Taleh Qaraşovun oğlu, Kamaləddin Heydərovun polkovniki düyü oliqarxına çevrilir – FOTO + MÖVQE

23.01.2024 - 12:08

Lənkəranda fermerlərə çəltik əkməyə icazə verilmir.  Cumhuriyyet.az xəbər verir ki, qaynarinfo-ya daxil olan məlumata görə, səbəb Lənkəranın icra başçısı Taleh Qaraşovun oğlu Samir Qaraşovun bu sahəni inhisara alması ilə bağlıdır.

Bildirilir ki, Samir Qaraşovun rəhbəri olduğu “Green East” MMC-nin Girdəni, Göyşaban, Veravul, Ürgə, Hirkan, Xolmili, Şıxəkəran, Siyavar, Separadi və digər yaşayış məntəqələrinə yaxın ərazilərdə çəltik sahələri var. Həmin sahələrdən əldə edilən məhsul “Avanqard”, “Haşimi”, “Okean”, “Besta”, “Meko”, “Qara düyü” adları altında satılır.

İddialara görə, şirkətə məxsus çəltik sahələri 800 hektardan çoxdur.

“Green East” MMC-nin düyü biznesi ilə məşğul olmasından dolayı şirkətə məxsus çəltik sahələrinə yaxın kəndlərdə bu bitikinin əkilməsinə icazə verilmir. Yalnız şirkətin maraqlarını təmin edən fermerlərin bu işlə məşğul olmasına şərait yaradılır.

Məlumat üçün deyək ki, dünyanın ekoloji cəhətdən ən təmiz düyüləri sırasıda yer alan Lənkəran düyüsü “Made in Azerbaijan” brendi altında yerli və xarici bazarlarda satılır.

Apardığımız araşdırmaya görə, “Green East” MMC 7 aprel 2017-ci ildə Bakı şəhəri Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61-də qeydiyya alınıb. Qaraşov Samir Taleh oğlu isə MMC-nin ilk qanuni təmsilçisi və böyük payçısı olub.

30 sentyabr 2019-cu ildə şirkətin hüquqi ünvanı və təmsilçisi dəyişib. Hazırda şirkət Lənkəran rayonu, Velədi kəndində qeydiyyatdadır. 5 dekabr 2022-ci ildə Samir Qaraşov Zeynalov Teymur Nazim oğlu ilə əvəzlənib.

“Green East” MMC-nin istehsal etdiyi düyü “Veravul”, “Girdəni”, “Green East” və digər markalarla satışa çıxarılır.

Teymur Zeynalov Lənkəranda düyü istehsalı ilə məşğul olan “Cənub Aqro” MMC-nin də qanuni təmsilçisidir. Güman edilir ki, bu şirkət də Qaraşovların nəzarətindədir.

Xatırladaq ki, Samir Qaraşov 2022-ci ilə kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəzarət-Təftiş İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Aydın olur ki, Samir Qaraşov məmur olmasına rəğmən biznes fəaliyyəti ilə mışğul olub. Halbuki, Azərbaycan qanunvericiliyi bunu qadağan edir.  Qaynarinfo bu iddialarla bağlı Lənkəran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. Lakin qurumdan zənglərimizə cavab verən tapılmayıb.  Qeyd edək ki, Taleh Qaraşov 2012-ci ildən Lənkərana rəhbərlik edir. Onun icra başçısı kimi kareyarsı isə 1996-cı ildən başlayır.

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq bildirək ki, ötən ilin iyul ayında Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşova yüksək vəzifə verib.

KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib.

***

Lənkəran rayon icra hakimiyyətinin başçısı  çəltik əkininin inhisara alınması barədə iddiaları təkzib edib. Lənkəran İcra Hakimiyyəti də məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamanı idiqqətinizə çatdırırıq:

