11 icra hakimiyyətində ciddi nöqsanlar aşkarlanıb

10.04.2017 - 22:48

????????????????????????????????????

Azərbaycanın 11 şəhər və rayon icra hakimiyyətlərinin mənzil kommunal təsərrüfatı şöbələrində 167 nöqsan aşkar edilib. AzVision.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.
Bakı şəhəri, Qaradağ, Sabunçu, Abşeron, Salyan, Şirvan, Zaqatala, Goranboy, Ağcabədi, Hacıqabul, Masallı rayonlarında nöqsanlar aşkarlanıb.
Adıçəkilən icra hakimiyyətlərində büdcə qanunvericiliyinin tələbləri ilə bağlı 49, əsaslı qoyuluşlar (tikinti) üzrə 24, dövlət satınalmaları ilə bağlı 34, mühasibat uçotu və hesabatlılıqla bağlı 49 nöqsan aşkar edilib. Hesablamalar Palatasının hesabatına görə, dövlət əmlakı ilə bağlı Şirvan(1), Zaqatala(1), Hacıqabul(1) rayon icra hakimiyyətlərinin mənzil kommunal təsərrüfatı şöbələrində 3 nöqsan, büdcə gəlirlərinin hesablanması və yığılması üzrə Bakı (1), Zaqatala(1), Goranboy(1), Hacıqabul(2), Ağcabədi(1) şəhər və rayon icra hakimiyyətlərinin mənzil kommunal təsərrüfatı şöbələrində 6 nöqsan aşkar edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=92543

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930