Masallıda bir kəndin sakinləri təhlükə altında – FOTOLAR

09.07.2015 - 02:46
masalliMasallı rayonunun Hacıtəpə kənd sakinləri uzun müddətdir ki, qorxu altında yaşayırlar; kənddə elektrik dirəkləri qəzalı vəziyyətdədir; rayon rəhbərliyi və “Azərışıq”ın yerli şöbəsi heç bir tədbir görmür…
Hacıtəpədə sakinlər təhlükədə…
Arqument.Az-ın əməkdaşı ötən gün Hacıtəpə kəndində olub. Sakinlər bildiriblər ki, elektik dirəkləri 1963-cü ildən –  sovetlər zamanından qalmaqdır. Elektik xətləri – paslanmış məftillər də o dövrdə çəkilib. Hazırda isə elektrik xətləri qəzalı vəziyyətdədir, sakinlər hər an təhlükə ilə qarşılaşa bilərlər.
Onların sözlərinə görə, elektrik dirəklərinin və xətlərin qəzalı vəziyyətdə olması ilə bağlı dəfələrlə rayon İcra Hakimiyyətinə və “Azərİşıq” ASC-nin rayon şöbəsinə müraciət ediblər. Amma problem həllini tapmayıb.
Ən dəhşətlisi isə odur ki, elektrik xətləri yaşayış evlərinin, bağların, tövlələrin, – bir sözlə, müxtəlif iaşə obyektlərinin üstündən keçir. Çürümüş dirəklərin adi bir küləksən yıxılma ehtimalı, məftillərin qırılıb-tökülmə qorxusu var.
İcra Hakimiyyəti və “Azərişıq” yalan danışır…
Sakinlər iddia edirlər ki, İcra Hakimiyyətinə edilən şikayətlərə ümumiyyətlə baxılımır: “Müraciət etdik ki, gəlib təmir etsinlər. Bizə dedilər ki, gedin İşıq İdarəsinə. Orada da göz-görə bizə yalan danışırlar. “Azərışıq”ın yerli şöbəsindən deyirlər ki, sizin xətlər 2008-ci ildə təmir olunub, bir də 10 ildən sonra, yəni 2018-ci ildə təmir oluna bilər. Başa sala bilmirik ki, yalan danışırsınız, bu xətlər 1963-cü ildə çəkilən xətlərdir, heç bir təmir işi aparılmayıb”.
Transformator da qəzalı vəziyyətdədir…
Hacıtəpə sakinləri bildirirlər ki, kənddə 1963-cü ildə qoyulan yüksək gərginlikli transformator da qəzalı vəziyyətdədir: “1963-cü ildə qoyulan bu transformatora gələn yüksək gərginlikli xətt az qala 5 km-dən də çox yol gəlir. Halbuki əsas xətt həmin bu transformatorun 500 m-liyindən keçir. Tez-tez qəza baş verir, imkanımız olanda öz hesabımıza təmir edirik, olmayanda günlərlə qaranlıqda qalırıq. Dirəklər çürük, qəzalı, xətlər köhnə yamaqlı, transformator təhlükəsiz yerdə olmaq əvəzinə kənd sakinlərindən birinin həyətində, həm də evinə bitişikdir (sakinlər özləri də şikayətçidirlər, dəfələrlə İH-də olublar, amma onların şikayətinə məhəl qoyulmayıb). Onun da evində körpə uşaqlar var, qorxuludur həyətdə gəzmək. Bir sözlə, tam faciəvi dərəcədə acınacaqlı bir vəziyyət hökm sürür kəndimizdə”.
Arqument.Az-ın əməkdaşı məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyəti və “Azərişıq”ın yerli şöbəsi ilə də əlaqə saxlayıb məsələyə münasibət öyrənmək istəyib, ancaq sözügedən qurumlardan bu məsələ ilə bağlı mövqe öyrənmək mümkün olmayıb…
Sözügedən qurumların da mövqeyini dərc etməyə hazırıq.








https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27875

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728