Salyanda qalmaqallı iş adamı: Hacı Qurbanın “boru biznesi”ndən tender əməliyyatlarınadək

22.06.2020 - 08:33

Bu gün Azərbaycanda daha çox korrupsiya və büdcə vəsaitlərinin mənimsənilməsi mənbələrindən biri də tenderlərdir. Belə ki, adətən tenderlər bir şirkət üzərində qurulur və xüsusilə də rayonlarda bu şirkətlər vasitəsi ilə əməliyyatlar həyata keçirilir. Bununla bağlı cumhuriyyet.az olaraq, Salyanda tenderlərin əsas qalibi olan “İlkin N MMC” şirkəti haqda müəyyən məlumatlar əldə etmişik. Rayonda Hacı Qurban kimi tanınan Qurban Abbasova məxsus “İlkin N MMC” şirkəti o qədər unuversal şirkətdir ki, bütün rayonunun bütün idarə və müəssisələrin işlərini görür. Xatırladaq ki, Qurban Abbasov adı mətbuatda oğluna toy edərkən 25 ədəd “Gallenvagen” markalı maşından istifadə etməsi ilə yadda qalmışdı.
Onlarla şirkəti olan biznesmenin vergi gizlini
Hacı Qurban Abbasovla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmaya görə, bu şəxsin xeyli sayda şirkətləri var. Onlardan “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat MMC” və “A+B OİL Servis”-i kimi şirkətlərin illik dövriyyəsi milyon dollarlarla ölçülür. Amma buna baxmayaraq, iş adamının vergidən yayındığı iddia edilir. Belə ki, adları çəkilən və çəkilməyən şirkətlərdə üst-üstə 800 nəfər insan çalışdığı halda, rəsmi sənədlərdə onların sayı 100-150 nəfər göstərilir.Əslində, burada qeyri-adi nəsə axtarmaq lazım deyil. Çünki bir iş adamının hətta yüzlərlə şirkəti və ya zavodu ola bilər. Amma məsələ odur ki, tanınmış iş adamının adı vergi qaçaqçılığında hallanır və bu da ümumilikdə, qanunda cinayət tərkibi daşıyan hərəkət kimi qiymətləndirilir.
Qurban Abbasov təkcə bununla kifayətlənməyib, 5-dən çox kəndin torpaqlarına da göz dikib. Bununla bağlı mediada yer alan iddialara görə, Salyan rayonunun Qarabağlı kəndindəki 90 hektar, Kərimbəyli kəndindəki 60 hektar, Təzəkənd kəndindəki 120 hektar, əhali tərəfindən 5-ci şöbə adlanan ərazidə 250 hektar, Qırxçıraq kəndində isə 120 hektar, ümumilikdə 550 hektar kənd əhalininin örüş-otlaq sahələri iş adamı tərəfindən zəbt olunub. Bildirilir ki, bu ərazilərin hamısı verilən rüşvətlər hesabına özəlləşdirilib. Amma nəticədə, 5-dən artıq kəndin sakinləri örüşsüz qalıblar. Qurban Abbasov isə həmin torpaq sahələrində özünə əkin sahiləri ilə yanaşı, balıqçılıq üçün göllər yaradıb ki, bu da bir çox torpaq sahələrinin sıradan çıxmasına səbəb olub. Bu azmış kimi, görülən işlər nəticəsində 120 hektar bəndarası torpaq sahəsi şoranlaşmağa başlayıb. Son daşqınlardan sonra Kür çayının qarşısında tikilmiq bənddə də çatlar əmələ gəlməyə başlayıb.
Hacının “boru biznesi”ndə qaranlıq məqamlar
