Qorxmaz Hüseynovun qardaşına qarşı ittihamlar- korrupsiya və təhdid

22.09.2016 - 08:58

qorxmazhFüzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olub, Bakı şəh., Sabunçu ray., Ramana qəs., Şuşa şəhərciyində yaşayan məcburi köçkün İsmayılov Elnur Mənsur oğlu cumhuriyyet.az-a şikayət məktubu göndərib. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
“Müvafiq dövlət strukturlarının hər birinə 8 dəfə müraciət edərək, ARDNŞ-nin Geofizika və Geologiya idarəsində rəis müavini vəzifəsində işləsədə əslində bu idarəyə rəhbərliyi həyata keçirən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun qəzəbinə tuş gələrək “stat” ixtisarı adı altında işdən azad edilməyim, eyni zamanda Faiq Hüseynov tərəfindən dövlət əmlakının talanması barədə məlumat verib, faktların bir hissəsini təqdim edib köməklik gösjtərilməsini xahiş etmişdim. Müraciətimdə onu da qeyd etmişdim ki, Faiq Hüseynov məni ölümlə təhdid edir. Lakin Faiq Hüseynovun korrupsiya əməlləri barədə göstərdiyim təkzibolunmaz faktlar və sənədlərlə bağlı mən bir dəfə də olsun çağırıb dindirilməmişəm. Faiq Hüseynov qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun vəzifə mövqeyindən sui-istifadə etməklə yanaşı, ölkədə müəyyən nazir müavinlərinin də adından istifadə edir. Həmçinin bildirir ki, ARDNŞ rəhbərləri üçün böyük fermer təsərrüfatlar, parniklər Sabunçu rayonu ərazisində və Babək prospektində 20-dən çox böyük obyektlər tikdirmişdir.
Faiq Hüseynov idarə rəisinin müavini vəzifəsində işləsə də, sözün əsl mənasında idarəyə sahiblik edirdi. Belə ki, Faiq Hüseynovun rəhbərlik etdiyi dövrdə törətdiyi cinayət faktlarının, növbəti hissəsini Sizə təqdim edirəm. Belə ki, Faiq Hüseynov 5 ildən çox müddətdə statda Təhcizat şöbəsinin mühəndisi vəzifəsini tutmuş, xanımı özünə katibə kimi işlətmişdir. Işçilərdən səbəbini soruşduqda bunu yuxarıdan göndəriblər deyib sualdan yayınmışdır.
Faiq Hüseynov vibratorların (titrədici qurğuların) alınması zamanı övladının kirvəsi Şamil Abdullayev vasitəsi ilə 3 milyondan artıq dövlət əmlakını mənimsəmişdir.
Bundan başqa, Geofizik-1 ETG-nə (Elmi tədqiqat gəmisi) 2 ədəd hava kompressorları alınmışdır ki, bunların da hər biri dəyərindən 1 milyon artıq qiymətə mədaxil edilmişdir. Hava kompressorlarının quraşdırılmasından 2 ildən çox vaxt keçsə də, 1 ədədin bu günə kimi bir dəfə də olsun işə düşməyib. Səbəb isə yeni alınmış qurğunun nasaz olmasıdır.
Işlədiyim dövrdə Mədəngeofizika idarəsinin işçilərinin söylədiyinə görə təkcə bu idarə üçün alınmış cihaz və kabellərin satınalınması həyata keçirilən zaman 10 milyondan çox dövlət əmlakı Faiq Hüseynova yaxın şəxslər tərəfindən talan edilmişdir.
Faiq Hüseynov hazırki iş yeri olan Qazma işləri Trestini də şəxsi mülki kimi işlətməkdə davam edir. Belə ki, işçiləri yaşayış yerləri ilə təmin olunması zamnaı maliyyə pozuntuları, Qazma baltalarının alınması zamanı kefiyyət dəyəri dəfələrlə aşağı olan baltaların yüksək qiymətlərə alınması, Qazma turbalarını qiymətinin dəfələrlə şişirdilməsi və s.
Ötən müraciətlərimin sonunda qeyd etmişdim ki, məcburi köçkünəm. Evliyəm, öhdəmdə 2 azyaşlı uşağım var. Uşağımın biri anadan gəlmə ürək qüsurludur. Özüm ali təhsilli mütəxəssisəm. Həyat yoldaşım işləmir, lakin bu güzəştlərə baxmayaraq qanunsuz işdən çıxarılmışam. Səbəb isə korrupsiya hallarını Faiq Hüseynova bildirməyim olmuşdur. Bütün bunların heç biri Faiq Hüseynovla bərabər ARDNŞ-nin rəhbərliyini də narahat etməmişdir.
Sizi əmin etmək istəyirəm ki, bundan əvvəlki müraciətimdə və indiki müraciətimdə göstərdiklərim tam həqiqətdir. Bunlar Faiq Hüseynovun cinayət əməllərinin cuzi bir hissəsidir. Odur ki, göstərdiklərimi nəzərə alaraq ARDNŞ-nin Geofizika və Geologiya idarəsində iştirakımla araşdırmalar aparılmasına sərəncam verməyinizi Sizdən xahiş edirəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76314

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031