İmişlidə toyda sərxoş vəziyyətdə disko rəqs edib dava salan məmur haqda şok iddia: YAP sədri otağında ölüb

20.10.2016 - 00:47

imisliİmişli rayon Maliyyə idarəsinin sabiq rəisi Rəhim Ədil oğlu Rəhimov rayon maliyyə idarəsinin hazrkı baş mühasibi Aqil Məmmədovun oğlunun toyunda dava salması haqda mediada xəbərlər yayılmışdı. Həmin olayın yeni təfərrüatları məlum olub. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə rayon mərkəzində “Nərgizim” şadlıq sarayında keçirilən toy məclislərində Maliyyə Nazirliyinin İmişli rayon şöbəsinin müdiri Rəhim Rəhimov sərxoş vəziyyətdə disko mahnılarına rəqs edərkən, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin İmişli rayon şöbəsinin baş mühasibi Kərim adlı şəxsin rayonun baş maliyyəçisinin yersiz hərəkətlərinə irad bildirməsindən qəzəblənərək, ona çoxsaylı fiziki xəsarətlər yetirib. Mənbənin verdiyi məlumata görə İmişli rayon Maliyyə Şöbəsinin müdiri Rəhim Rəhimova həmin toyda iştirak edən oğlu da yaxından kömək edib. Bədəninin müxtəlif nahiyyələrindən xəsarət alan Səlim Müslümovun işçisini dərhal rayon Mərkəzi Xəstəxanasına aparıblar.Həkimin ilkin yardımından sonra müalicəsini ambulator şəraitdə davam etdirən baş mühasib İmişli rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Məlumatda o da bildirilir ki, İmişli rayon polis idarəsində Maliyyə şöbəsinin müdiri haqqında bədənə xəsarət yetirdiyi üçün xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
Qəribədir ki, Rəhim Rəhimov hadisədə bilavasitə iştirak edən oğlunu hələ ki, özü haqqında açılan cinayət işindən yayındıra bilib. Lakin məsələ ilə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbəyə faktı təsdiq edən polis əməkdaşı bunun müvəqqəti xarakter daşıdığını bildirib. Redaksiyamıza məlumat verən mənbə bildirdi ki, Rəhim Rəhimov hadisədən sonra demək olar ki, iş yerinə gəlmir. Mənbə əlavə olaraq qeyd etdi ki, rayonun baş maliyyəçisi döyərək xəsarət yetirdiyi şəxsin şikayətinin geri götürülməsi üçün mümkün olan bütün vasitələrdən isitfadə edir.
Onu da bildirək ki, olayda adı çıkilən R.Rəhimov dəfələrlə bir çox qalmaqalların iştirakçısı olub. Rayondakı maliyyə maxinasiyalarında adı hallanan sabiq maliyyə şefinin xaloğlusu – təhsil şöbəsinin müdiri Ramiz Əmirovla birgə əməlləri haqda dəfələrlə yazılar dərc olunub. Amma iddialar və məlumatlar bununla bitmir. Belə ki, Rəhim Rəhimovla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda mediada dərc olunan və rəsmən təkzib olunmayan ilginc bir fakta rast gəldik. Bu ilin əvvəllərinə aid olan həmin olayla bağlı məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Yeni Azərbaycan Partiyasının (YAP) İmişli Rayon Təşkilatının qurucularından olan Nəcəf Abıyevin bir müddət əvvəl İmişli Rayon Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimovun iş otağında dünyasını dəyişdiyini iddia edən mənbənin sözlərinə görə, mərhum çox ciddi maliyyə çıxıntısı çəkirmiş. Deyilənlərə görə, onun ölümünün ört-basdır edilməsi rayon əhalisi arasında ciddi narazılığa səbəb olub. Rayon sakinləri faktın və həqiqətin üzə çıxmasını istəyirlər. Qeyd edək ki, Nəcəf Abıyev həmin vaxt bir işlə əlaqədar rayon maliyyə idarəsinin rəisi Rəhim Rəhimovun qəbuluna gedib. Orada idarə rəisi ilə onun arasında ciddi mübahisə baş verib. Bildirilir ki, Rəhim Rəhimov İmişli Rayon Mədəniyyət və Turizm İdarəsinin rəisilə birləşərək Nəcəf Abıyevin çalışdığı iş ştatını ləğv edib. Nəcəf Abıyev isə neçə müddətdir işinə bərpa olunmaq istəsə də, onu get-gələ salıblar və xeyli məbləğdə pul tələb ediblər. Deyilənlərə görə, sonuncu dəfə İmişli Rayon Maliyyə İdarəsinin rəisi onu otağında ağır formada təhqir edib. Bundan sonra halı pisləşən Nəcəf Abıyev infarkt keçirib və dünyasını dəyişib. Məsələnin maraqlı tərəfi ondadır ki, icra başçısı Vilyam Hacıyev bu məsələdə Rəhim Rəhimova yetirəncə dəstək nümayiş etdirib və bununla da maliyyə idarəsinin rəisi Nəcəf Abıyevın ölüm faktını ört-basdır etməyə nail olub”.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79613

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930