“Dəniz Şefi”nin dövlət hesabına Venetsiya və ABŞ keyfi: Taleh Ziyadov müəmması

18.11.2016 - 12:59

rrBu ilin Novruz bayramında Taleh Ziyadov tətil günlərini ailəsi ilə birlikdə füsünkar Venetsiyada keçirib və onun ailəsi ilə birlikdə istirahəti və əyləncəsi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hesabından ödənilib. Venetsiydan qayıtdıqdan sonra aprel ayında Taleh Ziyadov ailəsi ilə birlikdə Vaşinqtona səfər edib. Yenə də təbii ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hesabına. Bildirilir ki, Vaşinqtona səfəri zamanı Taleh Ziyadov gizlicə Pensilvaiyaya yollanıb və burda “mənəvi atası” Fətullah Gülənlə görüşüb.
Mətbuata Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verən qanunsuzlüqlar və korrupsyia faktları ilə bağlı məlumatlar daxil olmaqda davm edir. Qeyd edək ki, son zamanlar “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun və onunla FETÖ şəbəkəsi tərəfindən birlikdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına transfer olunan “dəstə”nin qanunsuz fəaliyyətləri və korrupysia əməlləri baroədə mətbuata sensassion məlumatlar daxil olmaqdadır. Bu məlumatlar arasında ən çox diqqət çəkən məqam isə, hazırda Pensilvaniyada yaşayan və Türkiyə tərəfindən dövlət çevrilişinə cəhddə ittiham olunan Fətulla Gülənə bağlı FETÖ terror şəbəkəsinin yaradılmaqda olan Xəzər Azad İqtisadi Zonasını nəzarətə götürmək və bu iqtisadi zonadan Gülən şəbəkəsinin siyasi və iqtisadi maraqları üçün istifadə etmək niyyətləridir. Qeyd edək ki, yayılan məlumatlarda həmçinin FETÖ terror şəbəkəsinin Xəzər Azad İqtisadi Zonasını offşor zonaya çevirmək bardə planları yer alır. Mətbuatda yayılan həmin məlumatlarda göstərilir ki, hazırda bu məqsədlə ABŞ-da təhsil alan və FETÖ şəbəkəsinə bağlılığı şübhə doğurmayan Kərim adlı şəxs və Sinqapurdan xüsusi olaraq bu məqsədlə Limanda çalışmağa dəvət olunan Yujen adlı şəxs məşğul olur. Sinqapurdan dəvət olunan Yujen adlı şəxs buna görə Bakı Beynəlxalq Dəniz Ticarət Limanınından hər ay 15 min manat maaş alır. Yəni ölkə prezidentlərindən çox. Bundan başqa Yujen adlı sinqapurlunun və onun koreyalı sevgilisinin bütün otel və restoran, həmçinin digər əyləncə xərcləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanını tərəfindən ödənilir.
Son olaraq AzToday.az saytına daxil olan məlumatda bildirilir ki, sinqapurlu Yujenin bütün keyf xərclərini Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hesabına qarşılayan Taleh Ziyadov özü də Limanın vəsaitləri hesabına keyfindən qalmır. Belə ki, saytımıza daxil olan məlumata əsasən təkcə bu il Taleh Ziyadovun ezamiyyə xərcləri 50 min dollara qədər təşkil edib. Hər halda bu rəqəm ilin ilk iki rübündə 45 min manat təşkil edib və bu rəqəm Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ilk iki rübünə aid müvafiq xərclər bardə sənədlərdə yer alıb.
AzToday.az saytını məlumatlandıran mənbə bildirib ki, Taleh Ziyadovun bilinən və bilinməyən ezamiyyə xərcləri bunula bitmir. Belə ki, bu ilin Novruz bayramında Taleh Ziyadov tətil günlərini ailəsi ilə birlikdə füsünkar Venetsiyada keçirib və onun ailəsi ilə birlikdə istirahəti və əyləncəsi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hesabından ödənilib. Mənbə bildirir ki, istər maliyyə Nazirliyi, istər Hesablama Palatası, istərsə də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi bu faktı asanlıqla aşkarlaya bilər.
Bundan başqa daxil olan məlumatda bildirilir ki, Venetsiydan qayıtdıqdan sonra aprel ayında Taleh Ziyadov ailəsi ilə birlikdə Vaşinqtona səfər edib. Yenə də təbii ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hesabına. Bildirilir ki, Vaşinqtona səfəri zamanı Taleh Ziyadov gizlicə Pensilvaiyaya yollanıb və burda “mənəvi atası” Fətullah Gülənlə görüşüb. Mənbə bildirir ki, Fətulla Gülənlə Taleh Ziyadovun bu hələik son görüşü olub və Türkiyədə dövlət çevrilişinə cəhddən sonra hər hansı görüşün olmadığı isə bəllidir.
Xatırladaq ki, Taleh Ziyadov Fətullah Gülənin yaşadığı Pensilvaniyada təhsil alıb. O əsasən “Böyük İpək Yolu” layihəsi üzrə ixtisaslaşıb. Bəzi məlumatlara əsasən Pensilvaniyaya getməmişdən əvvəl Taleh Ziyadov Gülənçi şəbəkədə olub. Pensilvaniyada olarkən isə bir neçə dəfə Fətullah Güləni ziyarət edib. Hətta Fətullah Gülənin şəxsi rəğbətini qazanan şəxslərdən biri olduğu qeyd olunur. Bakıya qayıtdıqdan sonra isə Taleh Ziyadov “ADA” Universitetində (keçmiş Azərbaycan Diplomatik Akademiyası), çalışıb. “ADA” – da çalışırkən “Azərbaycan Mərkəzi Avrasiyada Regional Mərkəz kimi” adlı tədqiqat layihəsinin aparıcı tədqiqatçısı olub. 2012-ci ildə müəllifi olduğu “Azərbaycan Mərkəzi Avrasiyada Regional Mərkəz kimi” adlı kitabı çap olunub. Kitabda Çin Xalq Respublikası və Hindistandan Avropaya uzanan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, o cümlədən Avrasiya ticarət və nəqliyyat şəbəkələrinin strateji analizi, Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri və Azərbaycanın gələcəkdə “regional mərkəz”-ə çevrilməsi baxışı öz əksini tapıb. Bu kitabın nəşrindən sonra isə Taleh Ziyadovun ulduzu parlayıb və 2015-ci ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru vəzifəsinə təyinat alıb.(aztoday.az) Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=82211

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930