Bakının “komsomolçu” rəhbəri Eldar Əzizov: həyatı və biznes imperiyası…

16.07.2018 - 23:25

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib. Prezident İlham Əliyevin sərəncamı ilə o, Bakı şəhəri İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. Nəzərə alsaq ki, hazırda Bakı meri postu boşdur, onda paytaxtın E.Əzizova tapşırıldığını demək olar. Cumhuriyyet.az paytaxtın yeni rəhbərinin rəsmi tərcümeyi-halını və onun haqda bəzi məlumatları təqdim edir:
Eldar Əziz oğlu Əzizov 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb.
1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.
2000-ci ilin iyun ayından Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olub. 2015-ci ilin sentyabr ayında Səbail rayon İcra Hakimiyyətinin başçısı işləyib. 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib, 1980-ci ildə “Şərəf nişanı”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib. Ailəlidir, 2 övladı var.
Gəncədən ölkənin digər böyük şəhəri olan Sumqayıta transfer olan, ordan da qalmaqallı şəkildə Səbayel rayonuna təyinat alan məmur geridə qalan müddət ərzində bir sıra qanundan kənar işlərə imza atıb ki, bunun da nəticəsində ölkənin ən varlı məmurlarından birinə çevrilməyi bacarıb. Eldar Əzizov həm Gəncədə, həm də Sumqayıtda işlədiyi müddətdə özünə böyük maliyyə kapitalı toplamağı bacarıb. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, məmurlar arasında ən yaxşı şəraitdə yaşayan şəxslərdən biri də məhz Sumqayıtın rəhbəridir. Özəl mənbələrin dediyinə görə, Eldar Əzizovun şəhərin mərkəzində bir neçə bahalı mənzili var: “Amma icra başçısı daha çox Nərimanov rayonu ərazisində yerləşən “Şəhər Bağları” yaşayış kompleksindəki mənzilində yaşayır. Britaniyanın bütün dünyada tanınan ATKINS şirkəti tərəfindən inşa olunan “Şəhər Bağları” yaşayış kompleksində ölkənin elit təbəqəsinə aid olan insanlar yaşayır. Onların arasında bəzi nazirlər, icra başçıları, nazir müavinləri, komitə sədrləri və biznesmenlər var. “Şəhər Bağları”nda mənzillərin qiyməti milyonlara bərabərdir. Maraqlıdır, görəsən, Eldar müəllim burdakı mənzilini hansı pulla əldə edib. Axı onun icra başçısı vəzifəsindən aldığı maaş aylıq dolanışığını qarşılamağa güclə bəs edir. Bundan başqa, icra hakiminin paytaxtın Nizami rayonu ərazisində, daha dəqiq desək, Azərsutikinti xəstəxanasının yaxınlığında böyük imarəti var. Deyilənə görə, topdağıtmaz imarətin tikintisində istifadə olunan tikinti materiallarının hamısı xaricdən gətirilib və buranın başa gəlməsinə külli miqdarda vəsait sərf edilib. Eldar Əzizov yay aylarında daha çox bu imarətində qalmağa üstünlük verir. Onun oğlunun da bu ərazidə dəbdəbəli villası var.
Bundan başqa cumhuriyyet.az-a daxil olan məlumata görə, E.Əzizovun Bakının mərkəzi hissələrində bir neçə brend məhsulların satıldığı dükanları fəaliyyət göstərir. Həmin dükanların baha qiymətə aylıq icarəyə verildiyi bildirilir. Bunlar icra başçısının bizə məlum olan sərvətidir. Yayılan məlumata görə, onun xarici ölkələrdən birində mülkləri, offşor zonalardakı banklarda hesabları və biznesi var”. Biz həmişə demişik, bir daha demək istəyirik ki, heç bir məmurun pulunda, sərvətində gözümüz yoxdur. Bizi maraqlandıran həmin məmurların bu qədər maliyyə kapitalını hansı pullarla yığmasıdır. Fikrimizcə, nə Eldar Əzizov, nə də başqa məmurlar aylıq vəzifə maaşı ilə milyonluq mülklərə, bahalı maşınlara, ticarət köşklərinə sahib çıxa bilməzlər. Burdan belə nəticəyə gəlmək olar ki, Sumqayıtın icra başçısı maliyyə sərvətini dövlətin büdcəsinə vurduğu ziyanın hesabına toplayıb. Əgər belədirsə, əlaqədar dövlət qurumları Eldar Əzizovun Gəncədə işlədiyi illərdən indiyə kimi olan fəaliyyətini hərtərəfli araşdırıb onun imza atdığı qanun pozuntularını aşkara çıxarmalıdır.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Çingiz Coşqun, cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121354

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031