Yerli mediada səslənən digər bir iddiaya görə, Hacı Qurban təkrar emal adı ilə hələ sovetlər dövründən quyularda qalan boruları çıxararaq satıb. Halbuki, həmin borular istismar müddətini başa vurduğuna görə, «Salyan OİL LTD»nin anbarlarına daşınmalı idi. Amma buna baxmayaraq, Qurban Abbasov boruları özünə məxsus texnikalara yığdıraraq satıb. Daşınmalar zamanı yazılan bir sənəddən dəfələrlə təkrar istifadə edilib. Bununla bağlı cumhuriyyet. az olaraq media üzərindən apardığımız araşdırmalara görə, belə əməliyyatların rahat həyata keçirilməsindən ötrü Hacı özünə yaxın olan Balakişi Bağırovu “Salyan OİL LTD”nin yataqların istismarı üzrə rəhbəri, onun qardaşını isə şirkətin boru anbarına müdir təyin edib. İş adamı yaxın adamlarını müxtəlif vəzifələrə yerləşdirərək qanunsuz işlərini daha rahat şəkildə həyata keçirir. Sahibkarın imza atdığı qanunsuz işlərin sayı-hesabı yoxdur. Lakin yerli hüquq-mühafizə orqanlarının rəhbərləri onun barəsində müvafiq tədbirlər görmür. İş adamı pulunun gücünə yaranan ən xırda problemi belə yoluna qoyur», deyə məqalədə qeyd olunurdu. İş adamının fəaliyyətində üzə çıxan neqativ hallar o qədər çoxdur ki, saymaqla bitmir. Bu gün sizə Hacı Qurban Abbasovun barəsində növbəti faktları açıqlamaq istəyirik. Etibarlı mənbədən aldığımız məlumatlara görə, Qurban Abbasov bir neçə il əvvəl Qarabağlı kəndi ərazisindən keçən 500 mm-lik dövlətə məxsus qaz boru xəttini kəsib-doğrayaraq satıb. bu işə öz kürəkəni, həmin dövrdə kəndin icra nümayəndəsi işləyən İlham Muradovu, bələdiyyə sədri Teyyub Məmmədovu və qaz sahə rəisi Kamil Məmmədovu də cəlb edib. Bu şəxslər törətdikləri cinayət hadisəsinə görə üç gün Salyan Rayon Polis Şöbəsində saxlanıldılar. Sonradan Qurban Abbasov hamıya məlum olan vasitələrə əl ataraq həmin adamların sərbəst qalmasına nail oldu. Qaz borularının oğurlanaraq satılmasında iş adamının birbaşa iştirakı var idi.
Qalmaqallı iş adamının daha nələri var?
Qabil Abbasovun var-dövləti bununla da bitmir. Onların ümumi siyahısı uzun olsa da, cumhuriyyet.az olaraq yerli mediada yyımlanan məlumatlara əsasən bəzilərinin adlarını qeyd edirik:
1. Salyan rayonu Qarabağlı kəndındə əvvəllər Neft şirkətinə məxsus sahəsi 5000 m2 olan qeyri-qanuni özəlləşdirilmiş tikili.
2. Qarabağlı kəndində əvvəllər pambıq qəbulu məntəqəsi olmuş 5 ha qaraj kimi istifadə olunan ərazi.
3. Qarabağlı kəndində əvvəllər kolxoza məxsus kənd təsərrüfatı məhsulları anbarı olmuş sahəsi 6000 m2-dən çox olan tikili və sonradan qeyri-qanuni inşa olunmuş tikililər.
4. Qarabağlı kəndində çörək zavodu.
5. Qarabağlı kəndində ticarət mərkəzi.
6. Şirvan şəhərində ümumilikdə sahəsi 6-ha artıq ola Qarasu neft şirkətinin yaxınlığında qaraj və tikililər.
7. Salyan rayon mərkəzində mərkəzi bazar.
8. Salyan rayon mərkəzində beton zavodu.
9. Qaradağ rayon beton zavodu.
10. Lənkəran rayonunda istirahət kompleksi.
11. Biləsuvar rayonunda beton zavodu və s.
Qeyd edək ki, bu obyektlərin hamısı ayrı-ayrı şəxslərin adına sənədləşdirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148598

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930