İqbal Ağazadənin qardaşı obyektləri zor gücünə ələ keçirib-VİDEO/FOTO

12.10.2017 - 09:04
“2006-cı ildə “Ələsgəroğlu-K” şirkətindən aldığımız obyektlərə indi Ümid partiyasının sədri İqbal Ağazadənin qardaşı İlqar Ağazadə yiyələnib”. Şikayətçilərin bildirdiyinə görə Xətai rayonu Gəncə  prospekti 29-35 A yerləşən “Ələsgəroğlu-K” şirkətindən əllərində-ovuclarında son qəpiklərini ödəyib obyekt alıblar  hətta həmin yerləri təmir etmələrinə baxmayaraq, günlərin bir günü İlqar Ağazadənin adamları peyda olub və onların yerlərini zorla əllərindən alıblar.İddia olunur ki, beton zavodu olan İ.Ağazadə həmin binanın bir neçə mərtəbəsinin tikilməsi üçün tikinti şirkətinə beton verib. Haqqı ödənilməyən həmin betonun müqabilində İlqar Ağazadə binadan mənzil götürmək fikrinə düşüb. Lakin mənzillər bir neçə şəxsə satıldığından, “təmiz” mülk tapmaq problemi yaranır.

İlqar Ağazadə isə çarəni birinci mərtəbədə yerləşən obyektləri ələ keçirməkdə görür. Öz vəkilləri və hüquqşünas yaxınlarını bu işə cəlb edərək, obyektləri özününküləşdirir.Bu isə İlqar Ağazadənin ilk işi deyilmiş. Bundan əvvəl də həmin iş adamı bir sıra yerlərdə bənzər taktikalardan istifadə edərək, başqalarının mülkiyyətini öz adına keçirib.

Obyekt sahibləri bildirir ki,biz burada 10 iş adamıyıq hər birimizin ailəmiz övladlarımız var bizim hüquqlarımız pozulub,belə özbaşnalıq dünyanın heç bir yerində yox.Umumi sahəsi 852 kv.m olan ərazidir hər birimiz kv.m 841 manatdan pul ödəyib almışıq.Necə olar ki, bizə xəbər verilmədən məhkəmə qurulub hərrac yolu ilə kv.m 500 manatdan İlqar Ağazədə ala bilir.Qeyd edək ki ərazi  ANKZ-2″ Açıq Səhmdar Cəmiyyəti tərəfindən hərrac olunub.

Hüququ pozulanlardan biri də Qasımov Etibardır. Etibar bəyin bildirdiyinə görə, 16 noyabr 2006-cı il tarixində sözügedən yaşayış binasının I mərtəbəsində ümumi sahəsi 235.12 kv.m olan obyekt sifariş verib. Binanı inşa edən “Ələsgəroğlu-K” şirkətilə 180 nömrəli müqavilə imzalayaraq, 197.954 manat olan  ümumi məbləğin hardasa 90%-ni ( 180.954 manat) bəribaşdan ödəyib. Yerdə qalan 17 min manat isə 2014-cü il 27 mart  tarixində “AENT-E” şirkətinə verilib. Şikayətçinin redaksiyamıza təqdim etdiyi sənədlər və maliyyə arayışları da, bu faktı təsdiqləyir.

Digər şikayətçi – Məmmədova Xəyalə Fərman qızına isə binanın I mərtəbəsindən 75 kv. m-lik qeyri-yaşayış sahəsi satılıb. “Ələsgəroğlu-K” ilə bağlanmış 17. 07. 2008-ci il tarixli 08 nömrəli müqaviləyə əsasən, sifariş verilən bu obyektin də dəyəri tam ödənilib və bunu Xəyalə xanıma verilmiş maliyyə arayışları da sübut edir.
Bir başqa şikayətçi – Məmmədov Səxavət Əli oğlu da həmin binanın I mərtəbəsində 50 kv. m sahəsi olan obyekt alıb və pulunu tam ödəyib. Eyni şəkildə başqa 7 nəfər əllərindəki sənədlərlə mülkiyyətçisi olduqları obyektə tam yiyələnə bilmirlər. Səbəb isə olduqca gülüncdür. Nədən ki, İlqar Ağazadənin havadarlarının məntiqi və “Ələsgəroğlu-K” şirkətinin “çoxbilmişliyi” nəticəsidə binanın I mərtəbəsini müəyyənləşdirmək qəsdən müşkülə çevrilib. Görünür, bir mənzili bir neçə nəfərə sata bilmək üçün Kazım Kazımzadə incə bir fırıldaq düşünərək, binaya zirzəmi qoymağı “yaddan çıxardıb”. Beləcə, mərtəbələri bəzən zirzəmidən, bəzən birinci mərtəbədən sayaraq, mənzil almağa gələnləri yaxşıca aldada bilib. Yəni eyni mərtəbəni gah bir rəqəm aşağı, gah bir rəqəm yuxarı göstərib.
Nə qədər gözəl fırıldaqçı olsa da, Kazım Kazımov sifarişçilərə birinci mərtəbə kimi sırıdığı obyektləri iki şəxsə satmağı ağlına belə gətirməyib. Mütəxəssislər bunun səbəbini qanunvericilikdə zirzəminin satılması kimi halın olmaması ilə əsaslandırırlar. Maraqlıdır ki, Kazım Kazımzadənin də ağlına gəlməyən bu “incəlik” İlqar Ağazadənin öz pulunu çıxarmaq yolunda ən güclü silahına çevrilib. İddialara inansaq, hüquq-mühafizə orqanlarındakı adamlarının köməkliyi ilə obyekt sahiblərinin mülkiyyətlərini əlindən almağı bacaran İ.Ağazadə həmin qeyri-yaşayış sahələrini zirzəmi kimi qələmə verir və binanın I mərtəbəsinin yuxarıda olduğunu bildirir. Di gəl ki, bir mərtəbə yuxarıdakı sahələr “Ələsgəroğlu-K” şirkəti tərəfindən başqalarına satılıb və kupçalaşdırılıb.
 Əməkdaşımızla söhbət edən şikayətçi Qasımov Etibarın dediyinə görə, mübahisəli mərtəbənin istər zirzəmi, istərsə də I mərtəbə sayılmasından asılı olmayaraq, onun İlqar Ağazadəyə heç bir dəxli yoxdur: “Əgər həmin yer zirzəmidirsə, qanunvericiliyə əsasən, bütün bina sakinlərinin ortaq malıdır və qeyri-yaşayış sahəsi kimi başqasına satıla bilməz. Yox, əgər həmin yer I mərtəbədirsə, əlimizdəki sənədlərə görə, bizə məxsusdur”.
Cox gülməli görünsədə İlqar Ağazadənin və havadarlarının zirzəmi adlandığı həmin yer binanın yaxınlığındakı avtomobil yolunundan ən azı 8 metr hündürlükdə idi. (Zirzəmi hara, hündürlük hara?) Pilləkanlarla yuxarı qalxdıqca, təbii olaraq bu hündürlük azalsa da, İlqar Ağazadənin “zirzəmi” dediyi həmin yer binanın inşa olunduğu zəmindən 4-5 metr yuxarıya doğru uzanır, hər cəhətiylə I mərtəbəyə daha çox oxşayırdı.(Reportyor.org)
Maraqlı olacağını düşündüyümüzdən binanın şəkilini çəkib dəyərli oxucularımızla paylaşmaq qərarına gəldik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=101027

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930