Arif Alışanovun AzTV-si dilimizi necə təhqir etdi? – FOTOFAKT

01.12.2016 - 09:44

rrAzərbaycanın dövlət televiziyasının rəsmi internet səhifəsində ana dilimizə təhqiramiz, sayqısız münasibət sərgilənir. Fəaliyyəti və idarəçiliyi tez-tez tənqidə məruz qalan qurumun sədri Arif Alışanov deyəsən, özünə yeni dövlət dili müəyyənləşdirib.

Aşağıdakı şəkildən də göründüyü kimi, AZTV-nin rəsmi internet ünvanında istifadə olunan dillər arasında “Azəri” dili (!) də var. Bu, hansı dildir, bu dildə AZTV saytı niyə yayımlanır? Bəlkə də, televiziya rəhbərliyi bunu Azərbaycan sözünün dil plagini hesab edir. Amma məlumdur ki, saytlarda dilimizin plagini kimi “AZ” qəbul edilib.

Bəs, Azəri dili nə olan şeydir?

İnternetdən çıxarış: Azəri dili İran dilləri qrupuna daxil olduğu iddia edilən və mövcudluğu təsdiqlənməyən qədim dildir. Bir neçə İran dilçisi tərəfindən XII-XVI əsrlərdə mövcud olduğu və tat dilinin bu dilin qalığı olduğu isbatsız iddia edilir. Məlumat üçün bildirək ki, Azərbaycan müstəqilliyi qazandıqdan sonra dövlət dilimizin adıyla bağlı müxtəlif versiyalar irəli sürülüb, uzun müzakirələr, mübahisələr aparılıb. Uzun mübahisələrdən sonra AXC-Müsavat hakimiyyəti 1992-ci ilin dekabrında “Dövlət dili haqqında” Qanunu qəbul edib. Və bu qanunla Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar verilib. Mərhum prezident Heydər Əliyev hakimiyyətə gələndən sonra isə bunu “böyük səhv” adlandırıb. 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb.

Azərbaycan konstitusiyasında dövlət dili ilə bağlı deyilir:

Maddə 21. Dövlət dili

I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Yeganə dövlət televiziyası olan AZTV isə birmənalı yayımında AZƏRBAYCAN DİLİNDƏN istifadə etməlidir.

Sual isə budur: Bəs AZTV sədri Arif Alışanovun mövcudluğu belə müəmmalı olan Azəri dilindən istifadədə məqsədi nədir?(Bakı Post)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83446

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930