“Azərsu” Mingəçevirdə “Əliyevçi” gəncin böyrəyini satdırır: Heydər Əliyevin portretinə hörmətsizlik – VİDEO

14.08.2017 - 21:53

Mingəçevir şəhər sakini Musayev Murad Rza oğlu “Azərsu” Səhmdar Cəmiyyətinin bu şəhər üzrə şöbəsindən haqsız olaraq işdən çıxsrıldığını iddia edir. Şikayətçinin iddiasına görə onun işdən cıxarılmasına əsas səbəblərdən biri də çalışdığı müəssisədə olan bir sıra ciddi nöqsanları və müdiyyətin naqis hərəkətlərini üzə çıxararaq rəhbərliyi belə işlərdən çəkinməsi üçün ittiham etməsi olub. Elə hər şey də bundan sonra başlayıb.
Məsələ ilə bağlı cumhuriyyet.net olaraq şikayətçinin müraciətinin kiçik bir qismi ilə sizləri tanış edək: “Azərsu”nun Mingəçevir şöbəsində fəhlə işləyirdim. Müəssisə rəhbərliyi məni səbəbsiz yerə işdən çıxardı. Mən haqsızlığı götürə bilmirəm.Necə olur ki ,mən ölkə rəhbərinin doğum günü münasibəti ilə Mingəçevirdən Bakı şəhərinə yürüş etmişəm Prezidentim üçün əziyyət çəkirəm,onun uğur və nailiyyətlərinə sevinirəm.Mənim işlədiyim idarə isə onun atası, Ulu Öndər Heydər Əliyevin şəkillərini lazımsız bir şey kimi natəmiz yerlərə, ayaqyoluna atır. Bu baş verən çirkin işi görüb susa bilməzdim .Mən buna etiraz etdim, Vətənimə və millətimə sadiq bir insanam.Xahiş edirəm mətbuat vasitəsi ilə etdiyim bu müraciət, işdən çıxarıldığıma görə səbəb olan bu çirkinliyə cavab vermələri üçün aidiyyatı səlahiyyət sahibləri biganə qalmasınlar. Mingəçevir RİH başçısı və ”Azərsu” nun Mingəçevir şöbəsinin rəhbərliyi cəzalandırılsın. Mən həyat yoldaşımdan ayrılmışam və körpə yaşında olan övladım üçün aliment ödəyirdim, hal -hazırda işsiz qalmağım səbəbindən həmin pulu ödəyə bilmirəm və bu məni çox ciddi narahat edir. Hətta alimenti ödəyə bilmədiyim üçün barəmdə axtarış qərarı çıxarılıb. İndi sizlər qərar verin, söz xalqımındır, kimdir günahkar, mən yoxsa həmin qanunsuzluqları edən, ölkə başçısına qarşı naqis hərəkət edən həmin məmurlar?”
Bununla bağlı cumhuriyyet.net olaraq media üzərindən apardığımız araşdırma zamanı daha bir ilginc faktla rastlaşdıq. Belə ki, bir müddət öncə işdən çıxarılan Mingəçevir sakini maddi imkansızlıqdan böyrəyini satmaq qərarına gəlibmiş. Bu barədə mediaya 32 yaşlı Musayev Murad Rza oğlu özü məlumat verib. O, bu addımı atmağa səbəb kimi fəhlə işlədiyi yerdən səbəbsiz yerə çıxarılması ilə əlaqələndirib: “”Azərsu”nun Mingəçevir şöbəsində fəhlə işləyirdim. Müəssisə rəhbərliyi məni səbəbsiz yerə işdən çıxardı. İndi qalmışam ortalıqda. Bütün elan saytlarında böhrəyimi satışa qoymağım barədə elanlar yerləşdirirəm. Əgər sata bilsəm, heç olmasa özüm üçün kiçik bir iş yeri yaradıb başımı dolandıracağam.”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=95992

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930