Salyanda KXCP üzvü qətlə yetirildi
Martın
4-də, günorta 14 radələrində Salyanda müxalifətçi, KXCP üzvü Aydın Rafiq oğlu
Xəlilovu vəhşicəsinə öldürüblər. Bu haqda cumhuriyyet.az-a məlumat verən mənbə
deyib ki, A.Xəlilovu yaşadığı Salyanın Qaraçala kəndindəki evindən naməlum şəxs
çağırıb. Müxalifətçi həmin şəxsin gəldiyi qara rəngli “Prado”ya oturub və maşın
Salyan- Şirvan istiqamətinə hərəkət edib. Evindən 500 metr aralandıqdan sonra
Aydın Xəlilova bıçaq xəsarətləri yetirilib, odlu silahdan atəş açılıb. Meyitini
Salyan- Şirvan yoluna ataraq üstündən bir neçə dəfə keçiblər. Paltarları
maşının altına ilişən müxalifətçinin meyitini asfaltın üstündə sürüyüblər.
Redaksiyamızı olay haqda bilgiləndirən mənbə deyib ki, qara “Prado”nun nömrə
nişanları palçıqlı olduğundan kimsə onu görə bilməyib.
Salyandakı özəl mənbələrindən bizə daxil olan məlumata görə, hadisə
Qaraçala kəndində baş verib. Aydın Xəlilov adlı kənd sakini bıçaqlanaraq qətlə
yetirilib və meyiti elə öz maşınının salonuna qoyulub.
Qətlin səbəblərinə gəlincə isə mənbəmiz rayonda səslənən ən
əsas versiyanı xatırlatdı: “Deyilənə görə, qətl şəxsi məsələ üstdə
törədilib… Yəni bu qətlin mərhumun siyasi fəaliyyətinə heç bir aidiyyəti
yoxdur”. Hadisə
şahidlərinin bildirdiyinə görə, mərhumla qara rəngli JEP-də olan naməlim
şəxslər arasında mübahisə olub, həmin şəxslər onu bıçaqla vurandan sonra
maşından yerə atıblar.
Partiya
sədri A.Xəlilovu hörməti olan, nüfuzlu partiya üzvü kimi xarakterizə etdi:
“El-obada hörmətini saxlayırdılar. Yaşının azlığına baxmayaraq, sayılıb-seçilən
söz sahibi idi. Hər hansı bir probleminin olduğunu da bilmirəm”.
KXCP
Salyan təşkilatının üzvü Tahir Əliyev isə dedi ki, artıq A.Xəlilovun meyiti
Salyan rayon Məhkəmə Tibb ekspertizasına aparılıb: “Ora getdik, dedilər ki,
çıxın gedin, özümüz araşdırırıq. Bildiyimiz odur ki, evdən çağırıb, aparıblar.
Aydın kənd təsərrüfatı ilə məşğul olaraq, öz övladlarını, ailəsini saxlayan
adam idi. Bir də boksçu idi. Rayonda idman zalı vardı, uşaqlara boks öyrədirdi.
Son zamanlar bu işlə də məşğul olmurdu. Heç kimlə işi yox idi. Bunu kim
edib, niyə edib, bilmirik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=4779