Abşeronda “Akkord”a qarşı üsyan: SU, QAZ, KUPÇA VERİN!

06.08.2015 - 01:00

rr“Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin inşa etdiyi Abşeron Gənclər Şəhərci haqqında kifayət qədər neqativ informasiyalar daxil olur. Bundan öncə sakinlər binaların keyfiyyətsiz tikilməsi və qiymətlərin həddən artıq bahalığı ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Sakinlər bildirirlər ki, şəhərcikdə 4 ilə yaxındır ki, məskunlaşmalarına baxmayaraq şəhərcik nə tam təhvil verilib, nə də ki, qazlaşdırılıb. Qış aylarında külli miqdarda elektirk enerjisinə pul ödədiklərini bildirən sakinlər, qazın olmaması ilə bağlı həddən artıq əziyyət çəkdiklərini söyləyirlər.

Bugünlərdə redaksiyamıza daxil olan mlumata görə problemlər nəinki həll olunub, hətta daha da artıb. Belə ki, 5 ildir ki, şirkət tərəfindən qazın verilməsi ilə bağlı vədlərin boşa çıxması sakinlərin səbr kasasını doldurub.

Qazın olmamasına görə insanlar elektrik enerjisinə xeyli vəsait ödəmək məcburiyyətindədirlər. Bundan başqa qış aylarında elektrik enerjisi ümumiyyətlə evin tam isinməsi üçün kifayət etmir. Bəzi hallarda sakinlər kənd yerlərində olduğu kimi odun peçlərindən istifadə etmək məcburiyyətində qalırlar.

Digər ciddi problem isə su ilə bağlıdır. 40 dərəcədən artıq istilən keçdiyi bir vaxtda bu şəhərcikdə su tezdən saat 7-dən 8-dək və axşam saat 7-dən 8-dək verilir. Gün ərzində cəmi 2 saat su görən sakinlər günün digər saatlarında su “axtarışına” çıxırlar.

Bundan başqa evlərin keyfiyyətsiz tikilməsi və mənzillərin kupçalarının verilməməsi ciddi narahatlıq doğurur. Yuxarıda sadaladığımız və sadalamadığımız bir çox problemlərə görə əhali aksiya etmək niyyətindədir (7News.az).

Mövzunu diqqətdə saxlayacağıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29295

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728