Lənkəran tarixən yerləşdiyi coğrafi mövqeyi, iqlim xüsusiyyətləri nəzərə
alınmaqla kənd təsərrüfatının, xüsusilə subtropik bitkilərin inkişafı üçün ən
uyğun məkanlardan olub. Son dövrlərdə Lənkəran rayonunda ənənəvi əkin
sahəsi olan çəltikçiliyin inkişafına diqqət daha da artırılıb. Çəltikçilik
ənənələrinin qorunaraq inkişaf etdirilməsi çəltikçilik rayonlarında yaşayan
əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi
iqtisadi potensialının gücləndirməsinə də mühüm töhfə verir.
Lənkəran qədimdən çəltikçiliyi ilə məşhurdur və cənab Prezident İlham
Əliyevin ölkədə aqrar sahəyə göstərdiyi xüsusi diqqət və dövlət dəstəyi
“Cənub Mirvari”sində uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin
inkişafı üçün geniş imkanlar yaradıb. “Azərbaycan Respublikasında
çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na uyğun
olaraq yeni məhsuldar çəltik sortlarının yaradılması, onların toxumçuluğunun
təşkili, gübrə, becərmə texnikaları ilə təminat Lənkəran rayonunda sözügedən
ənənəvi əkinçiliyin inkişafında lokomotiv rolunu oynayıb. Ötən il Lənkəranda
ümumilikdə 832.1 hektar çəltik əkini sahələrindən 2143.1 ton çəltik əldə edilib.
Qeyd edək ki, 10-a yaxın inzibati ərazi dairəsi üzrə ayrı-ayrı vətəndaşlara
məxsus fərdi təsərrüfatlarda ümumilikdə 353.9 hektar sahədən 1231.3 ton,
rayonda fəaliyyət göstərən Beta Firması, “Muğan düyü” MMC, RUZZ MMC,
Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin Cənub Regional
İdarəsinin Lənkəran üzrə Təsərrüfatı və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik
İnstitunun Lənkəran üzrə Dayaq məntəqəsi ümumilikdə 478,2 hektar sahədən
911.8 ton çəltik əldə edib.
Müqayisə üçün bildirək ki, 2016-cı ildə Lənkəran rayonunda
ümumilikdə 308.7 hektar sahədə çəltik əkini aparıldığı halda, 2023-cü ildə bu
rəqəm 832.1 hektara, məhsuldarlıq isə eyni dövrlə müqayisədə 768,5 tondan
2143,1 tona yüksəlmişdir. Bütün bunlar təkcə Lənkəranda sosial-iqtisadi
inkişafın statistik göstəriciləri deyil, eyni zamanda, dövlətin və dövlət
başçısının rayonumuzun dinamik inkişafına göstərdiyi xüsusi diqqətin
təzahürüdür.
Təəssüf ki, bir sıra “media” qurumları və təmsilçiləri Lənkəran
rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə qara yaxmaqda
maraqlıdırlar. İddia olunduğu kimi “Besta” düyüsü nəinki Lənkəranda əkilmir,
ümumiyyətlə, bu düyü ölkəyə idxal olunur. “Avanqard”, “Meko”, “Qara
düyü” çəltik sortları isə vaxtılə ”Muğan Düyü” MMC-də, “Okean” sortu isə fərdi
sahibkar tərəfindən istehsal olunub. “Haşimi” sortu isə RUZZ MMC-də və
fərdi sahibkarlar tərəfindən istehsal olunur. Heç bir fakta söykənməyən, söz
yığınından ibarət olan iddiaları, qərəzli, böhtan və yalan məlumatları
tirajlamaqla əslində kimlərə və nəyə xidmət etdiklərini açıq şəkildə ortaya
qoyan sözügedən “jurnalist”lərin nəzərinə çatdırırıq ki, Lənkəran ŞİH başçısı
Taleh Qaraşovun oğlu Samir Qaraşovun çəltik istehsalı ilə heç bir bağlılğı
yoxdur, onun adına çəltik istehsalı ilə məşğul olan hər hansı müəssisə
mövcud deyil. Eyni zamanda, Lənkəran rayonunda inhisarçılıqla mübarizə hər
zaman xüsusi nəzarət altında saxlanılıb və heç kimin haqqsız və qeyri-sağlam
rəqabət əsasında qazanc əldə etməsinə şərait yaradılmayıb. Bu istiqamətdə
aidiyyəti dövlət qurumları hər zaman prinsipial mövqelərini daim ortaya
qoyublar.
Bir daha media nümayəndələrini peşə fəaliyyətlərini qərəzsiz, dürüst və
qanunvericiliyin tələblərinə uyğun davam etdirməsini xahiş edirik. Lənkəran
ŞİH istənilən məsələ ilə bağlı qanunvericilik çərçivəsində media
nümayəndələri ilə əməkdaşlıqda maraqlıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197944

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031