DYP rəisi şirkətlərdən “haqq” tələb edir: Avtobusları cərimə meydançasına doldurub

20.03.2019 - 20:43

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinə yenicə rəis təyin edilmiş Məmməd Əliyev sərnişindaşıma şirkətlərini hədəfə alıb. DYP rəisinin özbaşınalığı ilə üzləşən şirkətlərdən birindən “AzPolitika.info”ya verilən məlumata görə, M.Əliyevin göstərişi ilə Yasamal rayonu ərazisindən keçən müxtəlif marşrut avtobusları cərimə meydançasına doldurulub.
“DYP rəisi avtobusların məxsus olduğu şirkət rəhbərlərinə ismarıc göndərərək aylıq “haqq” tələb edib. Hətta iş o yerə çatıb ki, Məmməd Əliyev heç bir qayda pozuntusuna yol verməmiş avtobusları da saxlayaraq cərimə meydançasına aparır. Sürücülər onların işinə mane olan, minlərlə insanı küçələrdə gözləməyə məcbur edən DYP rəisinin əməllərindən cana gəldiklərini bildiriblər” – saytımıza verilən məlumatda bildirilir.
O da qeyd olunur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları onlardan “haqq” tələb edən DYP əməkdaşı ilə bağlı dövlət rəhbərliyinə müraciət hazırlayırlar. Qeyd olunan ittihamlarla bağlı DYP rəisinin də mövqeyini işıqlandırmağa hazırıq.(AzPolitika.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127386

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930