Dövlət Agentliyində “Eldar Mahmudov çetesi”: Akim Bədəlov-Rizvan Vəliyev işbirliyi

04.10.2017 - 00:05

Artıq xeyli müddətdir ki, ölkə gündəminin əsas mövzusunu Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən hadisələr təşkil edir. Sabiq nazir Eldar Mahmudov istefaya göndərildikdən sonra açılan dəhşətli faktlar MTN-də qatı cinayətkar bir dəstənin fəaliyyət göstərdiyini ortaya çıxardı. MTN–də “yuva salan” cinayətkar şəbəkənin digər nazirliklərdə, komitələrdə işbirlikçiləri olub ki, hazırda onların da ifşası prosesi başlayıb.

Akim Bədəlov-Rizvan Vəliyev tandemi

Bu dəfə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbər şəxslərinin adı “MTN işi”ndə hallanıb. Söhbət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov, həmin agentliyin nəzdində olan “Azalternativenerji” MMC-nin direktoru vəzifəsində şalışan Rizvan Vəliyev və digərlərindən gedir. Bu mövzu ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalardan məlum olub əvvəlcədən qeyd edək ki, Rizvan Vəliyev ölkənin maliyyə dayanıqlığına ağır zərbə vuran, qanunsuz olaraq milyardlarla vəsaitin xaricə çıxarılmasına şərait yaradan MTN-nin Hava Limanı İdarəsinin bugünlərdə işdən çıxarılan sabiq rəisi Pərviz Vəliyevin qardaşıdır. Akim Bədəlov isə Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan “dərin dövlət” klanının aktiv üzvü olan polkovnik Pərviz Vəliyevin dayısıdr.rr
Redaksiyamıza MTN-in hava limanı rəisi Pərviz Vəliyevin qardaşı, sabiq milli təhlükəsizlik naziri E.Mahmudovla yaxın əlaqələri olan, tikinti maqnatı Rizvan Vəliyev barəsində ilginc faktlar daxil olub. Hazırda R.Vəliyev Alternativ və Bərpa Olunan Enerjı Mənbələri üzrə Dövlət Agentliyinin nəzdində olan “Azalternativenerji” MMC-nin direktor vəzifəsindədir. R.Vəliyev dayısı A.Bədəlovla yüksək himayədarları sahəsində uzun illərdir Bakı və regionlarda iri sifarişli tikintiləri həyata keçirməkdədirlər. Tikinti şirkətinin adı “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzidir. Mərkəzin tikdiyi obyektlər sırasında Zaqatala şəhər stadionu, Globus Plaza, City Developer MMC-nın obyektləri, Ali Məhkəmənin binası və bir çox digər obyekt və yaşayış binalarıdır.

