Abşeronda tikinti sektorunda özbaşınalıq: İcra başçısına bağlı rüşvət şəbəkəsi

24.03.2020 - 09:18

Dəfələrlə məmur özbaşnalıqlarına qarşı sərt tədbirlər görülməsinə, bir çoxlarının ciddi cəzalandırılmasına baxmayaraq hələ də özünü toxunulmaz hesab edən, vətəndaşlara yuxarıdan aşağı baxan səlahiyyət sahibləri çoxdur. Onlar özlərini rəhbərlik etdikləri ərazinin hakimi-mütləqi kimi aparır, onlara verilmiş imkanlardan xalqa xidmət üçün deyil, ancaq şəxsi mənafeləri üçün istifadə edirlər. Paytaxta yaxın olmasına baxmayaraq qanunlardan çox uzaq düşən Abşeron rayonu bu gün özünün ən çətin günlərini yaşayır. Abşerona rəhbərlik edən İradə Gülməmmədova uzun müddət bu rayonda icra başçısının 1-ci müavini postunu tutub. Rayonun bütün problemlərinə, sosial-iqtisadi durumuna, həmçinin əhalisinə yaxından bələddir. Lakin, Zakir Fərəcovun Sumqayıta təyinatından sonra Abşerona icra başçısı təyin edilən İradə Gülməmmədovanın gəlişindən sonra rayonda tamamilə yeni situasiya formalaşıb.
İ.Gülməmmədovanın rəhbərlik etdiyi dönəmdə rayonda vəziyyət getdikcə pisləşməyə, sosial-iqtisadi narazılıq güclənməyə başlayıb. Bu gün rayonda elə bir sahə tapmaq mümkün deyil ki, orada ciddi problemlər hökm sürməsin. Rüşvətxorluğun pik həddə çatması (eyni zamanda rüşvət məbləğinin astronomik sürətlə artması) vətəndaşları çətin duruma salıb. Bütün bunların fonunda Abşeron rayonundan cumhuriyyet.az-a daxil olan şikayətlər də gündən-günə artmaqdadır. Redaksiyamıza müraciət edən Xırdalan sakini başına gətirilənlər Abşeronun real mənzərəsidir. Belə ki, şikayətçi Xırdalan şəhərində yaşayır və evinin bütün sənədləri qaydasındadır. Evinin daş hasarı üçün uçma təhlükəsi yarandığından onu söküb yenisini inşa etmək istəyib. Lakin ona tikinti işlərini aparmaq üçün imkan verilmədiyinə görə redaksiyamıza müraciət edib. Əvvəlcə evin daş hasarının qəzalı vəziyyətdə olduğu müəyyən edilib və tikinti işlərinin aparılmasına icazə verilib. Vətəndaş qəzalı vəziyyətdə olan hasarı sökərək yenisini inşa edib.
Tikinti işlərinin yekunlaşdığı məqamda Memarlıq və Tikinti şöbəsinin müdiri şəxsən Akif Əliyevin iştrakı ilə yanında gətirdiyi adamlar işləri dayandıraraq yeni tikilmiş hasarı uçurublar. Tikinti aparılan zaman icra başçısının bacısı oğlu olduğu söylənən, həm də tikinti işlərində əsas nəzarətçisi funksiyasını yerinə yetirən Babək adlı şəxs də ərazidə olub. Təbii ki, öncə icazə verilən tikintinin sonradan icazə verənlər tərəfindən sökülməsi maraqlı suallar doğurur. Lakin, çox keçmədən işin “Mustafası” məlum olub. Belə ki, şikayətçiyə məlum olub ki, Memarlıq və Tikinti şöbəsinin müdiri Akif Əliyevin könlündən pul keçir. Tikintinin dayandırılması və hasarın uçurulması da bu səbəbdəndir. Elə bu səbəbdəndir ki, vətəndaşın min bir əziyyətlə inşa etdirdiyi hasarı uçurulub.
