Pirverdiyevlə qaynının “Expressbank”ı çökür…

10.02.2019 - 22:53

Artıq Azərbaycanda fəaliyyət göstərən bütün banklar 2018-ci ilin yekun hesabatlarını açıqlayıblar. Hesabatlara istinadən cumhuriyyet.az bildirir ki, ötən ili ən böyük mənfəətlə başa vuran 425 milyon 841 min manatla “Azərbaycan Beynəlxalq Bankı”, ən böyük zərərlə qapadan isə 250 milyon 478 min manatla “VTB Bank (Azərbaycan)” olub. Maraqlıdır ki, ən çox zərər edən iki bank Rusiya banklarının Azərbaycandakı törəmələri olan VTB Bank (Azərbaycan)” və “Nikoyl Bank”dır. Yerli bankların arasında isə birinci yerdə 23 milyon 755 min manat zərərlə “Expressbank” qərarlaşıb. Ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına, eləcə də ümumi və inzibati xərclərə böyük məbləğlər ayırması nəticəsində “Expressbank” yerli banklar arasında zərərin miqdarına görə, liderə çevrilib. Xatırladaq ki, sözügedən bank 2017-ci ili 2 milyon 26 min manat xalis mənfəətlə tamamlamışdı. Bankın cari balans kapitalında da azalma müşahidə olunub. Belə ki, 2017-ci ildə 144 milyon 317 min manat cəmi balans kapitalına malik olan bankın bu göstəricisi 119 milyon 348 min manata enib. Lakin bütün bunlarla yanaşı, bankın cəmi aktivləri 26 faizə yaxın artaraq, 395 milyon 204 min manata çatıb. Müştərilərə verilən kreditlərin həcmində də 50 milyon manatdan çox artım var. Həmçinin, əhalinin bu bankdakı əmanətləri də 19 milyon manat çoxalıb. Digər mühüm göstəricilər olan məcmu kapitalın həcmi və adekvatlığı da kifayət qədər yüksək olub.
Bununla bağlı cumhuriyyet.az bildirir ki, “Expressbank” “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin bankı kimi tanınır. Belə ki, 2015-ci ildə «ADOR» MMC ötən il «Expressbank»ın səhmdarlar sırasını tərk edib. Onun payını 2 şəxs alıb. «ADOR» MMC bankda 42 faiz səhmə sahib idi. İndi bu səhmlər iki nəfərin arasında (Hikmət Xammədov – 25 faiz və Hafiz Seyidov – 17 faiz) bölüşdürülüb. Elə rəsmən də bankın əsas səhmdarları “AZENCO Group” MMC və Hikmət Xammədovdur. H.Xammədovun isə E.Pirverdiyevin qaynı olduğu bildirilir. Bu şəxsə həmçinin “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları» ASC-nin 98,5 faizi məxsusdur.
Məlumatlara görə, E.Pirverdiyevin bütün gizli bank hesabları da məhz “Ekspressbank” vasitəsilə qorunur. Ancaq proseslərin gedişatı onu göstərir ki, yaxın zamanlarda bu məsələyə də qanun çərçivəsində aydınlıq gətiriləcək. Bankın bağlanmasının əsas səbəbi kimi cənab Pirverdiyevin bir zamanlar rəhbərlik etdiyi “Azərenerjinin” Beynalxalq Bankda iri məbləğdə kredit borclarının olması və həmin borlcar üzrə ödəniş edə bilməməsi güman edilir. Bank daxilindən adının çəkilməsini istəməyən işçilərdən birinin cumhuriyyet.az-a verdiyi məlumata görə, 2015-ci ildə manatın dollarla nisbətdə iki dəfə dəyər itirməsi “Express Bank”ın aktivlərini xeyli azaldıb. Bankın səhv kreditləşmə siyasəti nəticəsində problemli kreditlərin həcmi artıb. Başqa bir tərəfdən isə bankən kredit portfelində manat kreditlərinin həcminin nisbətdə çox olması və istehlak kreditlərinin ücdantutma hamıya verilməsi hazırda bankı pis vəziyyətdə qoyub. Bu səbəbdən də bankın likvidlik göstəricilərinin pisləşdiyini deyən mənbəmiz bildirir ki, bankın rəhbərliyində, yəni İdarə Heyəti və Müşahidə Şurasında olanlar bank sahəsində peşəkar deyil: “Bankın maliyyə göstəricilərinin pisləşməsi ilə nəticələnən səhv qərarları da onlar verib. Bankda çalışan azsaylı işçilər verilən səhv qərarlara dəfələrlə etiraz etsələrdə onların dediklərinə məhəl qoyulmayıb”. Cumhuriyyet.az-a daxil olan başqa bir məlumata görə, bankın idarə heyətində təmsil olunan şəxslər yaxın adamlarının adına on milyon manatlarla kredit götürüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126757

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930