Dövlət agentliyində – büdcə talani

Hesablama Palatası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlardan ayrılmış vəsait hesabına Agentlik tərəfindən 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa edilən enerji mənbələrindən istifadəyə dair Dövlət Startegiyasının, Agentliyin strateji istiqamətlərinin müəyyənləşdirilməsi və alternativ və bərpa edilən enerji mənbələri üzrə investitsiya və enerji potensialının araşdırılması üçün müvafiq metodik təlimatların hazırlanması işləri başa çatdırılıb. Lakin araşdırmalar zamanı agentlikdə büdcə vəsaitlərinin istifadəsi zamanı külli miqdvarda yeyintilərə yol verildiyi də müəyyən oulunub.
rrAgentliyin saxlanılması ilə əlaqədar büdcə proqnozlarının tərtibi zamanı bir sıra xərclər üzrə real tələbat və əvvəlki illərin icra səviyyəsi nəzərə alınmamış, eyni texniki parametrlərə malik və eyni istehsalçıdan podratçı tərəfindən alınmış günəş panelləri sifarişçinin aldığı günəş panellərinin qiymətləri ilə müqayisədə çox şişirdilmiş – baha olmuşdur. Agentlikdə müddətli əmək müqaviləsi ilə işləyən işçilərə nəzərdə tutulmadığı halda mükafat verilib. Ezamiyyət xərcləri üzrə artıq vəsait xərcinə yol verilib. Araşdırmalar zamanı bəlli olub ki, adıçəkilən Agentlikdə qanunsuz ezamiyyət xərclərinə 200 min 35 manat büdcə vəsaiti «silinib». Bəzi hallarda satınalma metodu tətbiq edilmədən alqı-satqı əməliyyatları həyata keçirilib. Və satınalmalar minimum məbləğ həddinə əməl edilməyərək ayrı-ayrı hissələrə bölünərək həyata keçirilib. Yerinə yetirilməyən işlərin uçota alınmaması nəticəsində 567 min 633 manat vəsait talan edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamlarında alternativ enerji mənbələrinin yaradılması üçün bu sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasındja təşkilatın seçilməsi və onunla birbaşa müqavilə bağlanması göstərilsə də, bu sahədə təcrübəsi olan şirkətlərin seçilməsi ilə əlaqədar müvafiq prossedurlar gözlənilməyib. Bir halda obyektin layihə-smeta sənədləri tərtib edilmədən və ehtimal olunan qiyməti müəyyən edilmədən tikinti-quraşdırma işləri yerinə yetirilib. Dövlət Büdcəsinin Ehtiyat Fondundan ayrılan vəsaitin istifadəsi zamanı Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində fəaliyyətdə olan 6 məktəbdə və 6 uşaq bağçasında istilik mənbəyi və binadaxili istilik sistemlərinin yaradılması, həmçinin alternativ enerji mənbələrinin yaradıldması obyektləri üzrə tikinti-quraşdırma işlərinin başa çatdırılıb istifadə olunmasına baxmayaraq obyektlərin istismara qəbulu ilə əlaqədar dövlət qəbul komissiyası yaradılmayıb. Yəni gizli və qanunlara müvafiq aparılmadan talan həyata keçirilib. Qəbul kormissiyasının «Maliyyə vəziyyəti haqqında hesabat»ın, «Sair uzunmüddətli maliyyə aktivləri haqqında» hesabında başa çatdırılmayan kapital qoyuluşları tam həcmdə aktivlər kimi uçota alınmayıb. Nəticədə 51 min 39 manat isə başa çatdırılmayan kapital qoyuluşları və müvafiq qanunlarla bağlı talan edilib.

“Xəzər”in işğalı

Agentliklə bağlı son qalmaqal 1989-cu ildə Binəqədi (o vaxt Kirov) rayonu Komsomol komitəsi nəzdində mərhum akademik Tofiq İsmayılov yaradılan “Xəzər” Mərkəzi ilə bağlıdır. T.İsmayılovun rəhbərlik etdiyi Kosmik Tədqiqatlar EİB-də elmi işçi vəzifəsində işləyən A.Bədəlov Mərkəzə icraçı direktor seçilib. Mərkəzin gəliri bütünlüklə Kosmik Tədqiqatlar EİB-nin sifarişləri və ödəmələri hesabına formalaşıb. Həmçinin T.İsmayılovun rəhbərliyi ilə Mərkəzdə alternativ energetika, o cümlədən günəş panelləri, üzrə elmi və eksperimental layihələr həyata keçirilirdi.

1991-ci ildə “Xəzər” Mərkəzi Komsomol komitəsinin nəzdindən çixaraq kollektiv mülkiyyət formasında yenidən təşkil edilmişdir və Mərkəzin əsas payçisi akademik T.İsmayılovun qızı Səbinə İsmayılova olub. A.Bədəlov Mərkəzə yenidən icraçı direktor seçilib. Erməni terrorunun qurbanı olan T.İsmayılovun faciəvi ölümündən sonra “Xəzər”in tikili və torpaq sahəsi,çox qiymətli avadanlıqları, hesabında külli miqdarda vəsaitləri olub. Ona olan etibardan istifadə edərək bu müddət ərzində A.Bədəlov ailəyə müəyyən ödənişlər edirdi lakin 2013-cü ildə Agentliyə sədr vəzifəsinə təyin ediləndən sonra öhdəliklərini yerinə yetirməkdən boyun qaçırıb. Bundan sonra mərhum akademikin ailəsi vəkillər vasitəsi ilə Dövlət arxivlərindən “Xəzər”in sənədlərini qaldıraraq müəssisənin saxtakarlıq yolu ilə mənimsənilməsini aşkar ediblər. Saxta sənədlərlə “Xəzər” Akim Bədəlov, Rizvan Vəliyev və digər qohumlarının təsisçiliyinə keçib.

Mərhum akademikin ailəsi 2014-cü ildə məhkəməyə müraciət edib. Lakin bütün məhkəmə instansiyaları cinayət və saxtakarlıq faktlarına göz yumaraq ailənin əleyhinə qərar çıxarıb. Cinayət və saxtakarlıqların ört-basdır edilməsində A.Bədəlova onun qudası Ali Məhkəmənin sədri Ramiz Rzayev dəstək olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=100120

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031