Zaqataladan FHN-ə rüşvət ittihamı: “ya bizdən alınan pullar geri qaytarılsın, ya da…”
7 may 2012-ci il tarixdə Zaqatala rayonu ərazisində baş vermiş məlum zəlzələ bütün ölkəyə səs saldı. O zaman zəlzələnin vurduğu ziyanın aradan qaldırılması məqsədi ilə dövlət büdcəsindən pul ayrılmasına dair prezident sərəncam imzaladı. Bununla əlaqədar Zaqatala rayonunda zəlzələdən ən çox ziyan çəkən məkanlardan biri olan Muxax kəndində də yeni mənzillər tikilib istifadəyə verilib , təmirə ehtiyacı olan evlər üçün birdəfəlik pul kompensasiya verilib. Ancaq sözügedən kənddən cumhuriyyet.az-a daxil olan şikayət onu göstərir ki, bu proses tam şəffaf şəkildə aparılmayıb və zəlzələdən 3 ildən artıq zaman keçməsinə baxmayaraq hələ də təbii fəlakətin ziyanlarını həyatında yaşayanlar var.
Dövlətin rəsmi qurumları fövqaladə hallar nazirliyi ilə birlikdə dövlət başçısı cənab İlham Əliyevə məruzə ediblər ki, Zaqatalada bütün kənd və qəsəbələrdə zəlzələ nəticəsində ziyan dəymiş hallar aradan qaldırılmış və vətəndaşlara dəymiş ziyan aradan qaldırılaraq, onlara yəni yaşayış əvləri tikilmişdir. Maraqlısı və dövlət başçısına xəyanət hesab ediləsi məqam budur ki, Zaqatalada baş verən özbaşnalıqlar dövlət başçısına çatdırmamış, əksinə bunu ört-basdır ətməyə çalışmışlar. Baş vərənlər isə bundan ibarətdir ki, insanların artıq səbri tükənib və onlar daha gözləmək istəmirlər. Muxax kəndindən bir qrup kənd sakini real vəziyyətlə bağlı ilkin olaraq cumhuriyyət.az-ı məlumatlandırıblar. Onlar yaxın günlərdə bu məsələni KİV-də daha geniş şəkildə ictimailəşdirəcəklərini bildirirlər. Muxax sakinləri qeyd edirlər ki, FHN-nin səlahiyyət sahibləri kənddə 200 nəfərdən çox sakindən 5 min manatdan tutmuş 16-min manatadək pul yığıblar: “Bu pullar mənimsənilib və ziyan dəymiş evlər kosmetik təmir olunub, pulu isə mənimsənilib. Kənd sakinləri bildirirlər ki, dəfələrlə FHN-nə müraciət etmişik indi deyirlər ki, biz sizlərdən pul almamışıq və heç bir ev də tikməyəcəyik. Biz kənd camaatı tələb edirik ki, ya bizdən alınan pullar geri qaytarılsın, ya da evlərimiz tikilib bizlərə verilsin. Zəlzələ nəticəsində icra hakimiyyətində xeyli məmurlar varlandılar. Bizlər hələ ki, bunu KİV-ə anons olaraq veririk. Dövlətin mötəbər şəxsləri əgər istəmirlərsə ki, bu məsələyə görə başları ağrısın, onda zəhmət çəkib verdikləri vədə əməl etsinlər. Bizim daha susmaq fikrimiz yoxdur. Yaxın günlərdə bütün KİV-ləri Zaqatalaya Muxax kəndinə dəvət edəcəyik. Onda baş verənləri nəinki Azərbaycan, bütün dünya biləcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=40889