Sabiqlərin rektorluq revanşı: İqtisad Universitetinə yeni rəhbər gətirilir?

27.05.2019 - 00:57

Vətəndaşların narazı salındığı sahələr sırasında məhkəmə,təhsil və səhiyyə sistemləri artıq iqtidar üçün xüsusi önəm kəsb etməyə başlayıb. Məsələyə geniş aspektdən yanaşılsa, bilavasitə təhsil və səhiyyədən  narazı vətəndaşların sayı yüz minlərlə ölçülər.Görünür, bu barədə aparılan qiymətləndirmənin nəticəsinə əsaslanılıb ki, Novruz bayramı ərəfəsində ölkə prezidenti İlham Əliyev məhkəmə, təhsil və səhiyyə sistemlərində ciddi islahatların aparılacağının ilkin anonsunu verdi. Ardınca məhkəmə sistemində  Azərbaycan Dövləti adından çıxardığı qərarlarla vətəndaşları narazı salan, çıxardığı qərarları  mübahisələndirilən,qərarlardan Prokurorluğun verdiyi protestlər çoxluq təşkil edən,10 çox məhkəmə hakimi tutduqları məsləklərindən azad edildilər,bu da son deyil, proses hələ də davam edir.Artıq hakimiyyətin yuxarı eşalonunda şikayətlərin minimuma endirilməsi,vətəndaşların  hansı səbəblərdən narazı qaldıqlarının müəyyənləşdirilməsi bir neçə şəxsin  təhlilinin üzərində dayanmaqla  qiymətləndirilir.

Təhsil sektorundakı mənbənin verdiyi  məlumata görə,aparılacaq islahatların tərkib hissəsi olaraq ölkə prezidenti təhsil sahəsində də narazılıqların minimuma endirilməsi məqsədi ilə bir çox universitet rektorunu yeniləyə,bəzi universitetləri birləşdirə bilər.Hətta,universitet rəhbərləri ilə bağlı  KİV-lərdə indiyə qədər yazılan tənqidi məqalələr  belə nəzərdən keçirilir. O da bildirilir ki, islahatların intensiv şəkildə həyata keçirilməsini təmin etmək üçün heç kimə güzəştə getməyən  yeni kadrların Təhsil Nazirliyinə rəhbər vəzifələrə təyin olunacağı da baş verə bilər. 

Faktinfo.az-ın əldə etdiyi məlumatda o da qeyd olunur ki,artıq ali məktəblərdə müəllim və professor heyyətini,tələbələri narazı salan rektorlar da müəyyən edilib.Siyahıda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti,Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin və digər Universitetlərin  adı keçir.Həmçinin,sabiq nazirlərdən bəzilərinin universitetlərə rektor təyin oluna biləcəkləri istisna olunmur. 

Siyahıda adı yer alan Azərbaycan Dövlət İqtisad Universitetinə gəlincə, ADİU  rektorunun yeritdiyi təhsil siyasətindən  narazı olan 5-ə yaxın müəllim və professor heyətinin hələ də ölkə rəhbərliyinə ,Prezident Administrasiyasına teleqramlar vurduğu,məktublar ünvanladığı qeyd edilir. Bu arada isə ADİU-da müəyyən şayiələr də gəzir.Nə qədər qəribə səslənsə də vurğulamalıyıq ki, AMEA prezidentinin müşaviri, ADİU-nun kafedra müdiri,sabiq nazir Əli Abbasovun,həmçinin sabiq Maliyyə naziri Əvəz Ələkbərovun rektor Ədalət Muradovu əvəzləyəcəyi dəhlizlərdə “pıçıldaşılır”.(Faktinfo.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128553

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930