YAP üzvündən nazirə şikayət: “Məndən az bal yığdı, direktor oldu…”

05.02.2020 - 10:31

Tovuzun Əyyublu kənd sakini,YAP üzvü Qasımov Samir Asif oğlutəhsil naziri Ceyhun Bayramova müraciətində haqsızlıqla üzləşdiyini bildirib. Kəndin 1saylı tam orta məktəbinin riyaziyyat və fizika müəllimi olan 1983-cü il təvəllüdlü S.Qasımov nazirə Cumhuriyyet.az saytı vasitəsi ilə üz tutaraq ədalətin bərqərar olunmasını xahiş edib.
Onun sözlərinə görə, direktorluğa dövlət qəbul imtahanında 41 bal toplayıb. Ancaq işlədiyi məktəbə 31 bal toplamış Əhmədov Mehman direktor təyin olunub.
Təhsil nazirinə müraciət edən S.Qasımov bildirib ki, 10 bal aşağı toplayan M.Əhmədovun məktəb direktoru təyin edilməsi haqsızlıqdır:
“Mən 41 bal yığmışam və onu qabaqlamışam. Nazirlik işçiləri görürlər ki, o, məndən 10 bal az toplayıb.  Fizikadan28 bal yığmaqla ən yüksək nəticənivermişəm. Amma mənə fizikadan dərs də verilmir. Səbəb gətirilir ki, guya ikinci ixtisasımdır. Nə olsun? Axı burada qanunsuzluq yoxdur.
Mən həyatımı təhsilə həsr etməyə hazır bir gənc müəlliməm. Cənab nazir gənc müəllimlərin irəli çəkilməsinin tərəfdarıdır, onlara dəstək verir, regionlarda, ən ucqar kəndlərdə gənc müəllimlərin müsabiqə yolu ilə işləməsinə şərait yaradılıb, cavanlara yol açılır.
Mən Ceyhun Bayramovun fəaliyyətini yüksək qiymətləndirirəm və onun prinsipi təhsildə müsbət dəyişikliklərə, islahatlara nail olmaq, çatışmazlıqları aradan qaldırmaqdır.
Çox təəssüf ki, öz işlədiyim məktəbdə üzləşdiyim bu haqsızlıq məni çox təsirləndirib. Məsələ mənim direktor təyinatım deyil, sadəcə, 41 bal topladığım halda 31 bal yığan şəxs direktor olur.
Axı şəffaflıq və düzgünlük olmalıdır. Bu müraciətimə cənab nazirin müsbət münasibət bildirəcəyini gözləyirəm və ümidvaram ki, məsələ araşdırılacaq”.
Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142413

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930