Hacıqabul icra hakimiyyətində anarxiya

24.06.2015 - 00:21

haciqabulSabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə kimi yüksələcək. İyunun 24-26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması fonunda isti temperatur diskomfortu xüsusilə gündüz saatlarında meteohəssas insanlar üçün əlverişsizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 37-42, dağlarda gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.  Qafqaz Xəbər Agentliyi olaraq sabah gözlənilən isti hava ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin əməkdaşı Gülşad Məmmədovadan 42 dərəcə istinin hansı rayonlarda müşahidə olunacağı haqda soruşduq. Gülşad Məmmədova bildirdi ki, ən çox isti bəzi Aran rayonlarında müşahidə olunacaq. Mərkəzi Aranda ,məsələn ,Kürdəmir, Hacıqabul, Ucar rayonlarda gözlənilir. Biz bu məsələ ilə əlaqədar Hacıqabul rayon icra hakiminin birinci müavini Sahib Aslanovla əlaqə saxladıq:

– Hacıqabul rayonunda sabah 42 dərəcə isti olacağı gözlənilir. Bununla bağlı hansı tədbirlər görülür?

“ Yanğınsöndürən, təcili yardım maşınları hazır vəziyyətdə saxlayırıq. Bir də əhaliyə deyirik ki ,işdən yayınsınlar”,- Sahib Aslanov bildirdi.

“Axı isti ilə əlaqədar açıq havada işləməyə icazə yoxdur, bununla bağlı vətəndaşlar məlumatlandırmısız ki, müəsisələrdə işləri dayandırsın?” sualımıza “Bu dəqiqə durub elan edəcəm”,- deyə icra müavini cavab verdi.

“Yəni hələ elan eləməmisiz ?”sualımızı isə Sahib Alanov “hələ nahardır ,nahardan sonra edəcəyik”,-deyə cavablandırdı.

Sahib Aslanovun “doğrudan da 42 dərəcə isti olacaq” sualı müxbirimizin təəcübünə səbəb oldu:

-Bu haqda məlumatınız yoxdur deyəsən …

İcra müavini təsdiqlədi ki, həqiqətən bu barədə məlumatı yoxdur. Müxbirimizin “demək biz sizi məlumatlandırmasaydıq siz vətəndaşlara deməyəcəkdiniz ki, 42 dərəcə istidə işləmək olmaz” fikrinə Sahib Aslanov “Gərək bizə məlumat verələr ki bizdə məlumat verək da”, deyə cavab verdi

Müxbirmizin “axı icra hakimiyyətinin bu haqda məlumatı olmalıdır”etirazına isə icra müavini “oldu aydındır” deyərək dəstəyi asdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=27071

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728