İmişlidə qumarxana biznesi: kimlər və necə himayə edir?

07.04.2015 - 12:45

imisliİmişli şəhərinin mərkəzində üç yerdə qumarxana fəaliyyət göstərir. İmişli sakinlərinin  verdikləri məlumata görə, internet üzərindən oynanılan “Keno” adlı loto oyunu ölkənin bir çox regionlarında qadağan olunmasına baxmayaraq, İmişlidə açıq aşkar oynanılır. Rayon sakinləri bildirirlər ki, “Keno” adlı loto oyunu İmişli gənclərinin bəlasına çevrilib.

“Bu qumarxanalarda kimləri dərman pulunu, kimiləri kredit pulunu, kimiləri də kreditə pul götürüb uduzub. Azərbaycanın hər yerində bu qumarxanalar qadağan olunsa da, İmişli şəhərində üç yerdə fəaliyyət göstərir. 2014 cü ilin ortalarında başda paytaxt Bakı olmaqla, bütün rayonlarda internet üzərindən oynadılan loto oyunu mərkəzləri hüquq mühafizə orqanları tərəfindən bağlanıldı. Bu polis əməliyyatlarından cəmi bir həftə sonra İmişlidə “cibsoyanlar” yenidən fəaliyyətə başladı.”

Sakinlər qeyd edirlər ki, İmişlinin mərkəzində fəaliyyət göstərən bu qumarxanalara icra hakimiyyəti və polis göz yumur. “Polis rayonun mərkəzində qadağan olunmuş qumar növünün açıq-aşkar oynanılmasına necə icazə verə bilər? Biz dəfələrlə bu qumarxana sahiblərinə etirazımızı bildirmişik. Onlar deyirlər ki, bu qumarxanaları işlətmək üçün, İmişli polisinə aylıq 500 manat pul verirlər. Əgər bu polisə atılan şər-böhtan xarakterli məlumatdırsa, o zaman bu qumarxanalar barəsində təcili tədbirlər görülsün.” (avropa.info)

Mövzu ilə əlaqədar İmişli polisinin mövqeyini dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=21568

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031