Çörək oğurlayan 11 yaşlı Sabirabadlı uşaq və iki milyonluq otel tikdirən deputat

13.12.2016 - 00:32

Ölkədə soyğunçuluq artır.İşsiz vətəndaşlar işləyənlərin evinə basqın edərək, oğurluq etməyə başlayıblar.Ədliyyə Nazirliyinin əməkdaşından sonra jurnalistin evinə hücum olub.Oğru vətəndaşlar qiymətdə baha, çəkidə yüngül əşyaları götürərək aradan çıxıblar.Vəziyyət o həddə çatıb ki, ac adamlar artıq gecə-gündüz fərq qoymadan evlərə girərək soyuducan ərzaq da oğurlayırlar.Aclıq qılınca çırpılır.
Vətəndaşları oğruya çevirən hökumətin yarıtmaz iqtisadi siyasətidir.Bu, yaşamaq zərurətinin ortaya çıxardığı məcburi oğurluqdur.SSRİ-dən çıxdıqdan sonra neft quyuları müstəqil dövlət olaraq istismar olunandan gələn pulları məmurlar, yetkililər taladılar.Hökumətin iqtisadi siyasətində neftin tükən sərvət olduğu nəzərə alınmadı.İndi də neft tükənməyib, amma gəlir gətirən sahə deyil. Qiyməti sudan ucuz, hökumət də ölkədə qeyri-neft sektoru qurmayıb. İndi də neftin ucuzlaşmasından itirdiklərini kəskin bahalaşmaya getməklə əhalinin cibindəki qəpik-quruşla kompensasiya etmək istəyir.Adamlar çaşbaş qalıblar.Bilmirlər banklara borcu qaytarsınlar, qiymətləri qaldırılan kommunal xərcləri ödəsinlər, yoxsa gündəlik və baha məişət qayğılarını həll etsinlər?!Adamlar işsiz, ərzaq baha, hökumət də oturduğu yerdən qalxmır.Qalxanda da soyğunçu siyasətinə etiraz edənləri qapazaltı edib, qollarına qandal vurub həbsxanaya göndərir.
Sabirabadlı azyaşlı
Əgər o ölkədə ki, uşaq çörək oğurlayır, demək ki, orada hökumət ədalətsiz, kütlə də acdır. Keçən il Sabirabadda çörək oğurluğu üstündə tutulan 11 yaşlı uşağı hələ heç kəs unutmayıb. Lakin unudacaq, çünki artıq vəziyyət o həddə çatıb ki, hər kəs oğrudur.Cəmiyyətin “koroğlu”larını da tutub həbsxanaya basıblar.Heç kəs baş qaldıra bilmir.
Psixoloji araşdırmaların ümumi rəyinə görə, adamlar nəfsinin aclığını öldürmək üçün oğurluq edirlər.Azərbaycanda isə nəfsin yox, qarının aclığını öldürmək üçün bu işi görürlər.Məsələ beynəlxalq səviyyəli hesabatlarda da yer alır.Məsələn, noyabrda İngiltərənin məşhur “The Telegraph” qəzeti dünyada ən çox ət yeyilən ölkələrin xəritəsini təqdim etdi. Ətdən ən az istifadə edən ölkələr əsasən kasıb Afrika dövlətləridir. Xəritəni hazırlayarkən il ərzində ölkə əhalisinin adambaşına istifadə etdiyi ət və gəlirləri nəzərə alınıb. Dünyada ən çox ABŞ vətəndaşları ətdən istifadə edir.Hər amerikalı orta hesabla ildə 120 kq ət istehlak edir.İkinci yerdə Küveyt, üçüncü yerdə isə Avstraliyadır.Azərbaycan isə siyahının ortalarına qərar tutub.
Araşdırmalara görə, hər azərbaycanlı orta hesabla il ərzində 32 kq ət yeyir. Bu göstərici ilə Azərbaycan 60-cı pillədə qərarlaşıb.Bizi Afrika və Asiyanın yoxsul ölkələri təqib edir. Yəni, Azərbaycan adamı ona görə, afrikalı qədər az ət yeyir ki, qarışqa əməyinin qarşısında qazancı da qarışqanın götürdüyü yük qədər yüngüldür. Yüngül və qiymətsiz… Məmuru xalq sərvətinin oğrusu olduğu Azərbaycanda adamların ac qalması anlaşılandır.Əslində oğru xalq deyil, onun ciblərinə girənlərdir.
O kəslər ki, söyə-söyə oğurlayırlar. Necə deyərlər, oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı.Üstümüzə qışqırırlar, bizi söyürlər, təhqir edirlər ki, yanlışlıq kompleksinin içinə girək. Belə olanda bir az da savadsız cəmiyyətimiz elə başa düşür ki, elə belə də olmalıdır.
Palıdlı sahillərdə
Bir neçə il əvvəl hakimiyyətə yaxın KİV-lərlə press-tur çərçivəsində Lənkərana getmişdik. Deputat Hadı Rəcəblinin bir tərəfi Xəzər dənizi, bir tərəfi yaşıl meşəlik olan dəbdəbəli, bahalı “Palıdlı Sahil” otelində qalırdıq. O da heç nə olmamış kimi əllərini-qollarını sallaya-sallaya rahat bir şəkildə özü üçün otelin həyətində gəzirdi. Rahat şəkildə sual dolu nəzərləri ona dikilmiş jurnalistlərin arasından keçib gedirdi.İçi biz qarışıq bir qələmli jurnalist çıxıb demədi ki, “Hadı müəllim, dəyirmanın suyu haradan gəlir? Maaşı 2 min manat olan deputat 2 milyonluq oteli necə tikə bilərdi?”.Özü də bilirdi ki, heç kəs bu sualı verməyəcək.Çünki tura dəvət almış jurnalistlər seçilmişdilər, elə biz də.Həmin jurnalistlər ki, hakimiyyətə, hakimiyyətin Hadı Rəcəblisinə güldən ağır söz deməyəcəklər, deyə bilməzlər, təlimat alıblar ki deməsinlər, bu haqda suallar verməsinlər.Buna görə də rahat idi.Lap orada Azərbaycanın ən azad mediası kimi tanınan qəzet, yaxud saytın nümayəndəsi də getsəydi, Hadı Rəcəbli arxasında adamları rahat şəkildə gəzəcəkdi.Çünki indiyədək bu qədər səfalətə baxmayaraq, indi də özlərini acından qılınca çırpanlardan bir nəfər çıxıb bu məmurların, bu hökumətin yaxasından yapışıb silkələmədi ki, siz neynirsiz?
Mənsur Rəğbətoğlu, Cebhe.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=84215

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930