 minlik maşınları

18.12.2018 - 10:08

Ramazan Zeynalov: “İşdən çıxarılıb, amma cinayət işi…”

Son zamanlar adı ən müxtəlif qalmaqallarda hallanan Hacı Ramazan Zeynalovun oğlu işdən çıxarılıb. İctimaiyyət arasında “Hacı Mazan” kimi tanınan  Ramazan Zeynalovun oğlu Bayram Zeynalov Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini tuturdu.  Belə xəbərlər var ki, Bayram Zeynalovla bağlı qərarın verilməsi onun vəzifə səlahiyyətlərini aşması ilə əlaqədar olub. DİN-ə onun fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər göndərilib və nəticədə belə bir qərar verilib.

“Hacı Mazan” oğlu Bayram Zeynalovun Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edildiyini təsdiqləyib. Ramazan Zeynalov bakupost.az-a  açıqlamasında daxili işlər naziri Ramil Usubovun əmri ilə oğlunun işdən azad edilməsində qəribə heç nə olmadığını bildirib.

48370267_2212843172101744_3710598143105040384_n.jpg (45 KB)

İş adamı vəzifəsindən azad edilən B. Zeynalov barədə cinayət işi açıldığı barədə xəbərləri isə təkzib edib: “Elə bir şey yoxdur. Cinayət işi açılsa da, bunu cənab nazir, dövlət bilər”. Hazırda şəkər xəstəliyindən müalicə olunduğunu söyləyən Hacı Mazan mətbuatla təmasdan uzaq durmağa çalışdığını da vurğulayıb.

48359768_2212843225435072_1155562256658857984_n.jpg (46 KB)

Qeyd edək ki, Ramazan Zeynalov, onun oğlu və yaxınları 444 seriyalı dövlət nişanlı nəqliyyat vasitələrini idarə etməklə də ad çıxarıblar. Bayram Zeynalov işdən çıxarılandan və barəsində təhqiqat işinin aparılması xəbərləri yayılandan sonra sosial şəbəkələrdə ona məxsus olduğu bildirilən 2 avtomobilin – “Mercedes Galenvagen” və “Porsche Panamera”nın fotoları yayılıb. Həmin nəqliyyat vasitələrinin də fotolarını yaymaqla hər birinin qiymətinin 150 min manatı aşdığını da diqqətə çatdırırıq. Qeyd edək ki, hazırda “Hacı Mazan” barəsində də cinayət işi var. O, “Xəzər” televiziyasının əməkdaşlarına qarşı zorakılıq edib, onlara xəsarət yetirib. Bununla bağlı araşdırma aparılır.

“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125623

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930