İsmayıllı icra başçısının töhmətinin gizlinləri: restoranda iki qızla…

06.05.2020 - 09:03

İsmayıllı rayonuna yeni icra başçısı təyin edilən Nahid Bağırovun töhmət almasının səbəbləri haqda sensasion xəbər yayılıb. Belə ki, cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, Prezident tərəfindən rəsmi qaydada verilən töhmət heç də onun İsmayıllıda karantin rejimini pozmasına görə deyil, Bakıdakı məhşur “Qala Bazar” restoranındakı bəzi hərəkətlərinə görə verilmişdir.
Bəs “Qala Bazar”da nə baş vermişdir? “Axı cənab Prezident onun başçı təyinatından dərhal sonra qəbul edərkən tövsiyyə vermişdi ki, hər bir icra başçısı xalqın dərdi ilə alışıb-yanmalı, qanunsuz əməllərə qarşı mübariz olmalıdır… Prezident demişdi: “… Əminəm ki, siz bu yüksək etimadımı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də mən sizin işinizdən razı olum. Buna nail olmaq üçün, sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır…. Əgər siz bu tapşırıqlarımı layiqincə yerinə yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar… Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq. Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız bu, eyni zamanda, cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər…”.
Bəli, cənab prezident Nahid Bağırova etimad göstərmişdi, amma hardan bilərdi ki, o, az sonra atasının və qayınatasının sayəsində “Qala Bazar” restoranında bu etimadı yerə vuracaq… Təbii ki, başçı təyin ediləndən rayonun Statistika İdarəsinin xidməti avtomobilini ələ keçirib istifadə edən, başı hələki keçmiş icra başçısı Füzuli Ələkbərovun İsmayıllıda tikdirdiyi “Təzə bazar”la bağlı qalmaqallara qarışan başçı daha nə etməli idi… Amma təəssüflər olsun, Prezidentə doğru məlumat verilmədi. Bildirildi ki, guya Nahid Bağırov, sadəcə, İsmayıllıda hansısa kəndə gedib, karantin qaydalarını pozub və s. Axı icra başçısının rəhbəri olduğu kəndin turizm imkanlarını öyrənmək üçün hansısa kəndə səfər etməsi niyə də karantin qaydalarını pozmaq kimi qəbul edilməli idi??? Bütün İsmayıllı əhalisi isə bilir ki, həmin gün Nahid Bağırov “Qala Bazar”da nə işlə məşğul olub, orada nə baş verib… Və əslində, “Qoşa qala”da nə baş verib??? Bu haqda xəbər afn.az-ın yaydığı məlumatı cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “N.Bağırov xüsusi karantin rejimi vaxtı yaylağa çıxdığına görə yox, Bakıya gəldiyinə görə töhmət alıbmış. Bildirilir ki, icra başçısı paytaxtdakı restoranların birində (Mərdəkandakı “Qalabazar” restoranında) saytlardan birinin baş redakdoru olan tanınmış jurnalistlə və iki xanımla nahar edirmiş.
Xüsusi karantin rejiminə təhkim olunmuş polis serjantı onların restoranda olduğunu bilib xəbərdarlıq etsə də, N.Bağırov özünü, jurnalist-baş redaktor isə vəsiqəsini təqdim edərək polisi ordan uzaqlaşdırıblar.
Xidmətçi polis isə bu durumu rəisinə, rəisi rəhbərliyə məruzə edib. Təbii ki, məsələ ölkə rəhbərliyinin diqqətinə çatdırılıb. Nəticədə 21 aprel 2020-ci il tarixli sərəncam verilib. Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamda bildirilirdi: “İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib”.
Lakin sonradan yayılan məlumatda N.Bağırovun guya bir qrup sahibkarla İsmayıllının Qalacıq kəndinə getməsi bildirilirdi. Hətta bunu əks etdirən video da yayımlanmışdı. Lakin yuxarıdakı məlumatı verən mənbənin sözlərinə görə, həmin video və “səbəb” əsl səbəbi gizlətmək üçün ortaya atılıb. Qeyd edilənlərlə bağlı sayt N.Bağırovun mövqeyini öyrənmək istəsə də, icra başçısı əvvəlcə iclasda olduğunu bildirib və sonra zənglərə cavab verməyib”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=145990

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930