Sabirabad səhiyyəsindən nazirə rüşvət mesajı

21.01.2014 - 00:49

Baş həkim səhiyyə naziri Oqtay Şirəliyevin və icra
başçısının hər ay ondan “dolya” tələb etdiklərini bütün rayonda bəyan edir 


 

Baş həkim səhiyyə naziri Oqtay Şirəliyevin və icra
başçısının hər ay ondan “dolya” tələb etdiklərini bütün rayonda bəyan edir 

 

Sabirabad sakinləri rayon səhiyyənin bərbad durumda olmasının səbəini bu
sahəyə rəhbərlik edən şəxsdə görürlər. Onların yazdığına görə, baş həkim Əziz
Mikayılov bu vəzifəyə təyin edildiyi gündən bu sahəni talamaqla, dövlət
əmlakını mənimsəməklə, dağıtmaqla məşğul olur. O, bu vəzifəyə hələ təzə təyin
olunarkən 2012-ci ilin sonunda büdcədən ayrılan dövlət vəsaitlərinə öz istədiyi
kimi düzəliş edərək, 170 min manat pulu dərman pereparatlarının alınması
qarafasına əlavə etməklə onu çox məharətlə mənimsəmişdir.

Rayonun səhiyyə müəssisələrinə isə indiyədək heç bir dərman pereparatı
verilməyib. Hətta dövlət tərəfindən şəkər və onkoloji xəstələr üçün
ayrılan bir milyon manata yaxın vəsaitin də hara xərclənməsi heç kimə bəlli deyil.Bu
ağır xəstəliyə düçar olan xəstələr dava-dərmanı öz puluna almağa məcburdurlar.
Bu adam sanki rayonun səhiyyə müəssisələrini dağıtmaq, talan etmək üçün bu
vəzifəyə təyin edilib. Əziz Mikayılov səhiyyə
müəssisələrinin ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə dövlət tərəfindən
ayrılan 300 min manat, təmir üçün ayrılan 350 min manat vəsaiti çox qısa
müddətdə və ustalıqla talan etmişdir. Bundan əlavə, avadanlıq alınması üçün
dövlət tərəfindən ayrılmış 150 min manat, dəftərxana ləvazimatı üçün nəzərdə
tutulmuş 80 min manat, inventar alınması üçün ayrılmış 150 min manat , əsas
vasitələr üçün ayrılmış 140 min manat və istilik sistemi üçün nəzərdə tutulmuş
130 min manat bu şəxs tərəfindən mənimsənilmişdir. Həkim və xəstələr rayon
səhiyyə müəssisələrində vəsait çatışmazlığından, ərzaq təminatının aşağı
olmasından və ümumiyyətlə xəstəxanalardakı biabırçı vəziyyətdən
şikayətləndikdə, Əziz Mikayılov laqeydcəsinə çiyinlərini çəkərək, bütün vəsaiti
mərkəzdən gələn yoxlamaların və İcra başçısının tutub onun əlindən aldığını
deyir. Baş həkim səhiyyə naziri Oqtay Şirəliyevin və icra başçısının hər ay
ondan “dolya” tələb etdiklərini bütün rayonda bəyan edir.

