Dəmiryolunun “bozbaş” problemi

14.10.2016 - 02:23

rrOktyabrın 13-də Azərbaycan dəmiryolçuları öz peşə bayramlarını qeyd etdilər. Əlbəttə, biz də müstəqil mətbuatın nümayəndələri olaraq, öz növbəmizdə bütün vicdanlı və zəhmətkeş dəmiryolçuları təbrik edir,  ən xoş arzularımızı bildiririk. Lakin bəzi deyəcəklərimiz də var… Deyəcəklərimizə keçməzdən əvvəl, Cavid Qurbanovu saytların manşetini bəzəyən sitatlarını xatırlatmaq istərdik.

Bəzi saytlarda Cavid Qurbanovun “Ziya Məmmədova savaş açması” yaxud da “Ziya Məmmədovun bostanına daş atdı” deyə yozulan açıqlamalarda çox maraqlı nüanslar yer alır.1442314683_0001
Məsələn, son 25 ildə Azərbaycanın dəmiryolu sistemini tamamilə nəzarətində saxlamış Ziya Məmmədovun və onun qohumlarının bu sistemi nə hala gətirdiyi Cavid Qurbanovun bəzi sözlərindən aydın görünür: ““Mən bura qayıtdıqdan sonra lokomotiv parkı yox dərəcəsində olub. 10-12 yaşında elektrovoz və teplovozlar alınaraq

Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı. Başladıq vaqon parkında araşdırma aparmağa.

Daşınma xidmətlərinin rəcavid-qurbanovisini çağırdım yanıma və birgə parka baxdıq. Gördük ki, 2023-cü ilədək belə davam etsə, parkımızda 123 vaqon qalacaq, qalanları sıradan çıxacaq. Yol infrastrukturunda rabitə sistemi yox dərəcəsində idi. Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70%-i yararsız vəziyyətdə olub.

Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi. Başqa sözlə, hara ayaq qoyurduqsa, orada bir dərd var idi. Öz-özümə düşünürdüm ki, mən bu qədər problemlərin öhdəsindən necə gələcəyəm. Amma özümdə güc tapdım, həmkarlarımı başıma topladım və başladım işləməyə. İşimdə dəmiryolçuların təcrübəsinə arxalandım”.

Bundan başqa, yəqin ki, bir çox oxucumuz “otaqdan bozbaş iyi gəlirdi” cümləsini də xatırlayır. Həmçinin, bu sözlər də diqqəti çəkir: ““Artıq mal-materialın alınmasında olan nöqsanların, pozuntuların kökünü kəsmişik. Yolayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun kənardan mal-material gətirilə bilməz” (APA).

Əlbəttə ki, oxuculara da maraqlı gələr, görəsən, yolayrıcını 29 min manata alıb 56 min manata rəsmiləşdirən, köhnə texnikanı “təzə” adı ilə dövlətə “sırıyan” məmurlar cəzalandırılıbmı? Bu faktlarla bağlı hüquq mühafizə orqanlarına müraciət olunubmu?

f9e31188d337Təssüflər olsun ki, oktyabrın 13-də bu suallarımıza QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovdan cavab ala bilmədik. Telefon zəngimizə N.Əzməmmədovun Vasif adlı köməkçisi cavab verdi və Nadir müəllimin ard-arda tədbirlərdə olduğunu deyərək, növbəti gün zəng etməyi tövsiyə etdi.

İndi isə bu yaxınlarda qafqaznews.az-da dərc olunan bəzi araşdırma yazılarını xatırladaq.

İlk əvvəl, “Azərbaycan Dəmir Yolları” QSC-yə daxil olan “Təsərrüfat İdarəsi” MMC-dəki 1,5 milyonluq yeyintinin aşkarlanması, sabiq idarə rəisi və Ziya Məmmədovun yaxın qohumu Seymur Əhmədovun da audit yoxlamalarından “quru” çıxması barədə məlumatlara toxunmaq yerinə düşər.14274451_1760523410874195_1128010611_o-1S.Əhmədov idarə rəisi vəzifəsindən çıxsa da, Ziya Məmmədovun başqa bir qohumu Adil Məhərrəmovdan alınmış başqa idarəyə, QSC-nin Yanacaq və Sürtkü Materiallarının Təchizatı İdarəsinə rəis köməkçisi təyin olunub. Əgər bu məlumatlar “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən təkzib olunmursa, demək ki, ortada “təmizləmə” yox, elementar yerdəyişmə var. Əlbəttə, S.Əhmədov əvvəlki kimi rəis vəzifəsi tutmur, lakin hələ də dəmiryolu sisteminin “Məmmədov klanı”nın nəzarətində qalmasına dəlalət edir.

Başqa bir maraqlı məqam da var. Məsələn, təxminən bir ay öncə ölkə mətbuatının gündəminə Bakı Yük Stansiyasında polis məntəqəsi rəisi Nadir Məmmədovun “Kimdir şəhərdə nömrə bir” adlı rep parçası və 300 minlik avtomobili gəlmişdi.

Əlbəttə ki, bu mövzuda danışarkən, Nadir Məmmədovun atası Məhərrəm Məmmədov da yaddan çıxmır. Həmin Məhərrəm Məmmədov ki, uzun illərdir Qaradağ Dəmiryolu Stansiyasına rəhbərlik edir və Ziya Məmmədovun ən qalmaqallı kadrlarından hesab olunur.  2011-2014-cü illərdə stansiyada xəzinədar olduğunu deyən Y.Nabatəliyev bildirdi ki, 2 il əvvəl Məhərrəm Məmmədovun və onun Elmira xanım adlı müavinin ciddi saxtakarlıq və korrupsiya əməllərini ifşa edib.