Xatırladaq ki, Abşeron rayonunda xüsusi “tikinti dəstəsi” fəaliyyət göstərir və onlar vətəndaşlara qan uddururlar. İ. Gülməmmədovanın icra başçısı təyinatından sonra xüsusilə fəallaşan bu dəstənin icazəsi olmadan daşı daş üstünə qoymaq olmaz. Bu gün rayonunun bir çox qəsəbə və kəndlərində ev tikmək üçün «icazə» qiymətləri xeyli qalxıb. Şikayətçilər bu qiymət artımının səbəbini isə, icra başçısı İradə Gülməmmədova ilə bağlayırlar. Belə ki, şikayətçilərin cumhuriyyet.az-a bildirdiyinə görə, əvvəllər ev tikməyin «icazəsi» min (1000) manatla, beş min (5000), (yerə görə dəyişir), manat arasında dəyişirdi. İndi isə Abşeron qəsəbə və kəndlərində ev tikməyin «icazəsi» işıq sürətilə qalxaraq 5-10 min manat arasına qalxıb. Ölkənin iqtisadi durumunun bu ağır vaxtlarda və əhalinin yaşayış səviyəsinin aşağı düşdüyü bir şəraitdə rüşvət qiymətinin artması əhalinin ciddi narazılığına səbəb olub. Lakin görünür ki, əhalinin yaşayış səviyəsinin aşağı düşməsi rüşvət bazarına təsir etmir. Əksinə qiymətlər qaldırılaraq əhaliyə olunan zülm və sosial ədalətsizlik daha da artırılıb. Şikayətçilər bildirir ki, hazırda rayonun Saray, Mehdiabad, Qobu, Hökməli, Güzdək, Ceyranbatan, Digah, Aşağı Güzdək qəsəbələrində və Masazır, Məmmədli, Novxanı, Fatmayı, Görədil kəndlərində ev tikmək istəyənlər icra hakimiyyətinin tikinti şöbəsinə lazım olan qədər vəsaiti ödədikdən sonra istədikləri evi tikə bilirlər.
Əgər kimsə iki mərtəbəli ev tikmək istəyirsə, o zaman daha çox hesab verməyə məcburdur. Abşeronda rüşvət məbləğinin artmasına çox maraqlı bir açıqlama verirlər. Bildirilir ki, guya rayondakı tikinti biznesində sabiq icra başçısı, hazırda Sumqayıt şəhərinə rəhbərlik edən Zakir Fərəcovun xüsusi payı var. Məhz bu səbəbdən də qiymətlər belə bahadır. Belə ki, toplanan vəsaitin bir hissəsi Zakir Fərəcova çatır. Bunun nə qədər həqiqətə uyğun olduğunu deyə bilmərik, hər halda Zakir Fərəcov başqa bir ərazinin rəhbəridir. Görünür Abşeronda tikintlərdən əldə olunan milyonlarla qanunsuz vəsaitə “haqq qazandırmaq” üçün bu üsuldan istifadə edirlər. Təsadüfi deyil ki, tikinti işlərinə nəzarəti həyata keçirən Akif Əliyev, həmçinin bu qrupa daxil olan digərləri Abşeronda böyük sərvətə, çoxsaylı obyektlərə sahibləniblər. Onların icazəsi olmadan kimsə həyətində toyuq hini də tikə bilməz. Verilən “icazə” isə vətəndaşların talan olunması hesabına baş tutur.
Abşeronda qanunlar bir qrupun maraqlarına tabe edilib. Rüşvəti və korrupsiyanı özünün iş prinsipinə çevirən bu qruplaşma isə rayonda bütün sahələri, o cümlədən tikinti sektoruna nəzarəti tamamilə ələ keçirib. Adi bir hasarın tikilməsi üçün 10 min manat rüşvət tələb edilməsinə talançılıqdan başqa ad vermək olmaz. Yəqin ki, əlaqədar təşkilatlar bu talana nəhayət ki, “dur” deyəcəklər. Yoxsa, Abşeronda insanlar hələ uzun müddət uçuq divarların əhatəsində yaşamağa məcbur olacaqlar.
Araşdırmalarımız davam edir bizi izləməyi unutmayın.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144267

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930