Rayondakı Perintal Mərkəz, ümumiyyətlə, biabırçı vəziyyətdədir. Baş həkimin
“yaxını olan” Seyid Kubra adlı baş tibb bacısı əvvəlcədən bura müraciət edən
xəstələrdən pulları toplayır və onu “lazımı əziyyəti” olan şəxslər arasında
bölüşdürür. Seid Kubra baş həkimin ən etibarlı adamıdır. Bu etibar da asanlıqla
qazanılmayıb. Seyid Kubra xəstəxanada ölən uşaqlar və analar haqqında
məlumatları gizlətməkdə ustadır. Bu mərkəzə nadir hallarda dərman verilsə də,
ərzaq ümumiyyətlə verilmir. Əvəzində narkotik dərmanlar satılır. Baş tibb
bacısı Perintal Mərkəzdəki dərman çatışmazlığının, ərzaq verilməməsinin
günahını dövlətin üzərinə qoyduğunda, bura mürciət edənlər addımbaşı dövləti
ittiham edirlər. Əslində isə, dövlətə qarşı bu narazılığı büdcədən ayrılan
vəsati talan edən Əziz Mikayılov qəsdən yaradır. Kimdir Əziz Mikayılov? O, bu
vəzifəyə necə təyin olunub? Uzun illər bu rayonda hamı Əziz Mikayılovu
savadsız, əyyaş həyat tərzi keçirən bir şəxs kimi tanıyıb. Adı xəstəxanada
həkim kimi gedə-gedə özü Rusiya bazarlarında nar və xurma satmaqla məşğul olub.
“Niyə öz peşənlə məşğul olmursan deyəndə isə, bu hakimiyyətin ünvanına nalayiq
ifadələr işlədərək, bu iqtidarın zamanında Azərbaycanda qalmaq günahdır” deyb.
Yeni Azərbaycan Partiyasına da nifrətini gizlətməyib. Sual olunur, belə bir
şəxs necə baş həkim vəzifəsinə yüksəlib? Rayon əhalisi onun bu vəzifəyə irəli
çəkilməsini həmkəndlisi MRX 33 saylı VTEK-in sədri Rasim Gözəlovla bağlayırlar.
Deyilənə görə, Əziz Mikayılovun bütün xərclərini bu şəxs ödəyib və indi də
həmin pulları geri tələb etməyə başlayıb. Sakinlərin yazdığına görə, Rasim
Gözəlov Sabirabad səhiyyəsinin bu gün “xaç atası”na çevrilib. Ulacalı
sovetliyindən olan bu şəxs rayondakı bütün səhiyyə müəssislərinə öz yerlilərini
təyin etdirib: Vərəm Dispanserinin baş həkimi, terapiya şöbəsinin müdiri,
poliklinikanın, VKK-nın, nevrologiyanın, doğum şöbəsinin müdiri bu
sovetlikdəndir. MRX sistemində bu şəxsə yaxın olan işçilər ancaq özlərinə lazım
olanda işə gəlirlər. Bir çox işçilərin isə adı var, özləri ümumiyyətlə yoxdur.
Bu mənada stomotoloji sahədə vəziyyət daha acınacaqlıdır: Surrada, Yenikənddə,
Şəhriyar qaçqın düşərgəsində diş həkimləri ancaq xadimə kimi məvacib alırlar.
MRX-da qəbul şöbəsi yoxdur. İşdən azad olunmuş bir feldşer axşamlar burada
növbətçi kimi oturur. Həkim lazım olanda xəstənin sahibi özü gedib onu evdən
götürməli olur. “Əgər mərkəzdə vəziyyət belədirsə, görün indi kəndlərdə nə
biabırçılıqdır”, – deyə rayon sakinləri yazır. “Kənd xəstəxanalarının qapıları
daim qıfılı olur, insanlar da bu müəssisələrdən birdəfəlik əllərini üzüb. Bu
xəstəxanalara ancaq beş-altı adamın pensiya yeri kimi baxılır. ..” “Vaxtilə
Sabirabad rayonu uşaqlar arasında peyvənd kampaniyasına görə Ümumdünya Səhiyyə
Təşkilatının Sertifikatına layiq görülmüşdü. İndi uşaqlara nəinki tibbi xidmət
göstərlmir, heç peyvənd aparılmır. Belə getsə, bir neçə ildən sonra bunun ağır
fəsadları ilə qarşılaşmalı olacağıq”. Deyə rayon sakinləri qeyd edirlər.
“İnfeksiyon şöbədə də (əgər buna şöbə demək mümkünsə…) vəziyyət acınacaqlıdır.
Qorxulu infeksiyalara qarşı biganəlik getdikcə dərinləşir.” “Buna görə də əhali
Sabirabad rayon Mərkəzi Xəstəxanasına müraciət etməməyə çalışır. Əməliyyat
olunmaq zorunda qalmış bir neçə xəstədən başqa buraya müalicə üçün gələn
xəstəni görməzsiniz.

Xəstəxananın uşaq şöbəsi ambulatoriya kimi fəaliyyət göstərir. Yerli
sakinlər əsasən Şirvan və Bakı şəhərindəki xəstəxanalara üz tutur. Bir sözlə,
rayonun səhiyyə müəssisələri bərbad vəziyyətdədir. Baş həkim isə bütün
vasitələrdən istifadə edərək vəziyyəti ört-basdır etməyə çalışır. Sakinlər qeyd
edir ki, bu günlərdə “Tibb qəzeti”nin nümayəndələri rayonda olaraq
xəstəxanalardakı acınacaqlı vəziyyəti görsələr də, “nədənsə” faktları üzə
çıxarmadılar. Baş həkim Səhiyyə Nazirliyindəki dayaqlarının dəfələrlə ona
“çalış, baş verənlər bardə səs çıxmasın” göstəriş verildiyini etiraf edib. Buna
görə də Mərkəzi Xəstəxananın həkimlərinin işə gəlməmələrinə, özəl tibb
müəssələrində çalışaraq ancaq buradan maaş almalarına göz yumur. Sakinlər
müraciətlərinin sonunda “bütün bu qeyd olunanların Sabirabad səhiyyəsində baş
verənlərin yalnız cüzi bir hissəsi” olduğunu bildirir və Səhiyyə Nazirliyindən
bu rayona diqqət ayırmasını xahiş edirlər. Onlar yazır: ” Bu gün Sabirabad
tibbi yalnız Afrika dövlətləri ilə müqayisə oluna bilər. Halbuki dövlətimiz öz
iqtisadi gücünə, siyasi nüfuzuna görə dünyanın ən inkişaf etmiş dövlətləri ilə
bir cərgədə addımlayır. Belə bir dövlətin böyük bir rayonunda tibbin bu cür
yarıtmaz vəziyyətə salınması adımıza ləkədir. Buna görə də xahiş edirik ki,
göstərdiyimiz faktlar yerində yoxlanılsın və rayon səhiyyəsini bu vəziyyətə
gətirib çıxaran şəxslər barədə ölçü götürülsün.”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3476

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930