“Kristal Abşeron”dan qanunlara və insan həyatına sayğısızlıq

10.02.2019 - 22:29

“Kristal Abşeron” tikinti şirkəti sakinlərin həyatına təhlükə yaratmaqda davam edir. Bununla əlaqədar şirkətin Xırdalan ərazisində inşa etdiyi binanın sakinləri redaksiyamıza müraciət göndəriblər. Müraciətdə qeyd olunur ki, “Kristal Abşeron” şirkəti Xırdalan dəmiryolunun yaxın məsafəsində hündürmərtəbəli binalar tikərək sakinlərə satır. İlkin olaraq həvəsləndirici təkliflərə aldanan sakinlər sonradan binanın təhlükəli ərazidə inşa olunduğunun fərqinə varırlar.Binalar dəmiryoluna o qədər yaxın məsafədə inşa edilib ki, hətta qatarlar gedən zaman ərazidə titrəyiş belə hiss olunur.
Digər tərəfdən isə bina sakinləri azyaşlı uşaqların həyatı üçün yaranan təhlükədən narahatdırlar. Onlar hər an qatar təhlükəsilə üzləşə bilərlər.
Şirkətin fəaliyyətinin digər nöqsanlı tərəfi isə Azərbaycan hökumətinin qəbul etdiyi qərarların tələblərini kobud şəkildə pozamsıdır. Bildiyiniz kimi, Azərbaycan hökuməti dəmiryolu xəttlərinə yaxın məsafədə yerləşən evlərin sökülməsi üçün müvafiq addımlar atır, həmin sakinlərə kompensasiya ödənilməklə təhlükəsiz ərazilərə köçürülür. Dövlət bu istiqamətdə sağlamlaşdırılma aparmaq üçün heç də az vəsait xərcləmir. Ancaq nədənsə deputat Ağalar Vəliyevə məxsus olduğu deyilən “Kristal Abşeron” şirkəti dövlətin bu qərarlarını ya heçə sayır, ya da görməməzlikdən gəlir. Yoxsa, bu şirkət nədən qatar relslərinin yanında bina tikdirsin ki?!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126740

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2019
BE ÇA Ç CA C Ş B
« Yan    
 123
45678910
11121314151617
18192021222324
25262728