“Məhərrəm Məmmədov məni sıxışdırırdı, iş prosesindən kənarda tuturdu və elə edirdi ki, ordan çıxıb gedim. Mən 14 il dəmiryoarif_-sg-rovlçu təcrübəsi olan adamam, Xarkovda oxumuşam… Haqsızlıqla barışa bilmirdim. Şübhəli məqamlar çox idi. Araşdırdım və sonda müəyyən etdim ki, onlar stansiyadan yük boşaldan və xidmətlərimizdən istifadə edən sahibkarları, ələlxüsus da dövləti aldadırlar.

Yük boşaldan sahibkara deyilirdi ki, 1500 manat verməlisən… Amma elə bir mexanizm qurmuşdular ki, üst çekdə 1500 manat yazılırdı, dövlət hesabatlarına düşən çeklərdə isə 300 manat. Beləcə, 1200 manat gedirdi Məhərrəm Məmmədovun cibinə. Bu halları aşkarlayanda mənə maneələr törətdilər. Mən gedib “Azərsu”nun törəmə şirkətlərindən bu çekləri topladım və müqayisə etdim. Onları sizə də təqdim edirəm, bir çekdəki məbləğ digəriylə üst-üstə düşmür. Mən bu məsələni qaldıranda dedilər kimə güvənirsən, dedim Allaha və Ali Baş Komandana. Amma Məhərrəm Məmmədovu bu işdə dəstəkləyənlər oldu.14580410_1770868453173024_1985056142_n-kopiya

snimok-3Yükdaşıma Departamentinin müdiri Əşrəf Məmmədəliyev, hazırkı nazir müavini Arif Əsgərov, hazırda QSC-də sədr müavini olan Əlirza Süleymanov (akademik Nizami Süleymanovun qardaşı – red.) bu işi ört-bastır etdilər. Nəqliyyatda Baş Polis İdarəsində cinayət işi açıldı, istintaq getdi, mən də gedib ifadə vermişdim. Amma Ceyhun Həsənov bu işi bağladı. Heç kim cəzalandırılmadı”, – deyə Y.Nabatəliyev vurğulayıb”.img_2195-kopiya-1

Son olaraq, az öncə adını çəkdiyimiz Adil Məhərrəmovu daha “geniş şəkildə” yada salaq.

Belə ki, Cavid Qurbanovun QSC-yə sədr gəlməsi ilə Yanacaq və Sürtkü Materiallarının Təchizatı İdarəsindəki rəis vəzifəsindən ayrılan Adil Məhərrəmov nəqliyyyat naziri Ziya Məmmədovun yeznəsidir. Və bu günlərdə Adil Məhərrəmovdan  şikayət edən Gökhan Yazıcı adlı Türkiyə vətəndaşı çox maraqlı açıqlamalar dilə gətirib.

1-kopiyaG.Yazıcının sözlərinə görə, A.Məhərrəmov 2014-cü ildə hələ idarə rəisi olarkən, onu və rəhbərlik etdiyi usta briqadasını  “Milyonçular məhəlləsi” deyilən yerdə, M.Əlizadə küçəsi 67 ünvanında yeləşən villasında 8-9 ay işlədib, amma sonda 40 min manat “ataraq”, ustaların zəhmət haqqını verməkdən boyun qaçırıb. Əlbəttə, hazırda sahibkarlıqla məşğul olan A.Məhərrəmovun köməkçisi Rəşad Əzimov da bildirdib ki, G.Yazıcı onları 40 min manat ziyana salıb, lakin məsələ məlumdur…

Hər halda, bizdə də sual yaranır ki, görəsən, kimsə, ələlxüsus da Cavid Qurbanov Adil Məhərrəmovun hələ idarə rəisi olarkən, “lüks” həyat tərzi sürməsindən, milyonluq villa almasından,  on minlərlə ölçülən təmir işləri aparmasından xəbərdar idimi?

Yox, xəbərdar deyildisə, görəsən, “Azərbaycan Dəmir Yolları” QSC-də bu və digər “bozbaş iyi verən” məsələlərlə bağlı hansı tədbirlər görülüb?

Əlbəttə ki, oxucularda sual yaranar: “Bir idarəni çapıb-talayandan sonra, istefa verib sahibkarlıqla məşğul olmaq nə gözəl şeydir? Səni cəzalandıran yox, araşdırma aparıb hüquq mühafizə orqanlarına şikayət edən yox… Belə hallar cəmiyyətdə pis nümunə olmazmı?”

Əgər heç bir tədbir görülməyibsə, illər boyunca dəmiryolunda istədiyini edənlər indi yenə də istədikləri kimi, əllərini-qollarını sallayaraq gəzirsə…  Bundan sonra işləyəcək dəmiryolçular, xüsusən də yeni kadrlar özlərində hansı məsuliyyət hiss edəcəklər?

İnsanları ehtiyatlı olmağa vadar edən təkcə vəzifə itkisi deyil, həm də qanunların sərtliyi, əməlin cəzasıdır. Birbaşa desək, kimsə öz xoşuyla həbsə düşmək istəməz. Əgər kimsə həbsə düşməyəcəksə, o zaman istədiyi qədər “bozbaş”dan basıb-yeyə bilər… Biz heç istəməzdik ki, bir gün bu “bozbaş qoxusu” Cavid Qurbanovun kabinetinin qapısına qədər gəlib çıxsın.

Bir daha dəmiryolçularımızı təbrik edir, tezliklə onların “bozbaş problemi”nin də həll olunmasını arzulayırıq.(Qafqaznews.az)

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=78955

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930