“Rabitə işi”: Aparat rəhbərinə pulları Əli Əhmədovun bacısı oğlu daşıyıb

21.11.2016 - 13:41

rrHazırda “Rabitə işi” çərçivəsində həbsdə olan “Azərpoçt”un baş direktoru Qənbər Bəybalayevin istintaqa verdiyi ifadəsinin bu gün yayılan hissəsində maraqlı bir detal var. Aşağıda yer alan ifadənin bu hissəsində adı çəkilən Sübhan Kazımov təsadüfi adam deyil. O, YAP-ın icra katibi və baş nazirin müavini Əli Əhmədovun doğma bacısının oğludur. Hazırda da “Azərpoçt”da baş direktorun müavini olmaqla, eyni zamanda, baş direktor vəzifəsini icra edir.
İndisə Qənbər Bəybalayevin Əli Əhmədovun bacısı oğlunun və nazir Ramin Quluzadənin hələ də etimad göstərdiyi Sübhan Kazımovla bağlı istintaqa verdiyi ifadəyə qayıdaq. “Azərpoçt” MMC-yə ayrılmış pul vəsaitinin 35 faiz hissəsinin nağdılaşdırılması və onun müvafiq qaydada bölünməsi ilə bağlı keçmiş baş direktor ifadəsində deyib ki, Vidadi Zeynalov bu puldan ona da pay çatdığını yalandan deyir. Çünki vəsaitdən ona hər hansı məbləğdə pul qalmayıb: “Mən, ümumiyyətlə, iş görən şirkətlərlə faiz məsləsində müzakirənin aparılmasında, bununla bağlı razılığın əldə olunmasında iştirak etməmişəm. Həmin şirkətlərin nümayəndələri ilə hər hansı ünsiyyətim olmayıb.
Vidadi Zeynalovun tapşırığına uyğun olaraq şirkətlərin nümayəndələri Sübhan Kazımovla əlaqə saxlayıb və ona hansısa məbləğdə pul vəsaiti verib, ya da birbaşa Vidadi Zeynalovun özü ilə əlaqə saxlayıb pulu ona verirdilər. Sübhan da pulu qəbul etdiyi kimi, yəni açıq şəkildə deyil, bağlamada Vidadi Zeynalova çatdırmaq üçün ona və ya Vüqar Əfəndiyevə verirdi. Mən özüm də pulları bu cür bağlamada Vidadi Zeynalova çatdırmışam”. (Mia.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=82515

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930