Cəlilabadda bir məmurun ilginc tarixçəsi

06.03.2014 - 13:49

Şabanlı
kənd icra nümayəndəsi İlqar Mirzəyevin keçmişi ilə bağlı şok faktlar 

 

Bu günlərdə Cəlilabad
rayon Şabanlı kənd icra nümayəndəsi İlqar Mirzəyev haqqında yazmışdıq. İndi
redaksiyamıza bununla bağlı daha bir şikayət məktubu daxil olub. Cəlilabad
rayon Şabanlı kənd sakini Nuriyev İsrafil Ataş oğlu tərəfindən cumhuriyyet.az-a
ünvanlanam məktubda İ.Mirzəyevin qanunsuz əməllərindən bəhs olunur.

Eyni zamanda hüquq mühafizə
orqanlarına da müraciət edən şikayətçinin məktubunu olduğu kimi diqqətinizə
çatdırırıq: “Başdan dayağa qədər saxtakarlığa, cinayətə bulaşmış Şabanlı kənd icra
nümayəndəsi İlqar Kərim orlu Mirzəyev hələ 80-ci illərdə dövlət əmlakını
qanunsuz olaraq talamasına görə 8-ilə qədər məhbus həyatı yaşayıb. O 80-ci illərin
sonu 90-cı illərin əvvəllərində ölkədə yaranmış xaos və boşluqdan yararlanaraq
yenidən dirçələ bildi. Belə ki, onun həmin vaxtlar İranla sıx əlaqədə olaraq
ticarətlə məşğul olduğu və bu get-gəldə narkotika tranzitinin də yer aldığı hər
kəsə bəllidir. Bunun ardınca isə İ.Mirzəyev Əlikram Hümbətovun separatçı dəstəsinin
aktiv iştirakçısı kimi tatnındı. Onun özündən başqa atası  Kərim Mirzəyev, qardaşları Telman,
Namiq Mirzəyevlər də bu dəstəyə
qoşulmuşdu. Hümbətovun niyyəti puça çıxdıqdan sonra bir müddət gözə görünməyən
İ.Mirzəyev sonradan OMON hadisələrinin iştirakçısı olmuş və bu prosesdə yaralanmışdır.
İ.Mirzəyevin sonuncu şübhəli əlaqələri Fərhad və Rafiq Əliyev qardaşları ilə
bağlı olmuşdur. Bu gün dövlət məmuru postu tutan bu şəxsin sadaladığımız
keçmişini təsdiq etmək üçün  MTN-nin
arxivinə müraciət edilməsi kifayət edər.

Bütün bunlara baxmayaraq hansısa gözəgörünməz
himayədarlarınln küməyi və dəstəyi ilə məqsədinə zatan İ.Mirzəyev rayonda Şabanlı
Kənd icra nümayəndəsi vəzifəsinə gətirildi”. Məktub müəllifi bildirir ki, İ.Mirzəyevin
kənd icra nümayəndəsi postunda oturması qeyri qanunidir. Çünki, İ.Mirzəyev ali
təhsilli deyil.  
Məlum oluğu kimi, bir neçə il
öncə Prezident Administrasiyasının müvafiq sərəncamına əsasən, Azərbaycanda
2001-ci ildən sonra yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifəyə təyin
olunan orta təhsilli dövlət qulluqçularının hamısının dövlət qulluğuna xitam
veridi. “Dövlət qulluğu haqqında” Qanunun qəbulundan, yəni 2001-ci ildən əvvəl
bu vəzifəyə götürülən orta təhsilli dövlət qulluqçularına isə toxunulmur.  Bu sərəncamdan sonra bir çox rayonlarda
dövlət qulluğunda çalışan bəzi məmurlar özlərinin “ali təhsilli” rütbəsi üçün
yollar aramağa başladılar. Bu gün böyük qalmaqallar yaradan saxta diplom
siyahısının böyük bir hissəsi məhz bu səbəbə bağlıdır. Şikayətçi də bildirir
ki, Cəlilabad rayon Şabanlı kənd icra nümayəndəsi İlqar Mirzəyev də diplomu
məhz öz postunu qorumaq üçün 2008-ci ildə saxta yolla əldə edib: “Əslində isə
bu şəxs heç bir yerdə ali təhsil almayıb. Şabanlı kənd icra nümayəndəsinin əsas
havadarları Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun
Cəlilabaddakı komandasıdır. İ.Mirzəyev bütün qanunsuzluqları məhz bu komandaya
güvənərək həyata keçirir. İcra nümayəndəsi kimi o əksər texniki işlərə öz yaxın
adamlarını təyin edib, onların adlarına artıq torpaq sahələri rəsmiləşdirərək
dövlət tərəfindən verilən subsidiyaları mənimsəyir.”

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4853

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031